32.3 Gözləmələr və qısamüddətli Fillips əyrisi

32.3 Gözləmələr və qısamüddətli Fillips əyrisi

EXPECTATIONS AND THE SHORT-RUN PHILLIPS CURVE
Ilk baxışda M.Fridmen və E.Felps tərəfindən uzunmüddətli dövrdə inflyasiya və işsizlik arasında əks asılılığın mövcudluğunun inkar edilməsi əsassız görünür. Onların iddiaları nəzəriyyəyə, P.Samuelson, R.Solou və A.Fillips tərəfindən təsbit olunan inflyasiya və işsizlik arasındakı əks asılılıq isə faktiki məlumatlara əsaslanırdı. Nə üçün biz mənfi meyllə xarakterizə olunan «daim cavan» Fillips əyrisi mövcud olduğu halda şaquli Fillips əyrisinin «quru nəzəriyyəsinə» inanmalıyıq? A.Fillips, P.Samuelson və R.Solounun kəşfi pulların neytrallığı haqda klassik nəticəni təkzib etmirmi?
M.Fridmen və E.Felps bu tip sualların qanunauyğunluğunu gözəl başa düşürdülər və buna görə də onlar özləri klassik makroiqtisadi nəzə­riyyə ilə Böyük Britaniya və ABŞ-da Fillips əyrisinin mənfi meyli barədə faktiki məlumatların barışıq üsulunu təklif etdilər. Onlar qısamüddətli dövrdə inflyasiya və işsizlik arasında əks asılılığın mövcudluğunu inkar etmirdilər, lakin uzunmüddətli dövrdə onun varlığını qəbul edirdilər. Başqa sözlə desək, ekspansionist monetar siyasət müəyyən zaman müd­də­tində işsizliyin səviyyəsini aşağı salmağa imkan verir, lakin son nəticədə işsizlik təbii səviyyəyə qayıdır, pul kütləsi həcminin daha sonrakı artımı isə yalnız inflyasiyanın sürətinin yüksəlməsinə gətirib çıxarır.
M.Fridmen və E.Felpsin mühakimələri bizim məcmu təklifin uzunmüddətli və qısamüddətli əyrilərinin müxtəlifliyinin təhlili ilə çox yerdə üst-üstə düşür. (fəsil 30) (Faktiki olaraq, bu fəsildəki materialı şərh edərkən M.Fridmen və E.Felpsin ideyalarının çoxundan istifadə etmişdik). Yada salaq ki, qısamüddətli məcmu təklif əyrisi müsbət meyllidir və deməli qiymətlərin səviyyəsinin artdığı şəraitdə firmalar tərəfindən təklif olunan əmtəə və xidmətlərin miqdarı çoxalır. Əksinə, uzunmüddətli məcmu təklif əyrisi şaqulidir, yəni uzunmüddətli dövrdə qiymətlərin səviyyəsi təklifin həcminə təsir göstərmir. 30-cu fəsildə təsbit etdiyimiz kimi inflyasiya gözləmələri iqtisadi agentləri qiymətlər, əmək haqqının səviyyəsi, nisbi qiymətlər barədə təsəvvürlərinə təsir göstərir. Beləliklə, inflyasiya göz­lə­mələri qısamüddətli məcmu təklif əyrisinin vəziyyətini müəyyən edən amillərdən biridir. Qısamüddətli dövrdə FES inflyasiya gözləmələrinə əvvəl­dən verilmiş kimi münasibət bəsləyirlər. Əgər təklif dəyişmirsə, məc­mu tələb əyrisi yerini dəyişir və iqtisadiyyat verilmiş qısamüddətli məcmu təklif əyrisi boyunca yerdəyişmə edir. Deməli, pul-kredit siyasə­tində dəyişikliklər qısamüddətli dövrdə məhsul buraxılışı, qiymətlər, iş­sizliyin səviyyəsi və inflyasiyanın sürətinin qəfil dəyişiklərinə gətirib çıxarır. Analoji məntiqi mühakimələr A.Fillips, P.Samuelson və R.Solou tərəfindən təs­vir olunan Fillips əyrisinin M.Fridmen və E.Felpsin tərəfindən izahının əsasında durur.
Lakin FES-in pul təklifinin artırılması yolu ilə qəfil inflyasiyanı əmələ gətirməsi qabiliyyəti yalnız qısamüddətli dövrdə mövcuddur. Uzunmuddətli dövrdə iqtisadi agentlərdə FES tərəfindən təsbit edilən infl­ya­siyanın sürəti haqqında müəyyən gözləmələr yaranır.  Gözləmələr əmək haq­qı və qiymətlər son nəticədə qiymətlərin artım sürəti ilə uy­ğunlaşır, uzun­müddətli məcmu təklif əyrisi şaqulidir. Bu halda misal üçün pul təkli­finin səviyyəsi ilə meydana çıxan məcmu tələbdəki dəyişikliklər iqtisa­diy­yat­da istehsal olunan əmtəə və xidmətlərin həcminə təsir gös­tərmir. M.Fridmen və E.Felps belə bir nəticəyə gəldilər ki, uzunmüddətli dövrdə iş­sizlik öz təbii səviyyəsinə qayıdır.
M.Fridmenin və E.Felpsin təhlilinin nəticəsi aşağıdakı bərabərlik şəklində ümumiləşdirilə bilər:
Işsizliyin səviyyəsi = işsizliyin təbii səviyyəsi-a(faktikiinflyasiya – gözlənilən inflyasiya)
 
