TRADE POLICY
Xarici ticarət siyasəti adı altında ixrac olunan və idxal olunan əmtəələr və xidmətin həcminə bilavasitə təsir göstərən dövlət siyasəti başa düşülür. Xarici ticarət siyasətinin həyata keçirilməsinin ən geniş yayılmış formasına rüsumun müəyyən edilməsi, yəni idxal olunan məhsullara faktiki vergi və idxal kvotasının tətbiq edilməsi, daha doğrusu, ölkə daxilində satıla bilən (fəsil 9) xarici əmtəələrin həcminin məhdudlaşdırılması aiddir. Bəzən ölkə tərəfindən həyata keçirilən ticarət siyasəti üstüörtülü xarakterə malik olur. Məsələn, amerika hökuməti çox vaxtı yapon avtomobil istehsalçılarına, onları ABŞ-a ixrac etdikləri məhsullarının sayını azaltmağa məcbur etmək məqsədilə təsir göstərir. Könüllü ixracın məhdudlaşdırılması adlanan bu – heç də həqiqətdə özünün arzusuna görə həyata keçirilmir və mahiyyətinə görə elə idxal kvotasıdır.
Gəlin xarici ticarət siyasətinin müxtəlif növlərinin makroiqtisadi nəticəsinə baxaq. Fərz edək ki, amerikan avtomobil sənayesinin nümayəndələri yapon kompaniyaları tərəfindən rəqabətdən narahat olaraq ABŞ hökumətini idxal olunan avtomaşınlara kvota təyin etməyə inandırır.
Yaddaş guşəsi
Bir daha klassik dixotomiya haqqında
Bizim yenicə tanış olduğumuz açıq iqtisadiyyatın makroiqtisadi nəzəriyyəsi öz növbəsində klassik olmuşdu. Bu cür müəyyən etmə iki qarşılıqlı əlaqədə olan əhəmiyyətə malikdir. Birincisi, nəzəriyyə keçmiş əsrlərin alimlərinin zəkalarının məşğul olduğu problemlərə müraciət edir. Ikincisi, bu daha çox mühümdür, o, klassik dixotomiya anlayışından və pulun neytral olması ehtimalından istifadə edir. Xatırlayaq ki, klassik dixotomiya real və nominal iqtisadi kəmiyyətlərin nəzəri bölgüsüdür. Bizim açıq iqtisadiyyat modelində yalnız kəmiyyət parametrləri (yığım, investisiya, xalis xarici investisiya və xalis ixrac), həm də nisbi qiymətləri (real faiz dərəcəsi, real mübadilə kursu) birləşdirən real dəyişənlərdən istifadə olunur. Model yalnız pulun rolundan asılı olmayan real kəmiyyətlərin hərəkətini aydınlaşdırır.
Iqtisadiyyata pul təklifinin dəyişməsi necə təsir göstərir? Bu suala cavab əvvəlki fəsillərdə necə olmuşdu, o cür olacaqdır. Klassik nəzəriyyə göstərir ki, qiymətin səviyyəsi pul tələb və təklifini tarazlıq vəziyyətinə gətirib çıxarır. Mərkəzi Bank pul təklifini iki dəfə artırdıqda, qiymətin səviyyəsi də həmçinin iki dəfə artır. Əgər Mərkəzi Bank ardıcıl olaraq pul təklifini artırmaq siyasətini həyata keçirirsə, onun labüd nəticəsi davamlı inflyasiya olacaqdır.
Real kəmiyyətlərin pul-kredit siyasətinin təsirindən asılı olmamasını təmin etmək üçün nəzərdə tutulur ki, bütün nominal kəmiyyətlər onun istənilən dəyişikliyinə cavab verir. Xüsusilə də əgər real mübadilə kursu maliyyə sferasındakı dəyişikliklərin təsirinə məruz qalmırsa, nominal mübadilə kursu (bir dollara xarici valyuta vahidləri ilə ölçülmüş) daxili qiymətlərin səviyyəsi artdıqca aşağı düşməlidir. Biz inflyasiyanın nominal mübadilə kursuna təsirinə, alıcılıq qabiliyyətinin pariteti nəzəriyyəsilə tanış olduqda, əvvəlki fəsildə baxmışdıq. Lakin açıq iqtisadiyyat haqqında bu fəsildə biz tərəfdən nə deyilmişdirsə, hamısı bizim əvvəlki nəticələrə bir az da olsa təsir göstərmir.
