Tərəzi bürcü haqqında

Tərəzi bürcü haqqında

Tərəzi bürcü altında doğulan şəxslər qayğıkeş olub hər şeylərini bölüşməyə hazırdırlar, qətiyyətsizdirlər. Venera planeti onlara çoxlu dost bəxş edir və şöhrət gətirir; həmçinin Tərəzini şübhələr içində saxlayaraq hansı yolu seçməyi, kimə üstünlük verməyi dəqiq göstərmir. Tərəzi ömrü boyu heç kimlə mübahisə etmədən yaşaya bilər. O, insanlarla razılıq və harmonik münasibətlər əsasında ünsiyyətdə olur. Veneranın adamı olan Tərəzi başqa insanlarda ilk növbədə nə isə müsbət bir şey görə bilir. Tərəzilər başa düşdükiəri bir işi görürlər; xoşlamadıqları şeylərdən imtina edirlər. Tərəzi — tarazlıq bürcüdür və balanslaşma bu bürc altında dünyaya gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. Onlar həyatda nəyinsə həddən artıq olmasını xoşlamırlar: çox işləməyi, pul ödəməyi, tünlüyü və s. Tarazlığın, ölçünün pozuiduğu yerdə onlar harmoniya və mütənasibliyi bərpa etməyə can atırlar.
Bəzən bu, çox qəribə nəticələrə gətirib çıxarır. Tərəzilər nəzarətdə olan rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlirlər, lakin onların nəzarətindən kənar olan vəziyyətləri tarazlamaq cəhdi təhlükəli ola bilər. Məsələn, Tərəzi tərəfdaşının incikliyini və pis münasibətini dözərək qəbui edir ki, onunla əlaqəsi kəsilməsin. Tərəzi vəziyyəti tarazlamaq naminə daha diqqətcil və səxavətli olur. Başqa on bir bürcdəkilərə nisbətən Tərəzi yaxın kompanyon və tərəfdaşa daha çox ehtiyac hiss edir.

İnsanlann çoxusu əsasən bir nəfərlə xüsusi münasibətlər qururlar. Tərəzilər isə öz həyatlarındakı hər bir tənha insanla qarşılıqlı intim əlaqələrə yaxın bir səviyyədə münasibətlər yaradırlar. Onlar hər bir insanda nə isə maraqlı, rəğbətoyadıcı, yaxşı bir keyfiyyət tapıb qarşılıqlı əlaqə və münasibətlərə qirirlər. Cütlərə bölünəndə — tərəfdaşlar təkbətək qalarkən Tərəzi öz ünsiyyətində populyarlıq qazanır; o hər bir insanda qeyri-adi keyfiyyətlər görməklə dünyada yeganədir. İnsanlar fiziki, intellektual (zehni) və ruhi-mənəvi enerjiyə malik olurlar. Tərəzi isə qarşılıqlı münasibətlər qurmaq enerjisinə malikdir. Bu enerjinin yeganə mənfi bir cəhəti odur ki, Tərəzi yalnız tərəfdaşı ilə təkbətək qalanda ondan istifadə edə bilir, əks təqdirdə həmin enerjini realizə etmək üçün adamların çox olduğu yerdə növbə ilə ünsiyyətə girmək lazım gəlir.
Başqa insanlara qida və sevgi zəruri olduğu kimi, Tərəziyə (həm də Əkizlər və Dolçaya) də rəngarənglik çox vacibdir.
Rəmzləri: tərəzi, kitab.Tərəzi bürcü-Libra
Rəngləri: tünd-mavi, yaşıl, dəniz dalğalı və əlvan tonlar.
Rəngləri: opal, lazurit, mərcan, almaz, göy yaqut, mirvari, beril, ay daşı, yaşıl yəşəm daşı, büllur, xrizolit.
Metalları: bürünc.
Çiçəkləri: gülünbahar, qızılgül, bənövşə.
Anatomik emfazası: böyrəklər, əsəb sistemi, əllər və ayaqların iflici, nefrit, kolit.
Tilsimləri: ürək, kitab.
Xoşbəxt rəqəmləri: 2, 6 (6-ya bölünən bütün rəqəmlər), 7, 8, 9, 1 5.
Uğurlu günləri cümə, şənbə.
Uğursuz günləri: çərşənbə axşamı, bazar.
Ölkələri: Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Rusiya (Sibir).
24 sentyabr — 2 oktyabr arasında Veneranın təsiri altında doğulanlar zərif, xeyirxah və xəyalpərvər olurlar.Mühüm illəri: 8, 1 6, 24, 32, 40, 48, 56, 64, 72.
3-13 oktyabr tarixdə Saturnun təsiri altında doğulanlar ağıllı olub dəbdəbəyə və şöhrətpərəstliyə can atmadan yaşayırlar. Mühüm illəri: 8, 1 6, 24, 32, 40, 48, 56, 64, 72.
14-23 oktyabr arasında Yupiterin təsiri altında doğulanlar ləzzətli yeməkləri sevir, həssas olur, ədəbiyyata qabiliyyət göstərir və mərasimləri xoşlayırlar. Mühüm illəri: 8, 10, 20, 30, 32, 40, 48, 50, 56, 60, 70, 74.

