Tərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür.
Tərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır.
Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq.
Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin.
Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin.
Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin.
Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar.
Kişi Tərəzinin başqa bürclərlə uyğunluğu
Tərəzi — Qoç. Qoç tərs, sözündən dönməyəndir. Tərəzi isə sakitliyi, səmimiliyi sevən şəxsdir. Ancaq ünsürlərinin bir-birinə uyarlı olması xarakterinə təsir göstərir. Ona görə də, çox vaxt bir-birini başa düşmürlər. Ailə uğursuzdur. Bir-birinə güzəştə getsələr, ümumi dil tapa bilərlər. Bu vaxt xanım Qoçun üzərinə böyük yük düşür.
Tərəzi — Buğa. Buğa özündən razı olduğu üçün, çox vaxt romantik Tərəzini özündən çıxarır. Tərəzinin də qeyri-ciddiliyi Buğanı əsəbiləşdirir. Münasibətlər mümkündür, amma uzun müddətli deyil. Ailə nadir hallarda uğurlu alınır.
Tərəzi — Əkizlər. Hər ikisi sanki bir-biri üçün yaranmışlar. Heç birində qısqanclıq xüsusiyyətləri yoxdur. Onlarda ümumi oxşar cəhətlər var. Onlar bir-birini çox gözəl başa düşürlər. Münasibətləri lap əladır. Ailə uğurludur.
Tərəzi — Xərçəng. Bir-birinə uyğunluğu çox azdır. Hissiyatlı, hər şeyə inanan Xərçəng, dəqiq olmayan Tərəzidən tez küsəcək. Xərçəng evdə oturmağı üstün tutur. Tərəzi isə əksinə, gəzib-dolaşmağı çox sevir. Münasibətlər və ailə çox vaxt problemlidir.
Tərəzi — Şir. Bir-birini çox gözəl başa düşürlər. Şir hisslərə qapanan, Tərəzi isə emosionaldır. Tərəzinin Şirlə münasibətində Tərəzinin güzəştə getməsi şərtdir. Bu xüsusiyyət Tərəzi üçün çətin deyil. Ailədə münasibətlər yaxşıdır. Ailə uğurludur.
Tərəzi — Qız. Xarakterlərində oxşar cəhətlər azdır. Qızlar qayda-qanunla yaşamağı sevirlər. Tərəziyə bu çətin gəlir. Qız bu münasibətdə liderliyə can atır. Ailə problemlidir.
Tərəzi — Tərəzi. Ümumi, oxşar cəhətləri çoxdur. Hər ikisi həyatsevər. ciddi, məsuliyyətli, hər şeyə tez öyrəşəndilər. Bir-birini başa düşürlər. Xəyalpərəstdirlər, çox vaxt problemlər bu xüsusiyyətə görə yaranır. Ailədə müəyyən güzəştə getməlidirlər.
Tərəzi — Əqrəb. Əqrəb çox qısqancdır. Tərəzini çox vaxt bu xüsusiyyət özündən çıxarır. Bu münasibətdə Əqrəb lider olmaq istəyir. Tərəzi də, təbii ki, bununla razılaşmalıdır. Əgər bununla razılaşacaqlarsa, ailə uğurlu ola bilər.
Tərəzi — Oxatan. Bu münasibətlərdə heç bir tərəf darıxmayacaq. Tərəzi bürclü bəzən Oxatanın xarakterində olan tələbkarlıq, filosofluq və başqa ciddi xüsusiyyətlərə görə ondan tez-tez inciyir. Əgər bu xüsusiyyətlərini Tərəzi həzm edə bilərsə, ailə uğurludur.
Tərəzi — Oğlaq. Oğlaq Tərəzini çox yaxşı başa düşür. Tərəzi isə bəzən Oğlaqın qısqanclığı ilə razılaşmır. Tərəzinin gündəmdə olması, cəmiyyətdə parlaması Oğlağı əsəbiləşdirir. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.
Tərəzi — Dolça. Onlar bir-birinə çox uyğundurlar. Hər iki-si cəmiyyət içərisində olmağı xoşlayır. Hər ikisinin çoxlu dostları var. Bir-biri ilə ünsiyyət yaratmaq onlara xoşdur. Ailə uğurludur.
Tərəzi — Balıqlar. Bu bürc sahiblərinin münasibətində problemlər yox deyil. Bir-birilərini çətin başa düşürlər. Ailə münasibətlərində Balıqlar bütün məsuliyyəti öz üzərinə götürmək istəmirlər. Tərəzilərsə dominant olmağı bacarmırlar. Bunların nikahına ümid bağlamaq olmaz.
Qədim türkcə — Ülgü; Latınca — Libra;
Farsca — Terazu; Ərəbcə — Mizan;
Qadim yunanca — Chelai Rusca — Vesı
Həmçinin bax:
tərəzi bürcünün xüsusiyyətləri Tərəzi bürcü haqqında hər şey