28. Alıcılıq qabiliyyətinin pariteti

28. Alıcılıq qabiliyyətinin pariteti

Mübadilə kursunu müəyyən etməyin birinci nəzəriyyəsi: alıcılıq qabiliyyətinin pariteti
Valyutanın mübadilə kursu vaxtaşırı mühüm dərəcədə dəyişə bilir. Məsələn, 1970-ci ildə bir amerikan dollarına 3,65 alman markası və ya 627 italyan lirəsi almaq olardı. 1998-ci ildə bir dollar artıq 1,76 alman markasına və ya 1737 italyan lirəsinə dəyişdirildi. Başqa sözlə, bu vaxtı dolların dəyəri markaya nisbətən yarıdan çox aşağı düşdü və lirə demək olar ki, iki dəfə nisbətində artdı.
Bu dərəcədə mühüm dəyişiklik bizə nə deyir? Iqtisadçılar tərəfindən mübadilə kursunun müəyyən olunmasını izah etməyə kömək edən çoxlu modellər işlənib hazırlanmışdır. Həm də nəzərə almaq lazımdır ki, onlardan hər biri bu və ya digər qüvvənin təsirini xüsusi qeyd edir. Bu fəsildə biz alıcılıq qabiliyyətinin pariteti(purchasing-power parity-AQP) nəzəriyyəsi adını almış mübadilə kurslarının sadə nəzəriyyəsilə tanış olacağıq. O, sübut etməyə çalışır ki, hər bir valyuta vahidi istənilən ölkədə eyni miqdarda əmtəə və xidmətlər almaq imkanını verməlidir. Çoxlu iqtisadçılar ona əmindilər ki, AQP nəzəriyyəsi uzunmüddətli dövrdə mübadilə kurslarının təyin olunmasını müəyyən edən iqtisadi qüvvələrin qarşılıqlı fəaliyyətini təsvir edir. Biz bu nəzəriyyənin məntiqi əsasına, həm də onun tətbiqi imkanına və hüdudlarına baxırıq.

Alıcılıq qabiliyyətinin pariteti nəzəriyyəsinin məntiqi
THE BASIC LOGIC OF PURCHASING-POWER PARITY

Prinsipcə vahid qiymət qanunu adını almış AQP nəzəriyyəsi sübut edir ki, ölkənin hər bir nöqtəsində əmtəə eyni bir qiymətə satılmalıdır, məhz əks halda ticarət mənfəət əldə etmək imkanından istifadə etmir. Fərz edək ki, dənəli qəhvə Suetlidə kiloqramı 8,dollara, Bostonda isə 1 kq 10 dollara satılır. Onda onda hər hansı bir adam Suetlindən qəhvə alıb və mövcud qiymət fərqi hesabına hər satılan kiloqramdan 2 dollar mənfəət əldə edərək onu Bostonda sata bilər. Müxtəlif bazarlarda qiymət fərqi hesabına gəlirlərin əldə olunması arbitraj əməliyyatı adlanır. Getdikcə, arbitraj­laş­dırma inkişaf etdikcə Suetlidə qəhvəyə tələb və Bostonda qəhvəyə təklif artır. Suetlidə qəhvənin qiyməti (tələbin artmasına cavab olaraq) artacaq, Bostonda isə (təklifin artmasına cavab olaraq) aşağı düşəcəkdir.

