Kosmosa səyahət qocalmağın qarşısını alır

Kosmosa səyahət qocalmağın qarşısını alır

Kosmosda astronavtların həyat sağlığı ilə əlaqədar aparılan tədqiqatlar heyrətləndirici nəticələrin aşkarlanmasına səbəb olub.Caenorhabditis elegans növ soxulcanlar üzərində aparılan tədqiqatlar göstərir ki,kosmosda yaşlanma daha aşağı tempdə baş verir. Bunun işığın təsiri ilə və ya cazibə qüvvəsi ilə əlaqəli olub olmadığı isə naməlum olaraq qalır.Nəticələr isə göstərir ki,soxulcanların 48 geninin fəaliyyəti  ikiqat aktivləşib,199-unun isə ikiqat yavaşıyıb.Fəaliyyəti aşağı düşən genlərin 7-si həzm və metabolizmdən cavabdehdir,digərləri isə dayaq hərəkət və başqa bu kimi daha az təsirə məruz qalan sistemlərin işinə təsir edir.Eyni genlərin laboratoriya şəraitində fəaliyyətinə müdaxilə edilən soxulcanlarda Yerdə də digərlərinə nisbətən daha uzun ömür sürməsi müəyyən olunub.Xüsusilə onlarda qocalıq markeri olan Glutamatın sintezinin də köklü şəkildə azalması görülmüşdür.Tədqiqatlar bunun İnsan üçün nə dərəcədə təsiredici və ya həlledici olacağı istiqamətində davam etdirilir.
Top