Göstərilən  bərabərlik işsizliyin faktiki səviyyəsini onun təbii səviyyəsi  ilə, real inflyasiya və qiymətlərin artım sürəti ilə əlaqələndirir. Qısa­müddətli dövrdə gözlənilən inflyasiya əvvəlcədən verilmiş kimi özünü aparır və nəticədə qiymətlərin faktiki artımının daha yüksək real işsizliyin aşağı göstəricilərini müəyyən edir. (Qəfil inflyasiyanın nəticəsində işsizliyin səviyyəsinin dəyişməsinin ədədi ifadəsi a parametrinin qiyməti ilə müəyyən olunur, bu isə öz növbəsində məcmu təklif əyrisinin bucaq əmsalından asılıdır). Uzun­müddətli dövrdə isə iqtisadi subyektlərdə inflyasiyanın FES tərəfindən verilən sürətinin müəyyən gözləmələri yaranır. Beləliklə, qiymətlərin artımının faktiki sürəti gözlənilən inflyasiyaya bərabər olacaq, işsizlik isə təbii səviyyədə qalır.
M.Fridmen və E.Felpsə görə Fillips əyrisinin siyasətçilərinin istifadə edə biləcəyi imkanlar toplusu kimi nəzərdən keçirilməsi yüksək risklə bağlıdır. Təbii işsizlik səviyyəsi, aşağı inflyasiya və qiymətlərin artım sürətinin aşağı gözləmələri olan iqtisadiyyatı təsəvvür edək. (Şəkil 32.5 A nöqtəsi). Fərz edək ki, siyasətçilər məcmu tələbin pul-kredit və maliyyə-büdcə siyasətindən istifadə edərək artırılması yolu ilə inflyasiya və işsizlik arasında barışığa nail olmağa çalışırlar. Qısamüddətli dövrdə inflyasiya gözləmələrinin əmsalı və iqtisadiyyat A nöqtəsindən B nöqtəsinə tərəf hərəkət edir. Işsizlik təbii səviyyəsindən aşağı düşür. Inflyasiyanın sürəti isə inflyasiya gözləmələrini keçir. Müəyyən müddətdən sonra iqtisadi subyektlər qiymətlərin yüksək artım sürətinə uyğunlaşırlar və inflyasiya gözləmələri daha yüksək səviyyəyə keçir. Gözlənilən inflyasiyanın artması inflyasiya və işsizliyin qarşılıqlı əlaqəsinin qüsamüddətli əyrisinin yuxarıya tərəf yerdəyişməsinə səbəb olur. Son nəticədə iqtisadiyyat inflyasiyanın A nöqtəsindən daha yüksək olduğu C nöqtəsinə keçir, işsizliyin səviyyəsi isə dəyişmir.
Beləliklə, M.Fridmen və E.Felips belə bir nəticəyə gəldilər ki, siya­sət­çilər inflyasiya və işsizlik arasındakı əks asılılıqla üzləşirlər və onlar arasında seçim qısa zaman müddəti ərzində mümkündür. Iqtisadi siyasətə görə cavabdehlik daşıyan siyasi xadimlər inflyasiya və işsizlik arasındakı asılılığı öz məqsədləri üçün istifadə etmək imkanına malik olurlar, lakin yalnız bir dəfə.
Top