Ailəni ədalətlə idarə etmək: Kişi öhdəsinə götürdüyü böyük məsuliyyətin bir qarşılığı olaraq ailə rəsiliyi məqamına sahibdir. Çünki o, fiziki cəhətdən daha qüvvətlidir və ailəni idarə etmək üçün daha güclüdür. Qadın eynilə gül kimidir: gül yandırıcı günəşə, küləyəvə qasırğaya dözə bilmədiyi kimi, qadın da ağır və usandırıcı məsuliyyətlərə dözə bilməz.
Bu bir həqiqətdir ki, dövlətlərdə, millətlərdə, iş yerlərində, ailələrdə əmin-amanlığın, sakitçiliyin olması üçün son sözü bir nəfərin söyləməsi lazımdır. Hər ağızdan bir səs çıxanda əmin-amanlıq, sakitçilik olmaz. Allahu Təala (c.c.): “Kişilər qadınların üzərinə hakimdirlər, qadınların idarəçisi və qoruyucusudurlar. O səbəblə ki, Allah (c.c.) onlardan kimisini bəzi xüsuslarda kimisindən üstün qılmışdır. Bir də kişilər öz mallarından xərcləməklə infaq etməkdədirlər.” (Nisa surəsi: 34-cü ayə)
“Qadınların da vəzifələrinə uyğun bəlli haqları vardır. Ancaq kişilər qadınlara nisbətən ailə rəsiliyindən ibarət olan bir dərəcə üstünlüyə sahibdirlər. Allah Əzizdir, Hakimdir.” (Bəqərə surəsi: 228-ci ayə)
Ayəti kərimələrlə ailədə son sözü söyləməyi kişiyə vermiş, kişiləri qadınlar üzərinə hakim qıldığını bildirmişdir. İslamda ailə əmin-amanlığı ərin hakimiyyətinə əsalandırılmışdır. Ayəti kərmə, ailədə kişinin rəisliyini əsas qılmışdır. Amma bunu nəfəqə təmin etmə səbəbinə bağlamışdır. Nəfəqənin təmini itaəti vacib edən bir hüquq gətirməkdədir. Kişilərin maddi və mənəvi özəllikləri ilə iqtisadi rolları onların ailə rəsiliyi olmalarını təbii qılmışdır. Ailə kiçik bir cəmiyyətdir. Cəmiyyət nizamla yaşayar. Nizam üçün bir rəis, bir idarəçi zəruridir. İslamda dövlət başçısından ailə rəsinə qədər hər bir idarəçi ilahi təlimata görə hərəkət etmək, idarə etmək məcburiyyətindədir, bu halda onlara itaət bu təlimata itaət deməkdir. Bunun üçün qadın düşüncəsini söyləməlidir, lakin son sözü ərinə buraxmalıdır. Kişi yanlış belə etsə, dinə uyğun edildiyi üçün Allahu Təala o işin nəticəsini xeyrə çevirir. Evdə sənin dediyin, mənim dediyim olacaq davası olsa o evdə sakitçilik, rahatlıq olmaz. Diktatorluqdan uzaq durmaq: Kişi hər nə qədər ailə rəisi olsa da, yerli-yersiz əmr və qadağalar qoymaqdan uzaq durmalıdır; yoldaşının və uşaqlarının düşüncələrini nəzərə almalı, evin idarəsində, onun fikrini soruşmalıdır. Özündən razılıq və yersiz sıxışdırmalar, ailədə diktatorluq formasının hakim olmasına səbəb olur; sağlam ailə münasibətlərinə və uşaqların düzgün şəkildə tərbiyə edilməsinə zərər verir. Kişinin ailə rəhbərliyində müvəffəq olması ancaq ailə fərdlərinin könüllərində taxt qurmasıyla mümkündür. Xanımı ilə gözəl rəftar etmək, onu himayə etmək və onunla qaynaşmaq. Kişi qadına son dərəcə şəfqətli və yaxşı münasibət göstərərək ailənin sakitçiliyini və rahatlığını təmin etməlidir. Evə gəldikdə gülər üzlə salam verib şirin dillə hal-əhval tutmalıdır. Cənabı Haqq belə buyurur: “Onlarla, yəni xanımlarınızla yaxşı yola gedin. Onlardan xoşlanmadınızsa, ola bilər ki bir şey xoşunuza gəlməz, amma Allahu Təala ondan bir çox xeyir təqdir edər.” (Nisa surəsi: 19-cu ayə) Əbu Hüreyrə (r.a.)-dən rəvayətə görə, Hz Peyğəmbər (s.a.v.) Əfəndimiz: “Möminlərin iman baxımından ən mükəmməli, əxlaqı ən gözəl olanıdır və sizin ən xeyirliniz də xanımlarına qarşı əxlaq baxımından xeyirli olanınızdır.” Tirmizi, Rada: 11, No: 1162, 3/457; Əbu Davud, Sünət: 16, No: 4682- buyurdu. Hz Əli (r.a.)-dən rəvayətə görə Hz Peyğəmbər (s.a.v.) Əfəndimiz: “Sizin ən xeyirliniz xanımına qarşı ən xeyirli olanınızdır. Mən də xanımıma qarşı sizin ən xeyirli olanınızam. Qadınlara ancaq kərim olanlar ikram, pis olanlar da xəyanət edər.” Aclüni, Kəşful Hafa: No: 1234; 1/386 – buyurdu. Əbu Hüreyrə (r.a.)-dan rəvayətə görə Rəsulullah (s.a.v.) Əfəndimiz belə buyurdu: “Bir mömin kişi bir mömin qadına nifrət etməsin! Çünki onun bir xasiyyətini bəyənməsə, bir başqa xasiyyətini bəyənər.” Müslim, Rada: 61, No: 1469 Bəzi yerlərdə kişinin qadınında qarşı nəzakətli davranışı zəiflik, qadına tabeçilik olaraq dəyərləndirildiyi üçün yaxşı davranışlar həmişə qadınlardan gözlənmiş; sərtlik, kobudluq və özbaşına buyuruq olma kişilərin təbii haqqı kimi sayılmışdır. Halbuki İslamiyyət kişilərin qadınlarına qarşı anlayışlı, nəvazişli olmalarını, kobud və sərt davranışdan qaçmağını istəmişdir! Qeyd: türk dilindən çevirmişəm, hansısa tərcümə səhvləri olubsa üzrlü hesab edin. :)