Hicab

Hicab

İlk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmağa başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyurur:

"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağış-layandır, Rəhmlidir" (əl-Əhzab, 59).

Göründüyü kimi yenilməz güc və qüvvət sahibi olan Allah bu ayə vasitəsilə qadına nə üçün hicab geyinməsini əmr etməsini izah edir. Bu ayə özündə bir cox hikmətləri daşıyır ki, onların da bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi: 

Elə ayənin əvəlindən açıq aydın görünür ki, hicab geyinmək nəinki peyğəmbərimizin (s) zövcələri və qızlarına o cümlədən, bütün xanımlara vacibdir. Sonra isə Rəbbimiz bu əmrin hikmətini açıqlayaraq «onlara əziyyət verilməməsi ücün...» deməsi, qadının hicabdan imtina edəcəyi təqdirdə özünü əzaba və zülmə düçar edəcəyinə bir dəlildir. Və ayənin sonunda Allah Özünün Bağışlayan və Rəhimli olmasını xatırlamaqla, tövbə edəcək, Allahın əmrinə tabe olacağı və hicab geyinəcəyi təqdirdə, qadının günahını bağışlayacağına əmin edir. Əmrlərinin kamilliyinə görə Rəbbimizə həmd olsun!

Uca Allah nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində belə buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar - gö-rünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itir-miş kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsin-lər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını bir-birinə vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız" (ən-Nur, 31).

Ayələrdən görünür ki, əl və üz istisna olmaqla bədənin bütün nahiyəsi örtülməlidir. Göründüyü kimi dinimizdə qaranlıq qalan heç bir məsələ yoxdur. Ümumiyyətlə, bu məsələyə Quranda bu cür yer ayrılması məsələnin ciddiliyindən xəbər verir. Allahın bu əmrinin əksinə hərəkət etməklə isə həm qadınlar, həm də cəmiy-yət müxtəlif problemlərlə qarşılaşır. Məsələyə psixoloji aspektdən yanaşdıqda görərik ki, hicab hər şeydən öncə elə məhz qadının özü üçün faydalıdır. Hər hansısa bir qadına məxsus görkəm, bədən quruluşu heç də hamıda eyni cür təəssürat oyatmır. Digər tərəfdən də əgər qadının bədən quruluşunda hər hansı bir çatışmazlıq varsa və bu qüsurlar qadının heç özünün xoşuna gəlmirsə, o bunu ətrafdakılara nümayiş etdirməklə diqqəti özündə olan gözəl keyfiyyətlərdən, onun xasiyyətindən daha çox məhz bu qüsurların üzərinə yönəldir ki, bu da ailə qurmaq məqsədilə qadınla ünsiyyət yaratmaq istəyən kişinin diqqətindən yayınmaz və kişi həmin qadının şəxsiyyətini, qabilliyətini bilmədən belə onunla ailə qurmaq fikrindən vaz keçir. Gəlin görək, ən çox ziyanı kim çəkəcək? Əlbəttə ki, qadın. Elə bu səbəbdəndir ki, bir çox qadınlar uzun müddət bəzən də sonunacan ailə qura bilmir, belə olduqda da vəziyyətdən çıxmaq üçün müxtəlif yollara baş vurur və arzuolunmaz zərbələr alır ki, bu da cəmiyyətdə tarazlığı pozur, muxtəlif əxlaqımıza zidd halların yayılması çoxalır.

Hicabsız gəzmək gözəl qadınlar üçün də, məqbul deyil. Hər şeydən öncə həmin qadın öz keyfiyyətlərini adiləşdirir və son nəticədə tamamilə diqqətdən kənar da qalır. Digər bir tərəfdən də həmin qadınlar bir çoxlarının həsədinə, paxıllığına, nəzərinə səbəb olur, nəticədə də onlara göz dəyir və bu gözdəymə nəticəsində hər cür bəlalara düçar olurlar. Bundan başqa onların gözəlliyinə həsəd aparan digər paxıl qadınlar bu gözəlliyinə xələl gətirmək üçün hər cür şər əməllərə (cadu və s.) əl atırlar.

Allah Qurani Kərimdə yaşlı, həm də şəhvəti sönmüş qadınlara qolları və topuqları açıq gəzməyə icazə versə də, yenə ayənin sonunda bağlı gəzməyi daha üstün tutur. Uca Allah qoca qadınların belə örtünməsini açıq gəzməkdən üstün tutursa, bəs cavan qadına münasibət necə olmalıdır?! Bu barədə Allah belə buyurur: «Ərə getməkdən ümidini üzmüş yaşlı qadınların zinətlərini ayıb yerlərini göstərmədən üst geyimlərini hicablarını soyunmalarında günah yoxdur. İffətli olmaları hicablarını çıxarmamaları isə onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir» (ən-Nur, 60).

Azərbaycan qadınları 7-ci əsrdən 19-cu əsrədək hicab geyiblər. 19-cu əsrin əvvəlində hicabını atan ilk qadın və ona özlərini oxşatmağa çalışan bəzi qadınlar bunu nəyin xatirinə etmişlər? Bunu etməklə öz atalarını, ərlərini, qardaşlarını və digər məhrəmlərini razı salmışlarmı? Nənələrimiz indiyədək kələğayı geyməkdə davam edirlər. 

Əsrin əvvəlində Zeynalabidin Tağıyev və digərləri "Darülmüəllimat" - (Qız pedaqoji məktəbinin köhnə adı), "Darülmüəllimin" - (Oğlan pedaqoji məktəbinin köhnə adı) adlı məktəblər açmışdılar. 

Stalinin vaxtında belə Azərbaycanda "Puşkin" adına qızlar məktəbi var idi indi də var. Həmin məktəbi Azərbaycanın tanınmış adamları bitirib.

Avropada və Amerikada 15-ci əsrdən indiyədək "Bircins" məktəblər fəaliyyət göstərir, qızlar ayrı oxuyur, oğlanlar da ayrı. Biz də əgər onlara oxşamaq istəyiriksə, heç olmasa, onlar (Stalin və kommunistlər, avropalılar və amerikalılar) kimi həm belə, həm də belə məktəblərimiz olsun. Görəsən Allaha qarşı müharibə elan edən kimsələrin axırı necə olacaq?

Gəlin Allahın əmrlərinə biganə qalaraq, oyun-oyuncaqdan başqa bir şey olmayan, bizim üçün imtahan olaraq yaradılan bu dünyanın fitnəsinə uymayaq. Gəlin «deyəcəklər ki, filankəsin qızı molla olub», «bircə mollamız əskikdi», «camaat nə deyər», «sən özünə iş tapa bilməyəcəksən», «indi biz hansı dövrdə yaşayırıq», «qəlbin təmiz və düz olsun», «bizim nəsildə başını bağlayan olmayıb» və sairə bu kimi sözlər soyləməklə hicab geyinmək istəyən qadınlara və qızlarımıza mane olmayaq. Gəlin bacardıqca Allahın əmirlərinə tabe olub sözün həqiqi mənasında ürəyimizi Allahla düz edək. Əsl təmizlik və düzlük Allaha itaət və Onun əmirlərini yerinə yetirməklə olur.
Top