1) Mehr. Allah buyurur: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin! « (ən-Nisa 4)
2) Təminat Allah buyurur: «Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!» (əl-Bəqərə 233)
Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Kişi yediyi zaman zövcəsini yedizdirməli, geyindiyi zaman onu geyindirməlidir (onu yemək və geyimlə təmin etməlidir). Kişi zövcəsinin üzünə vurmamalı, onu eybəcər çağırmamalıdır" (İbn Macə)
Allah buyurur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.» (ən-Nisa 34)
3) Ağıllı və ədəbli davranış. Allah buyurur: «Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.» (ən-Nisa 19)
4) Ədalət. Allah buyurur: «Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» (Nisa 129)
5) İslamın öyrədilməsi. Uca Allah Qurani Kərimdə buyurur: « Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı (ailənizi) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). » (Təhrim: 6)
6) Zövcənin qeyrətini çəkmək. Kişi zövcənin ehtiramını və qeyrətini qorumaq üçün qısqanc olmalıdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Üç nəfər heç vaxt Cənnətə girməyəcək: ...., əd-dəyyus» Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir.
Qeyd: Əlbəttə ki, burada ifrata varmaq olmaz!