Hicablı qadının geyimi

Hicablı qadının geyimi

1. Hamı kimi, hicablı xanımın da geyindiyi paltarlar halal pulla alınmalıdır. Belə ki, haram yolla əldə olunan mallar ibadətin qəbul olunmamasına səbəb olur.

2.Paltarlar halal olmaqla yanaşı, qəsb yol ilə də əldə olunmamalıdır. Yəni istifadəsinə icazə alınmalı və zor gücünə kimdənsə alınmamalıdır.

3.Paltarın halallığı ilə yanaşı, təmizliyinə də diqqət yetirmək lazımdır. Lakin təmizlik dedikdə onların şəri baxımından murdar olmaması nəzərdə tutulur. Yəni onlar qan, sidik, nəcis, yaxud spermaya bulaşmamalıdır.

4.Xanımlar istifadə etdikləri geyim və hicab formasının yaşadıqları cəmiyyətə uyğun olmasına diqqət yetirməli və qeyri-adi tərzdə geyinməməlidirlər.

5. Hicablı xanımların geyim tərzi diqqəti cəld edəcək formada olmamalıdır. Yəni dar şalvar, qısa köynək və ya manto bədəni örtsə də, başqalarının diqqətini cəlb etdiyi üçün istifadə olunmamalıdır.

6.Zövqlü və cəlbedici geyinmək istəyən qadın bunu yalnız ərinin yanında etməlidir. Bu, xanımların istifadə etdikləri ətriyyata və kosmetik vasitələrə də aiddir
Top