THE EFFECTS OF A MONETARY INJECTION
FES-in pul-kredit siyasəti dəyişdikdə nə baş verəcək? Fərz edək ki, iqtisadiyyatın tarazlıq vəziyyətində olduğu bir halda MB (Mərkəzi Bank) qəflətən pulun təklifini ikiqat artırır. O bunu, məsələn, yeni banknotları çap edərək ölkə ərazisində vertolyot ilə səpələməklə və ya sadəcə olaraq açıq bazarda əhaliyə dövlət istiqrazlarını satmaqla edə bilər (FES-in belə davranışı daha çox ehtimal olunandır, halbuki daha az səmərəlidir). Pul inyeksiyasının nəticələri necə olacaq? Bazar tarazlığı dəyişəcəkmi?
Suallara cavablar 27.2-ci şəkildə verilir. Pul inyeksiyası pul təklifinin əyrisinin sağa MS1 vəziyyətindən MS2 vəziyyətinə keçməsinə və tarazlığın A nöqtəsindən B nöqtəsinə hərəkətinə gətirib çıxarır. Pulun dəyəri (sol ox) 1/2-dən 1/4-ə qədər aşağı düşəcək, qiymətlərin səviyyəsinin tarazlıq qiyməti 2-dən 4-ə qədər yüksələcək. Başqa sözlə, pul təklifinin artması dolların artıqlığına gətirib çıxarır, bunun nəticəsində qiymətin səviyyəsi artır və hər pul vahidinin dəyəri azalır.
Qiymətlərin səviyyəsinin necə müəyyən edildiyi və vaxtilə onun nəyə görə dəyişə biləcəyinin izahı pulun kəmiyyət nəzəriyyəsi adını daşıyır. Bu nəzəriyyəyə görə iqtisadiyyatda pulun miqdarı onların dəyərini müəyyən edir, pul miqdarının həcminin artması isə inflyasiyanın əsas səbəbidir. Iqtisadçı Milton Fridmenin qeyd etdiyi kimi, «inflyasiya həmişə və hər yerdə sırf pul fenomenidir».
Tarazlığın müəyyən edilməsinə ötəri nəzər
A BRIEF LOOK AT THE ADJUSTMENT PROCESS
Biz müəyyən etdik ki, pul inyeksiyasından sonra bazar tarazlığı dəyişir. Lakin bir tarazlıq halından digərinə keçid iqtisadiyyata necə təsir edir? Bu sualın cavabı iqtisadiyyatın qısamüddətli fluktuasiya (dəyişmə) proseslərinin (bununla biz kitabın növbəti fəsillərində tanış olacağıq) başa düşülməsini tələb edir. Bununla belə faydalı olardı ki, pul təklifinin dəyişməsindən sonra meydana gələn keçid prosesini artıq burada qısaca müzakirə edək.
Pul inyeksiyasının bilavasitə effekti pulun təklifinin artıqlığının əmələ gəlməsindən ibarətdir. Bu məqama qədər iqtisadiyyat tarazlıq vəziyyətində idi (27.2-ci şəkildə A nöqtəsi), yəni qiymətlərin hazırkı səviyyəsində dövriyyədə olan pulun miqdarı əhalini tamamilə təmin edirdi. Vertolyotla yeni pulların səpələnməsindən sonra insanların onları küçələrdən yığması nəticəsində əhalinin pul kisələrində artıq dollarlar əmələ gəldi. Bu şəraitdə qiymətlərin səviyyəsinin dəyişmədiyi halda pula tələbin həcmi onların təklifinin həcminə nisbətən azaldı.
Pul təklifinin artmasına əhali müxtəlif üsullarla münasibət göstərir. Kimsə onlara (pullara) yeni əmtəə və xidmətlər, kimsə istiqrazlar əldə edərək və ya yeni əmanət hesabları açaraq arzu edənlərə borc verməyi üstün tutacaq. Bu borclar öz növbəsində başqa şəxslərə (individlərə) yeni alış-veriş etməyə imkan verəcək. Hər iki halda pul inyeksiyası əmtəə və xidmətlərə olan tələbatın artmasına aparır. Bir halda ki iqtisadiyyatın əmtəə və xidmətləri istehsal etmək imkanı dəyişmir, istehlak tələbatının artması qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Öz növbəsində qiymətlərin səviyyəsinin artması pula olan tələbin yüksəlməsi deməkdir. Nəticədə iqtisadiyyat yeni tarazlıq vəziyyətinə gəlib çıxır (27.2-ci şəkildə B nöqtəsi). Bu vəziyyətdə pula olan tələbatın həcmi və onların təklifinin həcmi tarazlaşır. Beləliklə əmtəə və xidmətlərə olan qiymətlərin ümumi səviyyəsi pulun tələb və təklifini yeni tarazlıq halına gətirib çıxarır.