Hicab "ALLAH"ın əmridir

Hicab "ALLAH"ın əmridir

Bismillahir Rəhmanir Rəhim

Qiyamətin qopacağı gün məhz o gün hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən). (Rum surəsi, 14 ayə.)
İmam Əli (ə) buyurmuşdur: "Bir kor kişi xanım Fatimeyi-Zəhranın evinin qapısının arxasına gəlib evə girmək üçün icazə istədi, Xanım Zəhra özünü örtdü. Bu zaman Peyğəmbər (s.ə.s) buyurdu: Nə üçün özünü örtürsən, halbuki, o kordur və səni görmür? Xanım Fatimə (s.ə) dedi: Düzdür ki, o, məni görmür, lakin mən onu görürəm və o, qoxulu şeyləri iyləyə bilir. Allahın Rəsulu xanım Fatimə (s.ə.) sözündən çox sevindi və buyurdu: Şəhadət verirəm ki, sən mənim canımın bir parçasısan."
Budur İslamın nümunəsi. Bəs qadınlar nəyə görə öz günahlarınıza cürbə-cür bəhanələr gətirirsiz.
İmam Musayi Kazim (ə) buyurmuşdur: İnsan günah edərkən onun qəlbində qara bir ləkə yaranır, əgər tövbə edərsə həmin qara ləkə təmizlənir, lakin günahın ütündən daha bir günah edərsə, həmin qara ləkə daha da böyüyür və sanki onun bütün qəlbini bürüyür, bundan sonra bir daha ondan xilas ola bilmir. Burada bir məsələyə toxunaq. Fərz edək ki, xanımların bir qismi baş bağlamamağı və ya sinə, qollar açıq olmasını adi bir ənənə kimi hesab edirlər və ya günah olmasını kiçik hiss olunması səbəbindən xanımların həya pərdəsinin yırtılması və sırtılmasına səbəb olur. Ona görə də belə bir nəticəyə gəlmək olar ki, müxtəlif günahların cürbə-cür təsirləri vardır. Biz indi günahların məhz müxtəlif təsirləri barədə söz açmaq istəyirik:
1. Qəlbin rəhimsizliyi;

2. Nemətin məhrum edilməsi;

İmam Sadiq (ə) buyurmuşdur: "Atam həmişə deyirdi: ALLAH-Təala qəti hökm buyurmuşdur ki, bəndəsinə verdiyi neməti yalnız günah əməl törətdikdə onun əlindən alır və həmin günaha münasib olaraq onu cəzalandırır."

3. Duanın qəbul edilməsinə mane olmaq; İmam Muhəmməd Baqir (ə) buyurmuşdur: "Əgər bəndə ALLAH-Təaladan nə isə istəyib sonra günah əməl törədərsə, ALLAH-Təala mələyə buyurur: Onu istədiyindən məhrum et, çünki Mənə qarşı düşmənçilik xəstəliyinə tutulmuşdur. Buna görə də öz istədiyindən mərhum edilməyə layiqdir."

4. Dinsizlik və Allahı inkar edir. Dinsizlik və küfür günahına batır.

5. Ruzinin kəsilməsi. İmam Muhəmməd Baqir (ə) buyurmuşdur: İnsan günah törədir və nəticədə ruzisi əlindən çıxır. Qəflətdən baş verən müsübətlərdən əmin-amanlığın olmaması; Hz. Əli (ə) buyurmuşdur: Günahkar adam özünü qəflətən baş verən müsübətlərdən və bəlalardan xilas edə bilməz.
Bütün bu sadalananlarla yanaşı, yağışın kəsilməsi, evi dağılması, misli görünməmiş bəlalar, peşimançılıq, rüsvayçılıq, ömrün qısalması, zəlzələ, ümumi yoxsulluq, kədər, xəstəlik və sairədə müxtəlif günahların cürbə-cür təsirlərdir.
Ümumiyyətlə biz möminlər namazda ALLAHın Rəhmətini istəyəndə siz açıq-saçıq geyinən xanımlar bu cür çirkin geyiminizlə Allahın bəlasını gətirirsiniz və bizlərdə sizin bəd əməllərinizi görə bəlaya düçar oluruq (atalar sözü var qurunun oduna yaş da yanar). İmam Əli (ə) buyurmuşdur: "Xanım Fatimeyi-Zəhra (s.ə) ilə birlikdə Rəsuli Əkrəm (s.ə.s) yanına getdik. O Həzrətin şiddətli ağladığı gördükdə soruşdum, atam-anam Sənə qurban olsun nə üçün ağlayırsan? Buyurdu: Ya Əli! Merac gecəsində qadınların müxtəlif əzab-əziyyətlərə düçar olduqlarını gördüm, elə bunu görədə ağlayıram. Həzrət buuyurdu: Saçlarından asılan və istinin şiddətindən beyini qaynayıb əriyən, iki ayağından asılı vəziyyətdə qalan, qayçı ilə öz bədəninin ətini doğrayan, öz ətini didişdirən, üzü və bədəni yanan, öz bağırsaqlarını çeynəyən qadınlar gördüm. Xanım Zəhra (s.ə) soruşdu: Ya Peyğəmbər, bu qadınlar hansı günaha mürtəkib olmuşlar? Rəsulu Əkrəm (s.ə) buyurdu: Saçlarından asılan və qızmar istinin şiddətindən beyni qaynayan qadınlar, bu dünyada saçlarını naməhrəm kişilərdən örtmürdülər. Dünyada öz bədənini naməhrəm kişilərdən örtmürdülər. Dünyada öz bədənini naməhrəm üçün gözəlləşdirən qadınlar, öz bədənlərinin ətini yeyirdilər. Bu qadınlar əbədi cəhənnəmdə yanarlar."
Top