Dövlət xərclərində dəyişikliklər-CHANGES IN GOVERNMENT PURCHASES
Hökumət əmtəə və xidmətlərin dövlət tərəfindən alışını dəyişdikdə birbaşa məcmu tələbin qrafikinə təsir göstərir. Məsələn, fərz edək ki, ABŞ-ın Müdafiə Nazirliyi dövlət sifarişlərinin iri icraçılarından biri olan Boeing kompaniyasında yeni qırıcı təyyarələrin 20 mlrd. dollar həcmində sifarişini yerləşdirir. Əlavə dövlət sifarişi kompaniyanın məhsuluna tələbi artırır. Bu isə onu əlavə işçilər götürməyə və istehsalı genişləndirməyə sövq edir. Boinq Amerika iqtisadiyyatının subyekti olduğu üçün istehsal olunan məhsula tələbin artması əmtəə və xidmətlərə məcmu tələbin artmasında özünü əks etdirir və məcmu tələb əyrisinin qrafiki sağa yerini dəyişir.
Sağa, nə qədər? Ağla ilk gələn fikir məcmu tələb əyrisinin qrafikinin həmin 20 mlrd. dollara qədər sağa yerini dəyişməsi olur. Məlum olur ki, ilk fikir heç də həmişə düzgün olmur. Məcmu tələbin yerdəyişməsinin kəmiyyətini dövlət xərclərinin dəyişikliklərindən fərqləndirən iki makroiqtisadi amil mövcuddur. Onlardan birincisinin, multiplikator effektinin təsiri nəticəsində məcmu tələbin yerdəyişməsi 20 mlrd. dollardan çox ola bilər. Ikincisinin, sıxışdırma effektinin təsiri nəticəsində məcmu tələbinr yerdəyişməsi az ola bilər. Aşağıda bu effektlərin hər ikisini nəzərdən keçirəcəyik.
Multiplikator effekti-THE MULTIPLIER EFFECT
Dövlət Boinq kompaniyasından 20 mlrd. dollar həcmində yeni qırıcı təyyarələrin alınmasına qərar verdikdə, ABŞ hökuməti tərəfindən təqdim olunan tələbin həcminin artmasının nəticəsi bilavasitə məşğulluğun və dövlət sifarişinin icraçısının gəlirlərinin artmasından ibarətdir. Lakin fəhlələrin əmək haqqısı və firma sahiblərinin mənfəəti artdığı üçün iqtisadi subyektlərin gəlirlərin artmasına reaksiyası istehlak mallarına xərclərin artmasından ibarətdir. Boinq kompaniyasının məhsulunun dövlət tərəfindən alınması digər firmaların tələbinin artmasına gətirib çıxarır. Beləliklə, Amerika dövləti tərəfindən xərclənən hər dollar əmtəə və xidmətlərə olan məcmu tələbi 1 dollardan çox artırdığı üçün belə deyirlər ki, dövlət sifarişləri məcmu tələbə görə multiplikator effektinə malikdir.
Lakin multiplikator effektinin fəaliyyəti bununla məhdudlaşmır. Bir halda ki, istehlak xərcləri artır, istehsalçı firmalar çoxlu sayda fəhlələri işə götürürlər və onların mənfəəti artır. Yüksək əmək haqqı və mənfəət istehlak xərclərinin artmasına səbəb olur və s. Beləliklə, müsbət əks əlaqə göz qabağındadır, yüksək tələb gəlirlərin artmasına səbəb olur, bu da daha böyük tələbə gətirib çıxarır. Bütün bu artımları cəmləsək tələbin yönəldiyi əmtəə və xidmətlərin kəmiyyətinin cəmi effekti bilavasitə dövlət sifarişlərinin nəticəsi olan başlanğıc effektdən daha çox ola bilər.
Multiplikator effekti şəkil 31.4-də göstərilmişdir. Əvvəlcə dövlət sifarişlərin 20 mlrd. dollar artması məcmu tələb əyrisinin qrafikini AD1-dən AD2-yə sağa düz 20 mlrd. dollar qədər yerini dəyişir. Lakin istahlakçılar bu yerdəyişməyə öz xərclərini artırmaqla cavab verdikdə məcmu tələb əyrisinin qrafiki daha çox, AD3-ə yerini dəyişir.
