— Qədim misirlilər pişikləri ölən zaman onun xatirəsi üçün saqqallarını qırxırlarmış.
— «Barbi» kuklasının tam adı Barbara Milisent Robertsdir.
— Mehmanxanalarda kişilər qaldığı nömrələri qadınlardan daha təmiz saxlayırlar.
— Brüs Linin hərəkətləri o qədər sürətli olub ki, ona dair filmlərin yaradıcıları hərəkətləri görmək üçün lentə yavaşladılmış variantda baxırlarmış.
— Andorra dünyada poçt xidmətləri pulsuz olan yeganə ölkədir.
— Cəmi 1 damçı neft 25 litr içməli suyu korlayır.
— İnsanın barmaq izləri ilə yanaşı, dilinin izləri də nadirdir.
— XX əsrin əvvəlində pravoslav kilsələrinə belə bir maraqlı tövsiyə verilmişdi: «Yeni doğulmuş körpəyə ad qoyan zaman nəzərə alın ki, müqəddəs İnna və Rimma kişi olublar».
— Telefon və ya kompüterdə "çərçivə", «diyez» kimi adlandırılan # işarəsinin əslində rəsmi adı var — oktotopr.
— İlk minillikdə 365.252, ikinci minillikdə 365.237 gün olub. Üçüncü minillikdə 365.242 gün olacaq.
— Yunan filosofu Anaxarsis insanları 3 yerə bölüb: ölmüşlər, yaşayanlar və...dənizdə üzənlər.
— Bir ildə 31.557.600 saniyə var.
— Dünyada ilk reklam 1477-ci ildə İngiltərədə çap olunub və dini kitaba həsr edilib.
— Şampan şərabı partladılan zaman şüşəsinin tıxacının ilkin sürəti saniyədə 14 metrə çatır. O, 12 metr hündürlüyə qalxa bilir.
Mənbə: HƏFTƏ İÇİ qəzeti