Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasındakı asılılığı tez-tez
Fillips əyrisi adlandırırlar. Tədqiqatlarımızın əvvəlində bu əyri və Amerika iqtisadiyyatının təhlilində bu əyridən istifadə olunması haqqında danışacağıq.
Fillips əyrisinin tarixi-ORIGINS OF THE PHILLIPS CURVE
1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis cürnalında «1861-ci ildən — 1957-ci ilədək dövrdə Böyük Britaniyada nominal əmək haqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq» adlı məqaləsini dərc etdirdi. Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. (A.Fillips inflyasiyanın sürətini qiymətlərin artımı ilə deyil, nominal əmək haqqının artımı ilə hesablayırdı, lakin bizim məqsədimiz üçün bu fərq prinsipial əhəmiyyət kəsb etmir.
Ona görə ki, inflyasiyanın hesablanmasının bu iki üsulu adətən eyni nəticələri verir). Lakin mühüm makroiqtisadi göstəricilər — qiymətlərin artım sürəti və işsizlik arasındakı şübhəsiz asılılığın mövcudluğu haqdakı onun gəldiyi nəticələr əvvəl-əvvəl kolleqalarının diqqətini cəlb etməmişdir.
A.Fillipsin əsərinin işıq üzü görməsindən yalnız 2 il keçdikdən sonra iqtisadçılar Pol Samuelson və Robert Solou «American Economic Review» jurnalında «Antiinflyasiya siyasətinin təhlili» adlı məqalə dərc etdilər. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Bu asılılığın meydana çıxmasını onlar yüksək məcmu tələbin bir tərəfdən işsizliyin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarması, digər tərəfdən isə əmək haqqının və qiymətlərin artmasına təsir göstərməsi ilə əlaqələndirirdilər. Məhz P.Samuelson və R.Solou inflyasiya və işsizlik arasındakı tərs asılılığı
Fillips əyrisi adlandırırdılar. Şəkil 32.1-də P.Samuelson və R.Solouya görə Fillips əyrisinə misal gətirilmişdir.
P.Samuelson və R.Solou Filips əyrisini iqtisadi siyasət anlamından əhəmiyyət kəsb etdiyini başa düşür. Xüsusilə, onlar belə mülahizə yürüdürdülər ki, Fillips əyrisi siyasətçilərə problemin mümkün həlli yollarının seçimini təklif edir. Məcmu tələbə təsir etmək məqsədilə monetar və fiskal siyasətdə dəyişikliklər etməklə, siyasətçilər əyrinin qrafikində istənilən nöqtəyə çatmaq məqsədini qarşıya qoya bilərlər. A nöqtəsi işsizliyin yüksək səviyyəsini və aşağı inflyasiyanı, B nöqtəsi isə işsizliyin aşağı səviyyəsini və qiymətlərin yüksək artım tempini təklif edir. Siyasətçilərin fikrincə iqtisadiyyatın optimal vəziyyəti inflyasiyanın aşağı sürəti və işsizliyin səviyyəsinin cüzi olduğu vaxtdır. Lakin Fillips əyrisi şəklində ümumiləşdirilmiş tarixi məlumatlar bunun qeyri-mümkünlüyünü göstərir. P.Samuelson və R.Solouya görə siyasətçilər inflyasiya və işsizlik arasında kompromiss seçim problemi qarşısındadırlar, Fillips əyrisi isə onlara mümkün variantları göstərir.
Məcmu tələb, məcmu təklif və Fillips əyrisi - AGGREGATE DEMAND, AGGREGATE SUPPLY,AND THE PHILLIPS CURVE
Məcmu tələb və məcmu təklif modeli Fillips əyrisi tərəfindən təklif olunan mümkün nəticələrin sadə izah toplusunu təqdim edir. Fillips əyrisi qısamüddətli dövrlərdə məcmu tələb əyrisinin qrafikinin iqtisadiyyatı qısamüddətli məcmu təklif əyrisinin qrafiki boyunca yerini dəyişdikdə yaranan inflyasiya və işsizliyin kombinasiyalarını göstərir. Fəsil 30-da gördüyünüz kimi əmtəə və xidmətlə olan məcmu tələbin artması qısamüddətli dövrdə qiymətlərin artmasına və əmtəə və xidmət məhsullarının buraxılışının artmasına gətirib çıxarır. Istehsalın həcminin yüksəlməsi məşğulluğun artması və işsizliyin azalması deməkdir. Bundan əlavə, keçmişdə qiymətlərin səviyyəsinin necə olmağından asılı olmayaraq cari ildə qiymətlər nə qədər yüksək olarsa, inflyasiyanın sürəti də bir o qədər yüksək olacaq. Beləliklə, məcmu tələbin dəyişməsi inflyasiya və işsizliyin göstəricilərinin əks istiqamətdə qısamüddətli dəyişikliklərinə gətirib çıxarar, bu isə Fillips əyrisində təsvir olunan asılılığa uyğundur.
Bu asılılığın mənasını daha yaxşı başa düşmək üçün bir misalı nəzərdən keçirək. Hesablamaları sadələşdirmək üçün fərz edək ki, 2000-ci ildə qiymətlərin səviyyəsi (istehlak qiymətləri indeksilə ölçülən) 100-ə bərabərdir. Şəkil 32.2-də 2001-ci ildə iqtisadiyyatın fəaliyyətinin 2 mümkün nəticəsi təsvir olunmuşdur. (a) qrafikində məcmu tələb və məcmu təklif modelinin istifadə olunması ilə alınan nəticə, (b) qrafikində isə Fillips əyrisindən istifadə edilməklə alınan eynilə həmin nəticələr göstərilmişdir.
