Lizinq icarənin formalarından biri olmaqla maşın-ların, avadanlıqların, nəqliyyat vasitələrinin və digər maddi dəyərlilərin başqalarının istifadəsinə verilməsi deməkdir. Lizinq əməliyyatları zamanı mülkiyyətə sahibolma hüququ ilə ondan istifadəetmə hüququ bir-birindən ayrılır.
Lizinq sövdələşmələrində üç tərəf iştirak edir. Ava-danlığı: 1) Istehsal edən firmalar (müəssisələr); 2) Icarəyə verən lizinq şirkətləri; 3) Icarəyə götürən firmalar (müəssi-sələr).
Lizinq əməliyyatları ilə investisiya qoyuluşunu həya-ta keçirmək üçün müəyyən məbləğdə vəsaitə malik olan hüquqi və fiziki şəxslər məşğul olurlar. Lakin lizinq əməliy-yatları bir qayda olaraq ixtisaslaşdırılmış şirkətlər tərəfin-dən həyata keçirilir.
Lizinq sahibkarlıq fəaliyyətinin formalarından biri kimi inkişaf etmiş ölkələrdə son dövrlərdə geniş yayılmışdır.
Bazar iqtisadiyyatı şəraitində lizinqin köməyilə texnikanı istehsal edənlərlə ondan istifadə edənlər arasında sıx əlaqə yaranır. Istifadə olunan bütün avadanlıqların çatışmaz cəhətləri və nöqsanları haqqında məlumatlar isteh-salçı müəssisələrə çatdırılır. Istehsal müəssisələri də öz növ-bələrində bunları nəzərə alaraq avadanlıqlarda olan nöq-sanları aradan qaldırır və beləliklə də öz məhsullarının rəqa-bət qabiliyyətini yüksəldirlər.
Lizinq xidməti əmtəələrin alqı-satqısını məhdudlaş-dırsa da, bu prosesdə iştirak edən bütün tərəflər – isteh-salçılar, lizinq şirkətləri və istehlakçılar – üçün sərfəlidir.Bu, onunla əlaqədardır ki, investisiya əmtəələrinin istehsalçıları öz məhsullarını lizinq şirkətlərinə verdiklərinə görə reklam, bazarın təhlili, alıcının tapılması ilə əlaqədar xərclərdən azad olurlar.
Lizinq şirkətləri isə həmin maşın və avadanlıqları başqalarına icarəyə verməklə mənfəət əldə edirlər. Deməli, lizinq şirkətlərinin əldə etdikləri mənfəətin başlıca mənbəyi icarədən gələn gəlirdir. Lakin bununla yanaşı, lizinq şirkətləri istehsalçılardan, onun məhsulunu iri həcmdə aldığı üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın satılmasından əldə edilən gəlirlər hesabına da öz mənfəətini artıra bilir.
Hazırda lizinq xidmətinin geniş yayılmış formaları aşağıdakılardır: 1) Əməli lizinq; 2) Procekt – Liz; 3) Vendor – Liz; 4) Liz bek; 5) Beynəlxalq lizinq.
Əməli lizinqə avadanlıqlara xidmət göstərilməsi, avtomobillərin, yaxtaların icarəyə verilməsi, anbar və ev işlərinin görülməsi ilə əlaqədar olaraq qısa müddətli xidmətlər aiddir. Lizinqin bu forması ABŞ və Yaponiyada daha geniş yayılmışdır.
Procekt – Liz həm avadanlıqların uzun müddət icarəyə verilməsi, həm də icarəçinin istifadə olunan bütün maddi dəyərlilərə kompleks xidmət göstərməsi deməkdir.
Lizinqin Vendor – Liz formasında, lizinq şirkətlərinin xaricdə yerləşən satış filialları öz firmalarından aldıqları avadanlıqları ya xarici istehlakçılara icarəyə verir, yaxud da pulu müəyyən müddətdən sonra, yəni möhlətlə ödənilməklə, satır.
Liz – Bek şirkətləri isə hər hansı bir ölkədə yerləşən istehsalçı firmadan nəqd pulla maşın, avadanlıq, dəzgah dəstlərini satın alır, sonradan pulunu möhlətlə ödəmək şərtilə qaytarıb, onun özünə satır.
Beynəlxalq lizinq dedikdə lizinq şirkətinin hər hansı bir ölkədəki firmadan hər hansı bir əmlakı – avadanlıqları, maşınları və i. a. – pulla satın alıb, digər xarici firmaya uzun müddətə icarəyə verməsi nəzərdə tutulur.
Lizinq xidməti ilə yanaşı, rentinq xidməti də vardır. Bu, maşınların, avadanlıqların və digər texnikanın qısa müddətə – adətən bir il müddətinə icarəyə verilməsi deməkdir. Lakin icarədara həmin maşın və avadanlıqları sonradan satın almaq hüququ verilmir. Maşın və avadanlıqların sahibi bir qayda olaraq rentinq cəmiyyətləri olurlar. Həmin cəmiyyətlər müqavilənin qüvvədə olduğu müddətdə maşın və avadanlıqlara sahiblik, mülkiyyət hüququnu saxlayır, onların təmirinə xərc çəkir. Lizinqə nisbətən rentinq üzrə icarə haqqı daha çoxdur.