ECONOMIC GROWTH AROUND THE WORLD
Ölkələr Nəzərdən keçirilən dövr Dövrün əvvəlində əhalinin adambaşına düşən real ÜDM, $* Dövrün sonunda əhalinin adambaşına düşən real ÜDM, $* Orta illik artım sürətləri, % Yaponiya 1890-1997 1196 23400 2,82 Braziliya 1900-1997 619 6240 2,41 Meksika 1900-1997 922 8120 2,27 Almaniya 1870-1997 1738 2130 1,99 Kanada 1870-1997 1890 21860 1,95 Çin 1900-1997 570 3570 1,91 Argentina 1900-1997 1824 9950 1,76 ABŞ 1870-1997 3188 28740 1,75 Indoneziya 1900-1997 708 3450 1,65 Hindistan 1900-1997 537 1950 1,34 Ingiltərə 1870-1997 3826 20520 1,33 Pakistan 1900-1997 587 1590 1,03 Banqladeş 1900-1997 495 1050 0,78 * Əhalinin adam başına düşən real ÜDM-u 1997-ci ilin dollarları ilə hesablanmışdır.
Sehrli silsilə, yaxud 70-lər qaydası (The Magic of Compounding and the Rule of 70)
Uzunmüddətli artımın problemlərinə həsr olunmuş tədqiqatımızın çıxış nöqtəsi kimi müxtəlif ölkələrin inkişaf göstəriciləri ilə tanış olaq. Cədvəl 23.1-də son yüz il ərzində 13 ölkədə adambaşına düşən real ÜDM-un dəyişiklikləri barədə məlumatlar verilmişdir.
Adambaşına düşən real ÜDM haqqında məlumatlar müxtəlif ölkələrin əhalilərinin həyat səviyyələrindəki əhəmiyyətli fərqləri təsdiq edir. Məsələn, ABŞ-da əhalinin adambaşına düşən gəlirlərinin göstəricisi Çindəkindən 8 dəfə, Hindistandakından isə demək olar ki, 15 dəfə çoxdur. Kasıb ölkələrdə bu göstərici Amerikanın neçə 10 illik bundan əvvəl çatdığı səviyyədədir. 1997-ci ildə çinlinin orta gəliri amerikalının 1870-ci ildəki orta gəlirinin səviyyəsində olmuşdur, 1997-ci ildə orta pakistanlının payına isə 100 il bundan əvvəl yaşamış ABŞ vətəndaşının gəlirinin yarısı düşürdü.
Cədvəlin son bölməsində müxtəlif ölkələrdə adam başına düşən real ÜDM-un orta illik faizlə ifadə olunmuş artımı kimi müəyyən olunan ÜDM-un artım sürətinin göstəricisi verilmişdir. Məsələn, ABŞ-da adam başına düşən real ÜDM 1870-ci ildən 3188 $-dan 1997-ci ilədək 28740 $-a qədər artmışdır (yəni, 120 il ərzində onun artım sürəti ildə 1,75%-ə bərabər olmuşdur).
Nəzərdən keçirdiyimiz cədvəldə ölkələr iqtisadi artım sürətlərinin azalması qaydasında yerləşmişdir. Birinci yeri iqtisadi artım sürəti il ərzində 2,82% -dən ibarət olan Yaponiya tutur. Yüz il əvvəl adam başına düşən ÜDM-un səviyyəsinə görə o, Meksika və Argentina arasındakı yeri tuturdu. Başqa sözlə, yüz il əvvəl orta yaponiyalının gəliri orta hindlinin 1997-ci ildəki gəlirindən az idi. Lakin iqtisadiyyatın möcüzəli çiçəklənməsi sayəsində Yaponiya dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilmiş və əhalinin adam başına düşən gəlirlərinin səviyyəsi üzrə demək olar ki, ABŞ-a çatmışdır. Cədvəlin sonuncu sətrini Banqladeş tutur, XX əsrdə onun iqtisadi artımı çox cüzi olmuş, vətəndaşlarının rifah səviyyəsi isə demək olar ki, 100 il əvvəlki səviyyədə olduğu kimi qalmışdır.
Bütün ölkələrin iqtisadi inkişafları qeyri-bərabərlikləri ilə fərqlənir - Yaponiya birdən-birə irəliyə gedə bilmiş, Ingiltərə və Argentina isə əksinə, öz mövqelərini itirmişlər. 1870-ci ildə Böyük Britaniya dünyanın ən varlı dövləti idi. Onun adam başına düşən gəliri Kanadada olduğundan iki dəfə çox, ABŞ-da olduğundan isə 20% çox idi. Indi isə keçmiş metropoliya özünün hər iki müstəmləkəsindən xeyli geri qalır. Əsrin əvvəllərində Argentinanın əhalinin adam başına düşən gəliri qonşu Braziliyada olduğundan təxminən 3 dəfə çox idi, indi isə hər iki ölkədə bu göstərici demək olar ki, eynidir.