Şəklin (a) qrafikində 2000-ci ildə iqtisadiyyatın fəaliyyətinin nəticələri məhsul buraxılışı həcmi və qiymətlərin səviyyəsi göstəriciləri vasitəsilə təsvir olunmuşdur. Əgər əmtəə və xidmətlərə məcmu tələb nisbətən aşağıdırsa iqtisadiyyatın fəaliyyətinin nəticəsi A nöqtəsinə uyğundur. Məhsul buraxılışın 7500-ə, qiymətlərin səviyyəsi isə 102-ə bərabər olacaqdır. Əksinə, əgər məcmu tələ nisbətən yüksəkdirsə, iqtisadiyyatın fəaliyyətinin nəticəsi B nöqtəsinə uyğundur, məhsul buraxılışı 8000-ə, qiymətlərin səviyyəsi isə 106-a bərabərdir. Beləliklə, əhəmiyyətli məcmu tələb iqtisadiyyatı daha yüksək məhsul buraxılışı həcmi və (a) qrafikində məhsul buraxılışının həcmi və qiymətlərin səviyyəsi üzrə iqtisadi fəaliyyətin nəticələri göstərilmişdir. Əgər əmtəələrə və qiymətlərə olan tələb nisbətən azdırsa onda iqtisadiyyatın fəaliyyət nəticəsi A nöqtəsinə və məhsul buraxılışı isə uyğun gələcəkdir, qiymətlərin səviyyəsinin daha yüksək olduğu tarazlıq nöqtəsinə tərəf yerini dəyişir.
Şəkilin (b) hissəsində bu nəzəri nəticələrin işsizlik və inflyasiya anlayışlarında nə demək olduğunu görürük. Əmtəə və xidmətlərin istehsalı həcminin genişləndirilməsi üçün firmaların daha çox işçilərə ehtiyacı olduğu üçün işsizlik B nöqtəsində A nöqtəsində olduğundan aşağıdır. Bizim misalımızda məhsul buraxılışı həcmi 7500-dən 8000-ə qədər yüksəldikdə işsizliyin səviyyəsi 7%-dən 4%-ə qədər düşür. Bundan əlavə, qiymətlərin səviyyəsi B nöqtəsində A nöqtəsində olduğundan daha yüksək olduğu üçün inflyasiyanın sürəti də (əvvəlki illə müqayisədə qiymətlərin səviyyəsinin dəyişməsinin faizlə ifadəsi) yüksəkdir. Xüsusilə 2000-ci ildə qiymətlərin səviyyəsi 100%-ə bərabər olduğu üçün A nöqtəsində inflyasiyanın sürəti 2%, B nöqtəsinə isə 6% təşkil edir. Beləliklə, biz iqtisadiyyatın fəaliyyətinin 2 mümkün nəticəsini: həm məhsul buraxılışı həcmi və qiymətlərin səviyyəsi göstəriciləri ilə (məcmu tələb və məcmu təklif modelini istifadə etməklə) həm də inflyasiya və işsizlik anlayışları ilə (Fillips əyrisini istifadə etməklə) müqayisə etmək imkanını əldə edirik.
Əvvəlki fəsildən gördüyümüz kimi pul -kredit maliyyə- büdcə siyasətinin alətləri məcmu tələb əyrisinin qrafikinə təsir etmək üçün, yəni iqtisadiyyatın Fillips əyrisi boyunca yerini dəyişməsi üçün istifadə olunur. Pul təklifinin, dövlət xərclərinin artırılması yaxud, vergilərin azaldılması məcmu tələb əyrisini sağa hərəkət etdirir və iqtisadiyyatın Fillips əyrisində daha aşağı işsizlik və daha yuxarı inflyasiyaya uyğun olan nöqtəyə keçirir. Pul təklifinin, dövlət xərclərinin azaldılması yaxud, vergilərin artırılması məcmu tələb əyrisini sola hərəkət etdirir, iqtisadiyyat isə Fillips əyrisində daha aşağı inflyasiya və daha yuxarı işsizliyə uyğun olan nöqtəyə keçir. Bu mənada Fillips əyrisi siyasətçilərə inflyasiya və işsizliyin kombinasiyaları toplusunu təklif edir.
Fillips əyrisinin yerdəyişmələri: gözləmələrin rolu- SHIFTS IN THE PHILLIPS CURVE:THE ROLE OF EXPECTATIONS
Güman olunur ki, Fillips əyrisi siyasətçilərə «işsizliyin səviyyəsi-inflyasiyanın sürəti»nin çoxlu mümkün olan kombinasiyalarını təklif edir. Lakin bu çoxluq zaman ərzində nə qədər sabitdir? Fillips əyrisi siyasətçilərin tamamilə inana biləcəyi asılılığı ifadə edirmi? Məhz bu suallar P.Samuelson və R.Solounun səyləri nəticəsində Fillips əyrisinin makroiqtisadi siyasət barədə mübahisələrin mərkəzində qərar tutduğundan sonra 1960-cı illərin II yarısında iqtisadçıların diqqət mərkəzində olmuşdur.