Tarixi mənbəyə əsasən həqiqətdə ilk mason lojası 1215-ci ildə Şotlandiyanın Maqdeburq şəhərində yaradılıb. İlk mason ordeni isə 1376-cı ildə Londonda meydana gəlib. Ona görə də İngiltərə masonluğun beşiyi adlandırılır. Müasir masonluq isə öz əsasını 1717-ci ildə İngiltərədə fəaliyyət göstərən dörd lojanın birləşib, İngiltərə "Böyük Şərq" lojasının yaradılmasından götürüb. 1717-ci ildə yaradılmış "Böyük Şərq" lojasının təsiri altında vaxt axarı boyu Avropada, şimali və Cənubi Amerikada, digər ölkələrdə yeni-yeni mason lojaları yaradılıb.
Ümumdünya ensiklopediyasının məlumatına əsasən dünya üzrə masonların sayı 30 milyona qədərdir. Təkcə Amerikada 5 milyona qədər mason fəaliyyət göstərir. 1717-ci ildə Londonda 4 lojanın birləşib "Böyük Şərq" lojası yaradandan sonra
1782-ci ildə Vilhelmsbadda hersoq Ferdinand Braunşveyqin rəhbərliyi altında qəbul edilmiş konstitusiya Rusiya masonluğunun tarixində əsas rol oynayıb. Bu konstitusiya "Azad bənnalar nizamnaməsi" də adlanır. Konstitusiya aşağıdakı sahələri əhatə edir: Allah və din, ruhun ölməzliyi, hakimiyyətə və vətənə münasibət, insanlara münasibət, masonun özünün mənəvi tərbiyəsi, mason qardaşlara münasibət, orden qarşısında masonun vəzifəsi və s. Bu konstitusiya 1787-ci ildə Vilhelmsbadda Ümumi Konvent Şurasında təsdiq edildikdən sonra Rusiyaya mason aktları, mərasim və onların izahı, mənəvi tövsiyələr ayaq açır və Rusiya qismən müstəqil mason əyalətinə çevrilir. Buna baxmayaraq, Rusiyada masonluq həmişə Avropa mason lojalarının filialı kimi fəaliyyət göstərib, onların təlimat və göstərişlərini yerinə yetirib. Hətta qısa müddətdə müstəqil fəaliyyət göstərdikləri zaman rus masonlarının daxili həyatına xarici mərkəzdən nəzarət edilirdi. Bütün bunları sübut etmək üçün rus masonlarının xarici mason rəhbərləri ilə məktublaşmasına nəzər yetirmək kifayətdir. Xaricdən rus masonlarına məlumatlar, dövri məktublar, göstərişlər mütəmadi daxil olurdu. Xarici mason rəhbərlərinin hörməti rus masonları üçün qanuni hökumətdən üstün idi. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı L.Qonsales-Mata 1979-cu ildə yazdığı "Dünyanın həqiqi hakimləri" kitabında dünyanın gizli hakimiyyətinə daxil olan masonların siyahısını dərc edib. Siyahıda əsas yerləri Amerikanın yüksək rütbəli masonları tutur. Tərtib edilmiş siyahıda MKİ-nın 1953-1961-ci illərdə direktoru olmuş A.Dalles, Cozef Retinger - Bilderberq klubunun baş katibi, Uilyam Donovan - MKİ-nin direktoru, Manlio Brozyo - NATO-nun baş katibi, Liço Celli - İtaliya P-2 lojasının rəhbəri, Jak Attali - Avropa yenidənqurma və inkişaf bankının prezidenti, Amerikanın prezidentləri - H.Trumen, R.Nikson, C.Ford, R.Reyqan, C.Buş, D.Rokfeller, Üçtərəfli Komissiyanın rəhbəri, H.Kissincer - Amerikanın keçmiş dövlət katibi, "Bnay-Brit" lojasının rəhbəri və s. tuturlar. Bu siyahını Amerika, Avropa və s. ölkələrin rəhbər kadrları, siyasətçilər, bankirlər, yüksək rütbəli hərbçilər hesabına daha da uzatmaq olar. Onu da qeyd etmək lazımdır ki, Amerikanın əsasını qoyanlar, müstəqillik aktına imza atanlar Amerikada masonluğun əsasın qoyublar. Bunlardan C.Vaşinqton haqqında aşağıda ayrıca məlumat verilib. Bu gün çoxları fikirləşir ki, masonluq tarixdə qalıb, fəaliyyəti hiss olunmur və rəmzi xarakter daşıyır. Bu ideyanı masonlar özləri yayırdılar ki, cəmiyyəti çaşdırsınlar və yanlış yola yönəltsinlər. Masonluq yüz illərlə fəaliyyət göstərib, bu gün də göstərir. Lakin əvvəlki masonluqdan fərqli olaraq, siyasiləşib, taktika və iş metodu dəyişilib. Müasir masonluq qədim masonluqdan da böyük təsir gücünə malikdir və dünyanı idarə etmək istiqamətində məqsədyönlü iş aparır. Müəllif Sultan Məmmədov
Masonluq haqqında zəngin tarixi mənbələrdən biri də Polşa tarixçisi Lüdviq Xasın "Orta Şərqi Avropada masonluq" adlı üç cildlik monoqrafiyasıdır. Əsər XVIII əsrin əvvəlindən ikinci dünya müharibəsinədək olan dövrü əhatə edir. Monoqrafiyada masonluq haqqında ətraflı məlumat verilməklə yanaşı, onun fəaliyyətinin ziddiyyətli tərəfi də açıqlanır. Ümumiyyətlə, masonluğun tarixini, fəaliyyətini araşdıran tarixçi və tədqiqatçılar masonluğun mahiyyətini insanlıq üçün zərərli sayır, sübut edirlər ki, tarix boyu baş verən bütün qarşıdurmalarda, islahat və inqilablarda onların əli var.
Mənbə Masonluq:Dünyanı idarə edən qüvvə