Tərəzi bürcü və sevgi


Kişi
O, Tərəzi bürcü altında doğulduğuna görə harmoniya və tarazlığa can atır. Onun həssas xarakteri ətrafdakı qayda-qanun və sakitlikdən xoşbəxt olur. Adətən idmanla məşğul olmağı çox da sevmir; atletik qədd-qamətl yoxdur, daha çox stolüstü oyunlarla rnaraqlanır.
Yaxşı həmsöhbətdir- Xeyirxahdır, ədalət hissilə hər şeyə bərabər yanaşır. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşür. Xaraktercə sülhsevər olsa da ədalət uğrunda vuruşa qadirdir.Bizneslə əla məşğul olur. İnstinktiv şəkildə kompromislərə meyl edir, konfliktli tərəfləri barışdırmağa can atır Onun gözəl intuisiyası var; onu aldatmağa çahşmayın, hər şeyi görə bilir. Bununla belə, insanı başa düşməyə çalışır; öz şəxsi sevgi və meyllərini göstərmədən tutduğu mövqedə dayanır. Həddən artıq emosionallıq göstərmir; dava-dalaşı və oyunbazlıqları xoşlamır. Kişi — Tərəzi memarlığı, rəssamlığı, musiqini və qadınları sevir- Gözəllik vurğunudur. Qadınlarla rəftarı bacarsa da, son məqamda, axırıncı addımda çətinlik çəkir, çünki ifrat dərəcədə hər şeyi götür-qoy edir, ölçüb-biçir. Hər sev ideal olmmalıdır. Kişi-Tərəzi yataqda öztərəfdaşını tam təmin etməyə can atır. Onun fikrincə, seksual akt hər ikisinə məmnunluq gətirməlidir. Tərəzi kişilər tərif və yaltaqlığı xoşlayırlar, belə hallara yaxşı reaksiya verirlər. Lakin emosionallıqdan zəhlələri gedir. Qadının çığır-bağırına, oyunbazlığına dözmür, öz istədiklərinə nail olurlar. Tərəzi erkən yaşından qızlarla maraqlanır. Yaxşı geyimli, uzun saçlı, qalın dodaqlı qadınlara qarşı zəifliyi var.
Qadın
Bu bürc altında doğulan qadınlar öz gözəllikləri və üzlərinin zərif dəriləri ilə məşhurdurlar. Onlar instinktiv şəkildə incə şeyləri hiss edirlər. Gözəlliyin bütün təzahürlərindən zovq alırlar. Otaqları, yaşayış yerləri bər-bəzəkli və qəşəng olur.
Bu zəriflik kişilərə münasibətdə də özünü göstərir; onu müşayiət edən kişi gərək barmaqdakı brilyant kimi olsun. Elə görünür ki, Tərəzi öz gözəlliyinə baxıb zövq alır; ancaq əslində özünütənqid onda çox güclüdür. O, yüksək standartlar üzrə özündə düzəliş və dəyişikliklər etməyə hazırdır; elə ona görə də bu qadın gözəl hesab olunur. Tərəzi qadınlar qeyri-sabitdirlər, hər hansı bir cəlbedici kişilə flirt yara bilərlər. Onların sevgisi dərin deyil. Tərəzi qadına əmr etməyə cəhd göstərməyin. Qulaq asmayacaq. Təkid etsəniz, daha böyük inadkarlıqla üzləşəcəksiniz. Nəvazişkar sözlər və inandırma – onun neqativ münasibətini aradan qaldırmağın yeganə yoludur. Son dərəcə qadınlıq məlahətilə yanaşı, ağlı, bəlagəti, fəallığı var. Çətin vəziyyətə düşərkən tamamilə köməksiz ola bilər; passiv şəkildə oturub kor kimi kömək gözləyəcək. O, gözəldir, hərtərəflidir və qəsdən, şüurlu şəkildə şirnikləndiricidir.

