— Amerika mənşəli olan hind quşunu ticarətçilər ilk dəfə Avropaya Osmanlı torpaqları üzərindən daxil etdiklərindən ingilislər onun adını “türk quşu” qoydular və “turkey” dedilər. Həmin bu quş isə Osmanlı dövlətinə “Hindistan” kimi tanınan Amerika torpaqlarından gətirildiyindən ona türklər “Hind quşu” adını verdilər. Qısası, beynəlxalq ticari əlaqələr bu biçarə Amerika quşunu vətəninə, kökünə, elinə-obasına yadlaşdırdı.
— İngilis dilindəki «chouse» sözü, yəni «fırıldaqçı», türk dilindəki "çavuş" sözünün dəyişilmiş formasıdır. Osmanlı ordusundan xəbər gətirən elçilərə Avropada bəzən "çavuş" deyirmişlər. Görünür, osmanlılar rəqiblərinə qarşı həmişə hiylə işlətməyə meylli olduqlarından sonradan "çavuş" sözü də ingilis dilinə «fırıldaqçı» kimi daxil olub.
Qədim türkcədə isə çavuşlar, çox güman, fırıldaqçılığa görə deyil, qışqırmaqlarına görə seçilirmişlər. Elə ona görə də, onlara qədim türkcədəki «bağırmaq», «hayqırmaq» mənalarını ifadə etmiş və "çav" felindən əmələ gəlmiş “çavuş” sözü layiq bilindi.
— Pakistanın dövlət dili olan «urdu» hind dilində «hərbi düşərgə» deməkdir. Hind dilinə isə bu söz türk dilindəki «ordu» sözündən keçib.
Belə ki, 1738-ci ildə Nadir Şah Əfşar Hindistana yürüş edərkən bugünkü Pakistan ərazisində hərbi düşərgə salır. Sonradan buradakı İran ordusunda çoxlu sayda hind və fars dillərində danışanlar toplaşırlar və onların özləri də bilmədən hər iki dilin birləşməsindən yeni bir dili — urdu dilini yaradırlar. Müəllif: Səməd Səfərov