Hollandiyalı alimlər artıq insanların fikrini oxuya bilirlər.Onlar beyin skaneri adlı xüsusi aparat kəşf ediblər. Bu aparat yalnız boz maddə impulslarını tutmur, həm də bu impulsları sözə çevirir. Beləcə sözlər monitorda görünür.Alimlər əmindirlər ki, yaxın zamanda onların aparatı həm də danışa biləcək.
Bu yolla insanların fikirləri də asanca maşın tərəfindən oxunulacaq.Alimlər bu maşından daha çox yaxşı məqsədlər üçün istifadəni nəzərdə tutublar. Məsələn, aparat iflic insanların nə demək istədiklərini anlamaq üçün istifadə edilə bilər.Nevrobioloq Bettina Sorqer deyir ki, skanerin işləməsi üçün insan özü də cəhd göstərməlidir. Xəstə üç kateqoriyada düşünməlidir: sözlər, rəqəmlər və geometrik fiqurlar. Bununla yanaşı, hər bir hərfi və ya rəqəmi aydın şəkildə təsəvvür etmək lazımdır.