Ən maraqlı 10 ölüm hadisəsi

Ən maraqlı 10 ölüm hadisəsi

 1.  1995-ci ildə Amerikada  Bir Kola maşınından pulsuz içki almağa çalışan adam maşından atılan kola qutu başına  sərt  dəyməsi  nəticəsində  həyatını itirdi.

 2.  Astronomiya  elmində mühüm xidmətləri  olan Tycho Brahe adlı Danimarkalı elm adamı tualetə gedə bilmədiyi üçün ölmüşdür.  XVI əsrdə yemək bitmədən süfrədən qalxmaq  xoş qarşılanmazdı. Tycho Brahe qonaq olduğu bir mərasimə getmədən əvvəl   tualetə getməyi  unutdu. Mərasimdə içkini çox içən  elm adamı tualetə getmək üçün icazə istəyə bilməyəcək qədər nəzakətli olduğundan sidik  kisəsi partlamışdır və 11 gün əzab  çəkdikdən sonra ölmüşdür.

 3.  Argentina Buenos Airesdə reallaşan ölüm hadisəsində arvadını öldürməyə çalışan adam arvadını qaldıqları otelin 23-cü mərtəbəsindən aşağı  atır. Qadın aşağı düşərkən elektrik tellərinə ilişir. Arvadının ölüb ölmədiyindən əmin olmaq istəyən adam özünü də aşağı atır, məftillərədən  yapışa bilmədiyi üçün yerə  çırpılaraq dünyasını  dəyişir.

 4. 1983-ci ildə Amerikanın San Diego əyalətində polislər tərəfindən oğurluq edərkən tutulan qadın:  ”əgər özünü buraxmazlarsa,  ölənə qədər nəfəsini  tutcağını”- söylədi. Polislərin bu istəyi qəbul etməməsi nəticəsində qadın öz nəfəsini tutdu və göyərərək öldü.

 5. İtaliyada reallaşan bir ölüm hadisəsində Pisa şəhərində yaşayan Romollo Ribaldo adlı adam işsiz olduğu üçün intihar etməyə qərar verir.Həyat yoldaşı  42 yaşındakı Romollo Ribaldoya  intihar etməməsi üçün yalvarır. Razı olan Romollo ağlamağa başlayır  və əlindəki silahı yerə atır… və pis sürpriz ... 

Yerə düşən silahdan atəş açılır və silahdan çıxan güllə Romollonun həyat yoldaşına dəyir və qadın ölür.

 6.  Amerikada bir heyvanxanada  fil baxıcısı təmizlik edərkən filin nəcisi altında qalaraq can vermişdir.

 7.  Khay Rahnajet adlı İraqlı bir terrorist içində bomba qurğusu olan bir paketi poçt ilə sui-qəsd ünvanına göndərdi. Paketin üzərində kifayət qədər pul olmadığı üçün poçt xidməti paketi geri göndərir. 

Paketi  görən  naşı terrorist paketdə bomba qurğusu qurduğunu unudaraq   paketi açır, bombanın partlaması  nəticəsində parçalanaraq ölür.

 8. Həyat  yoldaşı ilə zarafat etmək istəyən  Jake Fen adlı bir adam özünü güya  asır.(belə bir görüntü yaradır)  Evə gələn həyat yoldaşı ərinin özünü asdığını görüncə huşunu itirir.  Bu zaman  qapını açıq görən qonşul  qadın içəri girir. Jake və yoldaşının öldüyü zənn edən qadın evi soymağa qərar verir və evi soyur.  Evdən yığdıqları ilə çölə çıxmaq üzrə olan qadını görüncə  Jake  ona badalaq verir. Qadın cəsədin canlandığını zənn edərək qorxudan ölür.

 9.  New Yorkun işlək prospektlərinin birində bir avtomobil yol ilə  gedən bir yaşlı qadına  yüngülcə dəydi. Piyada tam yerdən qalxacağı zaman yoldan keçən biri qadına ayağa qalxmayacağı təqdirdə sığortadan yüklü miqdarda pul ala biləcəyini söyləyir. Yaşı qadın da  yıxıldığı yerə təkrar uzanır.  Avtomobil sürücüsü isə piyadanın yerdən qalxdığını düşünərək qaza basır və piyada avtomobilin altında əzilərək  can verir.

 10.  Misirdə  əkinçilik edən bir adam toyuqlarından birinin Nil çayına düşdüyünü görür  və toyuğunu xilas etmək üçün çaya tullanır. Lakin  çayda boğulduğunu görüncə ətfdakılardan kömək istəyir. Adamın köməyinə çatan oğlu  atasına kömək etməyə çalışarkən o da boğulmağa başlar. Ata oğul xilas üçün kömək istəməyə başlayırlar. Adamın arvadı qızları və digər oğlu kömək etmək istəyərlər, lakin onlar da müvəffəqiyyətli olmazlar. 6 nəfərlik ailə boğularaq can verir lakin toyuq xilas olur.

Top