Tərəzi bürcünün uyğunluğu


  1. Tərəzi-Qoç: Daxili gərginlik əlaqəyə mane olur. Qoç inadkar və yorulmazdır, halbuki Tərəzi kamillik axtarır və sakit tərəfdaşlara ehtiyacları var. Temperamentlərin köklü fərqləri labüd dava-dalaşa gətirib çıxarır. Lakin seksual münasibətlər uğurlu getməlidir. Proqnoz: Əla yataq, qüssəli qonaq otağı. Tamamiiə mümkün ola bilən əlaqə və şübhəli nikah.
  2. Tərəzi — Buğa: Buğa — romantik Tərəzi üçün həddən artıq böyük mülkiyyətçi və materialistdir. Tezliklə Buğa ifrat qısqanclıqdan əziyyət çəkəcək. Lakin onların fiziki cəhətdən yaxşı uyğun gəlmələri köməyə gəlir. Tərəzi düşüncəli, üzüyola olub, Buğanın vas-vasılığı və tərsliyilə bacara bilər. Tərəzinin qeyri-sabitliyə meyli Buğanı özündən çıxarır. Ləzzətlər və oyunlar, lakin uzunmüddətli ittifaq mümkün olsa da zərərlidir.
  3. Tərəzi — Əkizlər: Hər ikisinə öz ehtiraslarını cilovlamaq çətindir. Əgər dünya sevgi üzərində hərəkət edirsə, bu cüt ilk təkan verəndir. Onlar ideal tərəfdaşlardır. Hər ikisi ehtiraslıdır və heç biri xüsusi qısqanclığı və mülkiyyətçilik instinktilə seçilmir. Onların xarakterlərində çoxlu ümumi cəhətlər var, bir-birlərini yataqda əla başa düşürlər. Gözəl əlaqə, səmimi və xoşbəxt ər-arvad.
  4. Tərəzi — Xərçəng: Xərçəng evdə qalmağı üstün tutur, Tərəzi isə səyahət etməyi sevir. Xərçəng praktik və qənaətcıldır. Tərəzi impulsivdir və pulla alınan hər şeyi xoşlayır. Bir yerdə uyuşmaq üçün imkanlar cox azdır. Həssas, hər şeyə inanan Xərçəng Tərəzinin səthi emosıyalarından və qeyri-sabitliyindən inciyəcək Dozümlü əlaqə və əhəmiyyətsiz nikah.
  5. Tərəzi — Şir: Şir qayda-qanunla yanaşır, Tərəzi isə başqa cür. Şir seksdən daha çox qəpikləri saymaqda maraqlıdır. Tərəzi bunu bağışlanmaz hesab edir. Şir da həmçinin donquldayan, diktator meylii və zəhlətökən ola bilər. Tərəzi bununla razılaşmayıb kənarda sevgili axtaracaq. Şübhəli əlaqə və çox mürəkkəb nikahdır.
  6. Tərəzi — Qız:Hər ikisi bir-birinin tələbat və arzularını odəyır. Qiza həssaslıq, Tərəziyə isə emosionallıq xasdır və onlar seks dəlisidirlər. Daim yataqda olacaqlar, bayram atəşfəşanlığı hökm sürəcək. Lakin xarakterlər toqquşanda Tərəzi güzəştə getməlidir; axı o, prinsipcə əməkdaşlığa hazırdır. Tərəzinin siiahı — düzqün strategiya və taktikadır. Yandırıcı əlaqə sonra mehriban ailə həyatına keçə bilər.
  7. Tərəzi — Tərəzi: Onlar bir-birlərinə eyni dərəcədə ehtirasla yanaşırlar. Ümumi cəhətləri çoxdur. Həyatsevər, karagələn, mehriban olub harmoniya və gözəlliyi sevirlər. Lakin sonra sərt reallıq baş qaldırır. Onlardan heç biri buludlardan yerə enmək istəmir. Onların sevgi əlaqəsj bir qədər vəcdli ola bilər. Nikah daha çox yetkinlik və praktik yanaşma tələb edir.
  8. Tərəzi — Əqrəb: Əqrəb qayğısız Tərəzi üçün həddən artıq qısqancdır. Onun məşhur qısqanclığı hətta yüngül flirtlə də barışmağa imkan vermir. Tərəzinin seksə laqeyd münasibəti Əqrəbi çaşdınr. Əqrəb üstün olmalıdır, Tərəzi tabe. Onların arasında güclü qarşılıqlı cazibə sahəsi var, lakin bu cazibə partlayışa aparmağa qadirdir. Ehtiraslı, fırtınalı əlaqə və nikah.
  9. Tərəzi — Oxatan: Oxatan macəra vurğunudur və heç vaxt Tərəzini darıxdırmaz. O, Tərəzinin sərgüzəştlərinə laqeyd qalacaq. Seksual cəhətdən uyğun gəlirlər. Problem ondadır ki, Oxatan bir yerdə qalmağı sevmir və müstəqilliyə can atır. Tərəziyə əsl tərəfdaş və münasib ev lazımdır. Bu fərqləri aradan qaldırmaq mümkün olsa, onda həm qısa, həm də uzunmüddətli münasibətlər üçün şans var.
  10. Tərəzi — Oğlaq: Oğlaqın pul qazanmaq səyindən xoşu gələn Tərəzi fiziki meyl hiss etsə də, öz tənbəlliyi ilə onu əsəbiləşdirir, çünki Oğlaq istirahətsiz işləməyə adət edib. Öz növbəsində Tərəzini Oğlaqın ayıq praktikliyi sıxır. Oğlaqa Tərəzinin cəmiyyət içində olmaq səyi xoş gəlmir. Əlaqə qısamüddətli olacaq. Uğurlu nikah üçün həddən artıq şəxsi uyğunsuzluq var.
  11. Tərəzi — Dolça: Onlar bir-birinə parlaq şəkildə uyğun gəlirlər. Tərəzi Dolçadan macəra dolu bu həyatda rəhbərlik gözləyir. Hər ikisi ictimai işləri xoşlayırlar. Onlann dostları çoxdur, lakin öz şəxsi maraqlarını unutmurlar. Hətta əgər yatağa qədər gedib çıxmasalar belə, sevgidə onlar üçün xoş olacaq. Hissiyyatlı əlaqə və nikah münasibətləri üçün yaxşı proqnozdur.
  12. Tərəzi — Balıqlar: Mürəkkəb birləşmədir. Balıqların yumşaqlığı, həssaslığı və sədaqəti Tərəzinin xoşuna; gəlir. Lakin Balıqlar üstünlüyə meyl etməyən, Tərəzi isə rəhbərliyi üzərinə götürməyə can atmayan bürcdür Balıqların başqasına bel bağlamaq arzusu Tərəzini yorur, Balıqlar isə Tərəziyə xas olan hərtərəfii rnaraqlardan xoşlanmır. Əgər Tərəzi deyingən olsa, bu Balıqları kədərləndirir.
 