Beynəlxalq ticarət bazarında tətbiq edilən vahid pul qanununa baxaq. Əgər dollar (və ya istənilən digər valyuta) ABŞ-da Yaponiya ilə müqayisədə daha çox qəhvə almağa imkan verirsə, beynəlxalq ticarətin iştirakçıları onu bir ölkədən alıb və digər ölkədə sataraq mənfəət ala bilir. ABŞ-dan Yaponiyaya qəhvənin ixracı bu məhsulun amerikan bazarında qiymətinin artmasına və yapon bazarında qiymətin azalmasına səbəb olacaqdır. Əksinə, əgər dollar Yaponiyada ABŞ-dan daha çox qəhvə almağa imkan versəydi, ticarət kom­pani­yaları onu Yaponiyadan alardı və Amerikaya ixrac edərdi. Yaponiyadan qəhvənin ixracı onun qiymətini ABŞ-da aşağı salardı və Yaponiyada qiyməti artardı. Nəticədə vahid qiymət qanununa uyğun olaraq hər iki ölkədə bir dollara eyni miqdarda qəhvə almaq mümkün olardı.
Bu mühakimələrin məntiqi bizi hər bir valyuta bütün ölkələrdə eyni alıcılıq qabiliyyətinə malik olmasını sübut edən AQP nəzəriyyəsinə gətirib çıxarır. Başqa sözlə, dollar istər ABŞ-da və istərsə də Yaponiyada eyni miqdarda əmtəələr almağa imkan verməlidir, iyen isə həmçinin həm Yaponiyada və həm də ABŞ-da eyni miqdarda əmtəələr almaq imkanı verməlidir. Bu nəzəriyyənin adı öz-özünə deyir ki, paritet sözü bərabərlik deməkdir, alıcılıq qabiliyyəti anlayışı isə bilavasitə pulun dəyərinə aiddir. Beləliklə, alıcılıq qabiliyyəti nəzəriyyəsi sübut edir ki, hər bir valyuta dünyanın istənilən ölkəsində bir real vahid dəyərə malik olmalıdır.

Alıcılıq qabiliyyətinin pariteti nəzəriyyəsinin əsas nəticələri IMPLICATIONS OF PURCHASING-POWER PARITY
Valyutanın mübadilə kursları haqqında AQP nəzəriyyəsi nə deyir? O, sü­but edir ki, iki ölkənin valyutası arasında nominal mübadilə kursu onlar da tə­­şəkkül tapmış əmtəə və xidmətin qiymət səviyyəsindən asılıdır. Əgər dol­lar ABŞ-da (burada qiymət dollarla ölçülür) və həm də Yaponiyada (burada qiy­mət iyenlə ölçülür) eyni miqdarda əmtəələr almağa imkan verirsə, onda dol­lara uyğun olan iyenin miqdarı Amerikada və həm də Yaponiyada əm­təə­nin qiymət nisbətini əks etdirməlidir. Məsələn, əgər Yaponiyada qəh­və­nin kiloqramı 1000 iyen və ABŞ-da 10 dollardırsa, mübadilənin nominal kur­su bir dollar 100 iyenə (1000 iyen / 10 dollar = 1 dollara 100 iyen) bərabər olur. Əks halda dolların alıcılıq qabiliyyəti bu ölkələrdə fərqli olacaqdır.
AQP nəzəriyyəsini başa düşmək üçün sadə riyazi əməliyyatdan istifadə etmək faydalıdır. ABŞ-da (dollarla ölçülən) qiymət səviyyəsi – P, Yaponiyada (iyenlə ölçülən) qiymət səviyyəsi – P*, nominal mübadilə kursunu (bir dollara alınan iyenin miqdarı) – E ilə işarə edək. Amerikada və həm də Yaponiyada bir dollara alınan əmtəələrin miqdarına baxaq. ABŞ-da qiymətin səviyyəsi P-yə bərabərdir, ona görə də 1 dolların alıcılıq qabiliyyəti 1/p təşkil edir. Xaricdə dollar xarici valyutanın E vahidinə mübadilə oluna bilər, xarici valyuta öz növbəsində E/p*-ə bərabər olan alıcılıq qabiliyyətinə malikdir. Dolların alıcılıq qabiliyyətinin hər iki ölkədə eyni olması üçün aşağıdakı bərabərlik yerinə yetirilməlidir:
1/P = E/P*
P-ni sağ tərəfə keçirdikdən sonra biz alırıq:
1 = EP/P*
Diqqət yetirin ki, bərabərliyin sol tərəfi – dəyişməz kəmiyyətdir, sağ tərəfi isə real mübadilə kursunun ifadəsidir. Deməli, əgər dolların alıcılıq qabiliyyəti ABŞ-da və xarici ölkədə həmişə sabit saxlanılarsa, real müba­dilə kursu – amerikan və xarici əmtəələrin müqayisəli dəyəri dəyiş­məyəcəkdir. Bizim tədqiqatın nəticələrinin nominal mübadilə kur­sunun hərəkətinin təhlili üçün necə istifadə ola bilməsini görmək üçün sonuncu bərabərliyi aşağıdakı formaya salaq:
E = P*/p
Bu ifadə o deməkdir ki, nominal mübadilə kursu xarici ölkələrdə (xarici valyuta ilə ölçülən) əmtəə və xidmətlərin qiymət səviyyəsi daxili (ölkə valyutası ilə ölçülən) qiymət səviyyəsinin nisbətinə bərabərdir. AQP nəzəriyyəsinə uyğun olaraq iki ölkə valyutasının nominal mübadilə kursu bu ölkələrdə qiymət səviyyəsinin nisbətini əks etdirməlidir.
Nəzəriyyənin mühüm nəticəsi ondan ibarətdir ki, nominal mübadilə kur­su qiymət səviyyəsinin dəyişməsindən asılıdır. Əvvəlki fəsildə bizim öyrən­diyimiz kimi, hər bir ölkədə qiymətin səviyyəsi pulun kəmiyyətinə olan tələb və təklifin tarazlıq səviyyəsinə gətirib çıxarır. Nominal mübadilə kursu qiymətin səviyyəsilə müəyyən olunduğundan, o həm də pula olan tələb və təklifdən də asılıdır. MB pul təklifini artıranda bu öz növbəsində qiymətin artımına gətirib çıxarır, o beləliklə, xarici ölkələrin valyutasına nisbətdə milli valyuta kursunun aşağı düşməsinə səbəb olur. Başqa sözlə, MB əlavə miqdarda pul buraxdıqda onlar istər alınan əmtəə və xidmətlərin kəmiyyəti cəhətdən və istərsə də onları digər ölkələrin valyutasına mü­badilə cəhətdən dəyərini itirir.
Biz bu paraqrafın başlanğıcındakı suala cavab tapmaq imkanı əldə edirik: niyə amerikan dolları alman markası ilə müqayisədə dəyərini itirdi və italyan lirəsi ilə müqayisədə dəyəri artdı? Cavab ondan ibarətdir ki, ABŞ-la müqayisədə Almaniya sərt, Italiya isə daha çox inflyasiyalı pul-kredit siyasəti yeritmişdilər. 1970-1988-ci illər ərzində Birləşmiş Ştatlarında inflyasiya ildə 5,3% təşkil etmişdi. Müqayisə etmək üçün Almaniyada qiymətin artım sürəti ildə 3,5%, Italiyada isə – 9,6% təşkil etmişdi. ABŞ-da əmtəə və xidmətlərin qiyməti Almaniyadakı qiymətə nisbətən artdığından dolların dəyəri markanın dəyərinə nisbətən aşağı düşmüşdü. Eynilə də Amerikada qiymət Italiyadakı qiymətlə müqayisədə azaldığından dolların dəyəri lirəyə nisbətən artmışdı.