Yadda saxlayın ki, pulun neytrallığı haqqında fikir daha çox uzunmüddətli dövrdə iqtisadiyyatın təhlili üçün tam uyğundur. Qısa müddətdə onun inkişafının təhlili bizim mühakimələri pulun neytrallıq prinsipinin qısa müddətli pozulmasının səbəblərinə baxmaqla tamamlamağı tələb edir. Biz bu problemlə növbəti fəsildə tanış olacağıq.
|
Amerikanın avtomobilqayırma sənayesinin lobbiçiləri bu cür qərarın qəbuluna nail olaraq bəyan edirlər ki, bu məhdudiyyət ABŞ-ın xarici ticarət kəsirinin azalmasına gətirib çıxaracaq. Lakin həqiqətən bu belədirmi? Bu sualın bizim modelin köməyilə alınmış cavabı şəkil 29.6.-da izah olunur.
Bizim xarici ticarət siyasətinin təhlilinin birinci mərhələsində, hansı dəyişənin qrafikinə o, bilavasitə təsir göstərdiyini müəyyən etmək lazımdır. Aydındır ki, idxal məhdudiyyətlərinin tətbiqi, məhz əmtəələrin idxalına təsir göstərəcəkdir. Xalis ixrac – ixrac və idxalın fərqinə bərabər olduğundan məhdudlaşdırıcı siyasət, həm də əmtəələrin xalis ixracında da əks olunacaqdır. Belə ki, xalis ixrac – xarici valyutaların mübadiləsi bazarında dollara tələbin mənbəyi olduğundan, bu siyasət bu bazarda tələb əyrisinin vəziyyətini dəyişir.
Tədqiqatın ikinci mərhələsi tələb əyrisinin hərəkəti hansı qayda ilə baş verəcəyi sualına cavab tapmağı tələb edir. Belə ki, kvotanın müəyyən edilməsi ABŞ-da satılacaq Yapon avtomobillərinin miqdarını məhdudlaşdırır, bu real mübadilə kursunun istənilən qiymətində idxalın azalmasına səbəb olur. Ixrac və idxalın fərqinə bərabər olan xalis ixrac mübadilə kursunun istənilən qiymətində artır. Belə ki, xaricilərə amerikanın xalis ixracını ödəmək üçün dollarlar lazım olacaqdır, valyutanın mübadiləsi bazarında onlara tələb artır. Dollara tələbin artması qrafik (v)-də tələb əyrisinin D1 vəziyyətindən D2 vəziyyətinə hərəkətilə əks olunur.
Tədqiqatın üçüncü mərhələsi tarazlığın əvvəlki və yeni vəziyyətinin müqayisəsindən ibarətdir. Qrafik (v)-dən bu nəticə çıxır ki, dollara tələbin artması onların mübadilə kursunu E1 qiymətindən E2-yə qədər artırır. Borc vəsaitləri bazarında (qrafik (a)) heç bir dəyişiklik baş vermədiyindən faiz dərəcəsi əvvəlki səviyyədə qalır. Xalis xarici investisiyalar da dəyişməz qalmışdı. Belə ki, xalis investisiyalar əvvəlki səviyyədə qalmışdı, xalis ixracda həmçinin dəyişməz qalmışdı, hətta baxmayaraq ki, kvotanın tətbiqi idxalın azalmasına gətirib çıxarmışdı.
Xalis ixracın idxalın azalması şəraitində öz əvvəlki əhəmiyyətini saxlamasının səbəbi real faiz dərəcəsinin dəyişməsilə izah olunur. Valyuta mübadilə bazarında dolların valyuta kursunun artması bar verəndə xaricilərlə müqayisədə amerikan əmtəələri nisbətən daha baha olur. Valyuta kursunun artması idxalı stimullaşdırır və ixracı cəlbedici edir, hər iki bu meyllər isə kvotanın tətbiqindən törəyən əmtəələrin və xidmətin xalis ixracının artımının bərpasına işləyir. Nəticədə idxal kvotasının tətbiqi həm idxalın və həm də ixracın azalmasına səbəb olur, lakin əmtəələrin və xidmətin xalis ixracı (ixrac və idxal arasında fərq) dəyişməz qalır.