Tərəzilərin Sağlamlığı


Dərinin tonu, rəngi, xüsusilə gözlərin ətrafı Tərəzinin özünü necə hiss etməsini, əhval-ruhiyyəsini əks etdirir. Heç bir bürc Tərəzi qədər alkoqola qarşı meylli deyii; onun bu sahədə müqavimət qabiliyyəti aşağıdır. Tərəziyə turşular, sirkə, sitrus bitkiləri ziyandır. Sitrusu armud və alma ilə, sirkəni isə yağ ilə əvəz etmək lazımdır. Duzdan ölçü və qaydasında istifadə etməli.
Zəif yeri — böyrəkləridir. Tərəzinin əsəb sistemi də çox möhkəm deyil. Əsəbin üzvi pozğunluğu boz, ortabab, darıxdırıcı, adi şeylər də qarşt nifrət və ikrah hissi yarada bilər. Bu həmçinin evi mühitundə və işdəki münasibətlərdə də özünü göstərə bilər. Qan dövranı bəzən pis olur, ətrafları isti saxlamaq lazımdır. Preventiv (qarşısını alan) ölçülər: mülayim iqlimdə, harmonik atmosferdə, çiçəklərin, xüsusilə qızılgüllərin və gözü oxşayan obyektlərin əhatəsində yaşamaq, tennis oynamaq, konkidə sürüşmək, ayda 1-2 dəfə massaj etdirmək, kimyəvi preparatlardan qaçmaq.

Karyera və Tərəzi bürcü


Gənclikdə Tərəzilər bir neçə imkana can at;rlar. Bu vaxt onlara lazımdır. Tərəzilər çoxlu vaxt və enerji itirərək tez yoruluriar Onlarda kollektivçilik duyğusu var Yüngucə və könüllü əsasında göstarişlər verırlər,. Onların vaxt duygusu, lazimı anı tutmaq intuisiyası çox güclüdur. Üstunlük verir: modelyer-dekorator(dekorçu) ir predmetlərinin satıcısı, antiq şeylar, kıtab va teatr bileti yayan agentlər, hüquqşünas, hakım.
Top