Nəzərdən keçirilən misallar əyani olaraq göstərir ki, hətta ən varlı ölkələr üçün belə sonrakı çiçəklənməyə təminat yoxdur, iqtisadi autsayderlər isə heç də həmişəlik yoxsulluğa məhkum deyillər. Lakin belə dəyişikliklərin səbəbi nədir? Nəyin hesabına bəzi ölkələr lider olurlar, digərləri isə daha çox geri qalırlar? Bu fəsildə bu problemlərin tədqiqinə başlayacağıq.
Cədvəl 23.1.
Dünyanın müxtəlif ölkələrinin iqtisadi artım göstəriciləri
Mənbə: Robert C. Barra and Xavier Sala-i-Martin, Economic Growth (New York: McGraw-Hill, 1995), tables 10.2 and 10.3; World Development Report 1998/99, table 1; müəllifin hesablamaları
Yaddaş guşəsi
Cədvəl 23.1-ə nəzər saldıqda elə təsəvvür yarana bilər ki, nəzərdən keçirilən ölkələrin iqtisadi artım sürətlərindəki fərqlər cüzidir. Ən yüksək sürət -3%, ən aşağı sürət, Banqladeş istisna olmaqla təxminən 1 %-dir. Yəni 2% fərq bu qədər mühümdürmü?
Məlum olur ki, bu çox əhəmiyyətlidir. Dayanıqlı artımın kağız üzərində sadə görünən hətta çox da yüksək olmayan göstəriciləri belə zaman keçdikcə mühüm nəticələrə gətirib çıxarır, çünki, bu zaman həndəsi silsilə effekti adlandırılan effekt işləməyə başlayır.
Sadə situasiyanı nəzərdən keçirək. Fərz edək ki, kollecin 22 yaşlı iki məzunu Cerri və Eleyn ildə 30.000$ -lıq bərabər məvaciblə ilk dəfə işə düzəlmişlər. Indi isə fərz edək ki, Cerri və Eleynin gəlirləri ildə uyğun olaraq 1 və 3% sürətlə artır. 40 ildən sonra, yəni 62 yaşına çatdıqda Cerri ildə 45.000$, Eleyn isə 98.000$ alacaq. Ilk baxışdan əhəmiyyətsiz görünən 2% -lik fərq hesabına onların gəlirləri 2 dəfədən çox bir-birindən fərqlənir.
Artım sürəti və həndəsi silsilə effektinin qarşılıqlı əlaqəsinin daha yaxşı başa düşülməsi üçün 70-lər qaydası kimi tanınan köhnə qaydanı yada salaq. O, aşağıdakından ibarətdir: əgər hər hansı dəyişən ildə X% sürətlə artarsa, onda onun qiyməti 70 ildən sonra 2 dəfə artacaqdır. Beləliklə, bizim misalda Cerrinin gəliri 70/1=70 ildən, Eleynin gəliri isə 70/3=23,3 ildən sonra 2 dəfə artacaqdır.
Bu qayda təkcə gəlirlərin deyil, əmanətlərin də artımının müəyyən olunmasına tətbiq oluna bilər. 1791-ci ildə Bencamin Franklin öz vəsiyyətnaməsində sonrakı 200 il müddətində tibb tələbələrinin təqaüdləri və elmi tədqiqatların aparılması üçün 5.000$ ayırmışdı. Əgər bu pullar ildə 7% gəlir gətirsəydi (bu tamamilə realdır), vəsiyyət olunan məbləğ hər on ildən bir iki dəfə artardı, 200 ildən sonra isə fantastik həddə 5 mlrd. $-a çatardı (əslində o, yalnız 2 mln.$ təşkil etmişdi, ona görə ki, onun bir hissəsi vəsiyyətçinin iradəsinə uyğun olaraq xərclənmişdi, lakin elə bu da az deyildi).
Bizim misallarımız əyani olaraq göstərir ki, artımın hətta, cüzi faizi belə zaman keçdikcə qəribə nəticələrə gətirib çıxarır. Bəlkə də məhz buna görə Albert Eynşteyn həndəsi silsiləni «bütün zamanların ən mühüm riyazi kəşfi» adlandırmışdı.