Qiymətlərin qalxması və pul artıqlığının əmələ gəl-məsi inflyasiyanın zahiri təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda formalaşmış proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozulmasıdır.
Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflyasiyaya gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir.
1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məh-suldar, hər şeydən əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əlaqədar olan xərclər üzərində dövlət inhisarının olması;
2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azalmaması) üzərində müəyyən müddət həm-karlar ittifaqının inhisarının olması;
3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində inhisarının olması.
Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması və ya azalmasına, onların arasında-kı tarazlığın pozulmasına təsir edə bilər. Inflyasiyanın sə-bəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib hazırlamaq üçün lazımdır.
XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflyasiyaya iki amil təsir etmişdir:
- Maliyyə və pul-kredit sisteminin yenidən qurulması;
- Iqtisadiyyatın oliqopolçu strukturunun formalaşması.
Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə etmək uğrunda apardıqları müba-rizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul tədavülünün və qiymətlərin əmələ gəlməsinin nisbi sabitliyi qızıl külçə standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük məbləğdə, məsələn, Ingiltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və s. banknotlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya
1) mübadilə etmək olardı. Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir valyutadan asılı vəziyyətə salınır. Əsas götürülən valyuta iflasa uğradıqda, onunla bağlı olan bütün ölkələrin valyutaları da nüfuzdan düşürdü.
Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçil-məsi pulun hərəkətindəki istiqamətin kəskin surətdə dəyiş-məsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu.
O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopo-liya strukturu formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xüsusilə də qiymət siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni, XX əsr üçün xarakterik olan, əmtəələrin qiymətlərinin art-ması meylinin inkişaf etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 30-35 il ərzində vaxtaşırı baş verən ifrat istehsal böhranları dövründə qiy-mətlərin artması daimi xarakter daşımır, daim pozulurdu.
Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisadiyyatının inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir. Bunun iqtisadi əsasını ikinci dünya müharibəsinin gedişində məhsuldar qüvvələrin dağıdılması təşkil etmişdir. Çünki istehsaldakı dəyişikliklər maliyyə dairəsinə və pul tədavülünə təsir göstərməyə bilməzdi. Bu isə özünü büdcə kəsirinin və dövlət borcunun artmasında, pul emissiyasının çoxalmasında göstərirdi.
Müharibədən sonrakı illərdə qiymətlərin artması meyli yenə də özünü göstərmişdir. Hətta iqtisadi böhranlar dövründə də bütün ölkələrdə qiymətlər artmaqda davam et-mişdir. Lakin qiymətlərin artma sürəti heç də eyni olma-mışdır. Belə ki, 50-60-cı illərdə mötədil inflyasiya müşahidə olunduğu halda, 70-80-ci illərdə "çaparaq" inflyasiya özünü göstərmişdir.
Keçən əsrin 70-ci illərindən inflyasiyanın artmasına təsir göstərən başlıca amillər idxal və ixrac olunan əmtəə-lərin qiymətlərinin qalxması, dolların devalvasiyası, dünya bazarında xammalların qiymətlərinin bahalaşması və s. olmuşdur.
Müasir dövrdə də inflyasiya prosesi davam edir və onun özünə məxsus bir sıra xüsusiyyətləri vardır.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə inflyasiya bir və ya bir neçə ölkənin iqtisadiyya-tını əhatə edirdisə, hazırda ümumdünya xarakteri almışdır.
Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fazalarından, habelə iqtisadiyyatın tən-zimlənməsinə dövlətin müdaxilə etməsi dərəcəsindən asılı olaraq bu amillərin təsiri güclənə və ya zəifləyə bilər.
Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrı-ayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sabitlik dövrləri ilə əvəz edilmişdir. Hazır-da isə qiymətlər sənaye tsiklinin bütün fazalarında artır.
Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin ortalarınadək "çaparaq" inflyasiya üs-tünlüyə malik olmuşdur. O, Latın Amerikası ölkələrində xü-susilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflya-siyanın səviyyəsi ən yüksək həddə – 2000%-ə çatmışdı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua, Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur.
Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapitalist ölkələrində inflyasiyanın «yavaşıdığı» və onun sürətinin aşağı düşdüyü müşahidə olunur.
Bu, aşağıdakılarla əlaqədardır.
- Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiyyətləri. 1980-1992-cı illərdəki dünya iqtisadi böhra-nından sonra uzun sürən durğunluq, iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymət-lərin artmasının qarşısını müəyyən dərəcədə almışdır;
- Əmək məhsuldarlığının dinamikasındakı dəyişik-lik. Daxili və xarici bazarlarda rəqabət mübarizəsinin kəs-kinləşdiyi şəraitdə əmək məhsuldarlığının yüksəlməsi və is-tehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı məhdudlaşdırmışdır;
- Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kəsiri nisbətən azalmışdır ki, bu da dövlət maliyyəsi böhranının müəyyən dərəcədə «bitərəfləşdi-rilməsi»nə səbəb olmuşdur. Belə ki, 70-ci illərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa, bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;
- 1980-ci illərdə kredit ekspansiyasında (genişlən-məsində) bir sıra ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bankların uçot dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələrinin artmasına səbəb olmuşdur ki, bu da borc kapitalına olan tələbin azalmasına, inflyasiya prosesində kredit ekspansiyasının rolunun bir qədər zəifləməsinə gətirib çıxarmışdır;
- Dünya bazarında enerji xammallarının qiymətlə-rinin aşağı düşməsi. 1986-cı ildə enerji xammallarının qiy-mətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkə-lərində istehsal xərclərinin azalmasına səbəb olmuşdur.
Lakin bütün bunlar o demək deyildir ki, artıq inflya-siya «məğlub» edilmiş, onun üzərində qələbə çalınmışdır. Əlbəttə, yox! Hazırda istehlak əmtəələrinin qiymətləri 60-cı illərə nisbətən daha sürətlə artır. Bundan başqa, inflya-siyanın sürəti vaxtaşırı olaraq dəyişir. Məsələn, ABŞ-da ÜMM-in orta illik deflyatoru 1951-1960-cı illərdə 2,6%, 1961-1965-ci illərdə 1,4%, 1966-1970-ci illərdə 4,1%, 1971-1975-ci illərdə 6,6%, 1976-1980-ci illərdə 7,3%, 1981-1985-ci illərdə 5,2%, 1986-1990-cı illərdə 3,4% olmuşdur.