Məcmu tələbin artmasına istehlak xərclərinin reaksiyası nəticəsində əmələ gələn multiplikator effekti investisiyaların təsiri ilə daha da güclənə bilər. Məsələn: Təyyarələrə tələbin artmasına cavab olaraq Boinq daha çox avadanlığın alınması yaxud yeni zavodun tikintisi barədə qərar qəbul edə bilər. Bu halda dövlət tərəfindən tələbin artırılması infestisiya məhsullarına təlabatın yüksəlməsinə imkan yaradır. Tələb və investisiyalar arasındakı belə müsbət əks əlaqə bəzən investisiya akseleratoru adlanır.
Dövlət sifarişlərinin multiplikatorunun düsturu-A FORMULA FOR THE SPENDING MULTIPLIER
Çox asan hesab vasitəsilə istehlak xərclərinin artması nəticəsində meydana çıxan multiplikator effektini ədədi ifadə edə bilərik. Bu düsturda ən mühüm kəmiyyət istehlaka meylin ən son həddi (MPC) – ev təsərrüfatlarının əlavə gəlirin yığıma deyil, istehlaka yönəltdikləri hissəsidir. Fərz edək ki, istehlaka meylin ən son həddi ¾ -dür. Bu o deməkdir ki, ev təsərrüfatlarının qazandıqları hər bir dolların 25 senti yığıma 75 senti isə istehlaka yönəldilir. Əgər MPC ¾-ə bərabərdirsə, Boinq kompaniyası tərəfindən 25 mlrd. dollarlıq kontraktın alınması fəhlələrin və kompaniya sahiblərinin istehlak xərcləri ¾ x $ 20 mlrd. – a, yəni 15 mlrd. dollara bərabərdir.
Dövlət xərclərinin artırılmasının məcmu tələbə təsir edən məcmu effektini müəyyən etmək üçün 20 mlrd. dollarlıq sifarişlərin maliyyələşdirilməsi haqda dövlətin qərar qəbul etməsi ilə başlayan prosesin ayrı-ayrı mərhələlərini təhlil edək. Bu məbləğə uyğun gəlirlər (əmək haqqı və mənfəət) də artır. Gəlirlərin artması isə öz növbəsində istehlak xərclərinin MPC x $ 20 mlrd. qədər artmasına gətirib çıxarır. Deməli, istehlak məhsulları istehsalçılarının – firma sahibləri və fəhlələrin gəlirləri artır. Gəlirlərin növbəti artımı istehlak xərclərinin MPC x (MPC x $ 20 mlrd.) qədər yenidən artımı deməkdir. Gəlirlərin belə artımları əks əlaqənin nəticəsində yenidən davam edir.
Əmtəə və xidmətlərə tələb nisbətən dövlət xərclərinin məcmu effektini tapmaq üçün bütün artımları cəmləyək:
Dövlət xərclərinin dəyişməsi = $ 20 mlrd;
Istehlakın birinci dəyişməsi = MPC x $ 20 mlrd;
Istehlakın ikinci dəyişməsi = MPC2 x $ 20 mlrd;
Istehlakın üçüncü dəyişməsi = MPC3 x $ 20 mlrd;
* *
* *
* *
Tələbin məcmu dəyişməsi = (1+MPC+MPC2+MPC3+…) x $ 20 mlrd.
Burada «…» toplananların sonsuz sayı deməkdir. Qeyd etdiyimiz kimi dövlət xərclərini multiplikatoru:
Multiplikator = 1+MPC+MPC2+MPC3+…- bərabərdir.
Bu multiplikator dövlət xərclərinin hər dolları ilə yaranan əmtəə xidmətlərə tələbin kəmiyyətini verir.