Alıcılıq qabiliyyətinin pariteti nəzəriyyəsinin tədqiqinin məhdu­diyyəti LIMITATIONS OF PURCHASING-POWER PARITY
AQP nəzəriyyəsi–mübadilə kurslarını izah edən sadə modeldir. Onun köməyilə biz çoxlu iqtisadi hadisəni izah etmək imkanına malik oluruq. Mə­sə­lən, alman markasına nisbətən dolların kursunun aşağı düşməsini və ya­xud onun italyan lirəsinə nisbətən yüksəlməsini. Bu konsepsiya hiper­in­fl­ya­siya dövründə mübadilə kurslarının mühüm dəyişməsini yaxşı izah edir.
Lakin AQP nəzəriyyəsini tam mükəmməl hesab etmək olmaz. Xüsusən də mübadilə kurslarının qiyməti müxtəlif ölkələrdə dolların real dəyərinin sabitliyini həmişə təmin etmir. Onun praktiki tətbiqini məhdudlaşdıran iki digər amil də mövcuddur.
Onlardan biri ondan ibarətdir ki, çoxlu əmtəə və xidmətlər geniş dairəli istehlakçılar üçün maraq təşkil etmir. Təsəvvür edin, məsələn ki, Parisdə dəl­ləklərin xidməti, Nyu-Yorkdakından olduqca bahadır. Bu səbəbə görə bəzi turistlər Fransanın mərkəzində dəlləkxana salonlarına baş çəkməkdən qaçır­lar, bəzi dəlləklər isə Nyu-Yorkdan Parisə işləməyə gedirlər. Lakin dəlləklərin və müştərilərin bu cür davranışını öz növbəsində arbitraj əməliyyatı adlan­dırmaq olar, daha doğrusu, qiymətin taraz­laş­masını həyata keçirmək üçün kifayət deyil. Beləliklə, alıcılıq qabiliyyətinin pariteti saxlanılacaq, dollara (və ya franka) isə Parisdə Nyu-Yorkdakından az dəlləkxana xidmətləri alına­caqdır.
Təsirilə alıcılıq qabiliyyətinin pariteti konsepsiyasının istifadəsini çətin­ləş­dirən ikinci amil ondan ibarətdir ki, müxtəlif ölkələrdə istehsal olunmuş əha­li arasında məşhur olan eyni bir əmtəə heç də həmişə qarşılıqlı əvəz­olu­nan olmur. Məsələn, bəzi istehlakçılar alman, digərləri amerikan pivəsinə üs­tün­lük verir. Bundan başqa, istehlakçıların zövqü vaxtaşırı dəyişə bilir. Əgər alman pivəsinin məşhurluğu gözlənilmədən artsa, ona olan tələbin artı­mı onun qiymətinin artmasına səbəb olacaqdır. Nəticədə ABŞ-da dollara (və yaxud markaya) bu içkinin Almaniyadakından daha çox miqdarını almaq olur. Lakin iki bazarda qiymətin fərqli olmasına baxmayaraq arbitraj əmə­liy­yat­­larının aparılması mümkün olmayacaq. Belə ki, istehlakçılar alman və ame­rikan pivəsinin keyfiyyətini müqayisə olunmaz hesab edirlər.
Beləliklə, bəzi əmtəələr istər geniş yayılmadığından, və istərsə də hətta tezsatılan əmtəələr olduğundan həmişə xaricilərlə müvəffəqiyyətlə əvəz oluna bilmir, AQP konsepsiyası həmişə mübadilə kurslarının qiy­mətini düzgün müəyyən etmir. Bu səbəblərdən real mübadilə kursu vaxt­aşırı dəyişir. Buna baxmayaraq, AQP nəzəriyyəsi bizə mübadilə kurslarının müəyyən olunması proseslərini düzgün başa düşməyə əsaslar verir. Onun məntiqi real mübadilə kursunun AQP nəzəriyyəsi tərəfindən qabaqcadan verilmiş qiymətdən kənarlaşdıqca, insanlarda əmtəələri sərhəd vasitəsilə başqa yerə keçirmək üçün daha çox stimullar əmələ gəldiyinə əsaslanır. Hətta əgər alıcılıq qabiliyyətinin paritetini müəyyən etməyə çalışan qüvvələr real mübadilə kursunun qiymətini tam müəyyən edə bilmirsə, onların fəaliyyəti bu qiymətin dəyişməsinin əhəmiyyətli olmaya­cağını və yalnız vaxtı gələndə baş verəcəyini güman etməyə əsas verir. Ona görə də mübadilə kurslarının dəyişməsinin ümumi meylləri adətən ölkə daxilində və xaricdə qiymətin səviyyəsinin tərəddüdünü düzgün əks etdirir.

