Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir: "Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan? Allahın rəsulu (s) buyrudu:
- Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:
1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.
2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.
3. Bir qadını sinəsindən asmışdılar.
4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.
5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar.
6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı.
7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi.
8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi.
9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu.
10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular.
Həzrət Fatimə (s) atasından soruşdu :
- Ey Allahın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et.
Allahın rəsulu (s) buyurdu :
- Ey qızım, saçından asılmış qadın saçlarını naməhrəmdən örtmürdü.
Dilindən asılmış qadın həmişə ərini (pis sözlərlə) acılayırdı.
Sinəsindən asılmış qadın sinə və bədənini naməhrəm kişilərə göstərirdi.
Qıçlarından asılmış və odda yanan qadın ərindən icazəsiz evdən çıxırdı.
Bədəninin ətini yeyən qadın özünü naməhrəm kişilər üçün bəzəyirdi.
Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər bədəninə dolanmış qadın təmizliyinə diqqət etmirdi (qüsüllü halda qalırdı).
Kar , kor və lal olan qadın zinadan uşaq dünyaya gətirmiş və uşağı ərinin boynuna atmışdi.
Bədənini odlu qayçı ilə qayçılayan qadın, kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü bilərəkdən naməhrəm kişilərə göstərirdi.
Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın naməhrəm qadın və kişiləri haram iş görmək üçün bir-birinə calayırdı.
Başı it başı, bədəni eşşək bədəni olan qadın söz gəzdirir və çox yalan danışırdı.
İt şəkilində olan, od onun arxasından girib ağzından çıxan qadın günah məclislərində haram mahnılar oxuyub, başqalarına həsəd aparırdı .
Sonra Peyğəmbər (s) buyurdu:
- Vay olsun o qadına ki, ərini qəzəbləndirər! Xoş o qadının halına ki, həmişə əri ondan razı olar".
Əziz müsəlman ana və bacılar, sizdən xahiş edirik ki, həzrət peyğəmbərin (s) Merac hədislərini oxuyub, əməl edəsiniz və onları başqalarına da çatdırasınız .