Ifadəni sadələşdirmək üçün orta məktəbin riyaziyyat kursundan bildiyimiz sonsuz həndəsi silsiləni nəzərdən keçirdiyimizi yada salaq. Onun bölünəni müsbətdir və birdən kiçikdir, yəni 0 < X < 1, sonsuz azalandır:
1+X+X2 +X3+…= 1 / (1-X).
Nəzərdən keçirdiyimiz halda X = MPC. Beləliklə,
Multiplikator = 1 / (1-MPC).
(Istehlaka meylin ən son həddinin müəyyənləşdirilməsindən bu nəticə əldə olunur: 0 ≤ MPC≤ 1. 0<MPC <1 olduqda MPC bölünənli sonsuz həndəsi silsilə sonsuz azalandır. MPC = 0 (əldə olunan bütün əlavə gəlir əmanətlərə yönəldilir) və MPC =1 (əldə olunan bütün əlavə gəlir istehlak olunur) olduqda multiplikator üçün ifadə yenə də formal olaraq düzdür. (Çünki birinci halda dövlət xərclərinin artması nəticəsində yaranan gəlirlərin artımı məcmu tələbin sonrakı artımına gətirib çıxarmır, buna görə də multiplikator = 1, ikinci halda isə dövlət xərclərinin artması nəticəsində yaranan gəlirlərin artımı məcmu tələbin sonsuz artımına gətirib çıxarır, buna görə də multiplikator = ∞. Tərcüməçinin qeydi.))
Məsələn: əgər MPC = ¾ dövlət xərclərinin multiplikatoru 1/(1-3/4), yəni 4-ə bərabərdir. Bu halda 20 mlrd. dollarlıq dövlət xərcləri 80 mlrd. dollarlıq əmtəə və xidmətlərə tələbi əmələ gətirirlər.
Multiplikator effektinin istifadəsinin digər yolları-OTHER APPLICATIONS OF THE MULTIPLIER EFFECT
Multiplikator effekti sayəsində dövlət xərclərinin hər dolları məcmu tələbin bir dollardan çox artmasını təmin edə bilər. Lakin multiplikator effektinin imkanları sadəcə dövlət xərcləri sahəsi ilə məhdudlaşmır. O, ÜDM-un hər hansı tərkib hissəsinə (istehlak, investisiyalar, dövlət xərcləri, yaxud təmiz ixrac) xərclərin dəyişməsinə səbəb olan istənilən hal üçün təqlid oluna bilər.
Fərz edək ki, hər hansı bir ölkənin məhdudlaşdırma tədbirləri ABŞ ixracına tələbin 10 mlrd. dollar məbləğdə azalmasına gətirib çıxarır. Bu isə milli məhsulun həcminə, deməli Amerika istehlakçılarının xərclərinə mənfi təsir göstərir. Istehlaka meylin ən son həddi ¾-ə, multiplikator isə 4-ə bərabərdirsə, ixracın 10 mlrd. dollar məbləğdə azaldılması məcmu tələbin 40 mlrd. dollar aşağı düşməsinə gətirib çıxaracaq.
Digər bir misalı nəzərdən keçirək, fond bazarında partlayış ev təsərrüfatlarının rifahının yüksəlməsinə və əmtəə və xidmətlərə xərclərin 20 mlrd. dollar artmasına gətirib çıxarır. Istehlak xərclərinin artması ABŞ-nın milli gəlirinin artması deməkdir. Bu isə öz növbəsində daha çox istehlak xərclərinin yaranmasına səbəb olur. Istehlaka meylin ən son həddi ¾-ə, multiplikator isə 4-ə bərabərdirsə, istehlak xərclərinin 20 mlrd. dollar məbləğdə ən son artımı məcmu tələbin 80 mlrd. dollar artmasına səbəb olacaqdır.
Multiplikator mühüm makroiqtisadi anlayışdır. Çünki o, iqtisadiyyatın xərclərin dəyişmə effektini nə dərəcədə gücləndirməsi haqda nəticə əldə etməyə imkan verir. Istehlakda, investisiyalarda, dövlət xərclərində, yaxud ixracda cüzi dəyişikliklər məcmu tələbə, deməli iqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.