Nəticə
Bu fəsildə biz açıq iqtisadiyyatın təhlilində istifadə olunan bəzi əsas makroiqtisadi anlayışa baxdıq. Indi siz dövlətin xalis ixracının niyə xalis xarici investisiyaya, milli yığımın isə daxili və xarici investisiyaların məb­ləğinə bərabər olmasını bilirsiniz. Siz nominal və real mübadilə kursları anlayışları, həmçinin də valyutanın mübadilə kurslarının müəyyən olun­masını izah edən alıcılıq qabiliyyətinin  pariteti nəzəriyyəsinin nəticə­ləri və məhdudiyyətləri ilə tanış oldunuz.
Bu fəsildə bizim göstərdiyimiz makroiqtisadi dəyişənlər haqqında bilik sizə açıq iqtisadiyyatın dünyanın digər ölkələrilə qarşılıqlı fəaliyyətini öyrən­məyə başlamağa imkan verir. Növbəti fəsildə biz bu dəyişənlərin necə müəy­yən olunduğunu izah etməyə imkan verən nəzəriyyəyə baxacağıq. Biz həm də müxtəlif praktiki hadisənin ölkənin tədiyyə balansının vəziyyətinə və onun valyutasının mübadilə kursuna necə təsir etdiyini öyrənəcəyik.

Top