Beləliklə, biz qəribə nəticəyə gəldik ki: xarici ticarət siyasəti xarici ticarət balansına təsir etmir. Başqa sözlə, ixrac və ya idxala bilavasitə təsir edən xarici ticarət siyasəti əmtəələrin və xidmətin xalis ixracının əhəmiyyətini dəyişmir. Bu fikir, əgər biz bizə məlum olan bərabərliyi xatırlasaq az qəribə görünəcəkdir:
NX = NFI = S – I
Xalis ixrac xalis xarici investisiyaya bərabərdir. Bunlar milli yığımlar və daxili investisiyaların fərqini bərabərləşdirir. Xarici ticarət siyasətinin müxtəlif növləri ticarət balansını dəyişmir, ona görə ki, onlar milli yığıma və ya daxili investisiyaya təsir etmir. Milli yığımların və daxili investisiyaların məlum səviyyəsində real mübadilə kursu dövlətin ticarət siyasətindən asılı olmadan xarici ticarət balansının tarazlığını saxlayır.
Xarici ticarət siyasətinin müxtəlif formalarının bütövlükdə dövlətin xarici ticarət balansına təsir göstərməməsinə baxmayaraq, onlar ayrı-ayrı formalara, sənaye sahələrinə və regionların iqtisadiyyatına təsir göstərir. Məsələn, amerikan hökuməti yapon avtomobillərinə idxal kvotası müəyyən edəndə, General Motors Korporasiyası öz məhsulunun satış həcmini artırmaq imkanına malik olur. Eyni zamanda dolların valyuta kursunun artması ilə əlaqədar olaraq Amerikanın Boeinq təyyarəqayırma korporasiyası Avropanın Airbus təyyarə konsorsiumunun rəqabətinə çətin tab gətirəcəkdir. Nəticədə amerikanın təyyarə laynerlərinin ixracı azalacaqdır, xaricilərin idxalı isə artacaqdır. Beləliklə, yapon avtomobillərinə idxal kvotasının tətbiqi amerikan avtomaşınlarının xalis ixracının artmasına və təyyarə laynerlərinin xalis ixracının azalmasına səbəb olacaqdır. Bundan başqa, ABŞ-dan Yaponiyaya xalis ixrac artacaqdır və ABŞ-dan Avropaya əmtəələrin və xidmətin xalis ixracı azalacaqdır. Lakin amerikan iqtisadiyyatının ümumi ticarət balansı dəyişməz qalacandır.
Beləliklə, xarici ticarətin müxtəlif formalarının nəticəsi makroiqtisadi deyil, daha çox mikro xarakterə malikdir. Hərçənd ki, məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsinin tərəfdarları çox vaxt bəyan (amma kifayət qədər əsası olmayan) edirlər ki, onlar tərəfindən təklif olunan fəaliyyət ölkənin ticarət balansını yaxşılaşdırır, onlar hər şeydən əvvəl, ayrı-ayrı firmaların və ya sənaye sahələrinin maraqlarını müdafiə edirlər. Ona görə də əgər siz eşitsəniz ki, General Motors Korporasiyasının rəhbərləri yapon avtomobillərinə idxal kvotasının tətbiqinə tərəfdar olurlar təəccüblənmək lazım deyil. Demək olar ki, iqtisadçılar həmişə bu cür tədbirlərə qarşı çıxırlar. Azad ticarət müxtəlif ölkələrin iqtisadiyyatına müxtəlif növ məhsulların istehsalı üzrə ixtisaslaşmasına imkan yaradır, bununla əhalinin maddi rifahı yüksəlir (bax: fəsil 3 və 9). Ticarət məhdudiyyəti bu məqsədlərə nail olmağa maneçilik yaradır və beləliklə də, ümumi rifah halının azalmasına səbəb olur.