28. Beynəlxalq sazişlərdə qiymətlər: real və nominal mübadilə kursları

28. Beynəlxalq sazişlərdə qiymətlər: real və nominal mübadilə kursları

Biz dövlət sərhəddini keçən əmtəə və xidmətlər axınlarının və kapital axınlarının vahid ölçüsü ilə tanış olduq. Bu kəmiyyət dəyişənlərinə əlavə olaraq makroiqtisadiyyat üzrə mütəxəssislər qiymətlərə görə beynəlxalq sazişlər baş verdiyindən onları öyrənirlər. Istənilən daxili bazarda olduğu kimi, əmtəənin qiymətini alıcıların və satıcıların fəaliyyəti uyğunlaşdırdığı kimi, elə beynəlxalq sazişin qiyməti də dünya bazarlarında istehlakçıların  və istehlakçıların qarşılıqlı fəaliyyətində onların davranışını uyğun­laş­dırmağa imkan verir. Sonra biz beynəlxalq qiymətin iki ən mühüm növünə – nominal və real mübadilə kurslarına baxacağıq.

Nominal mübadilə kursu  NOMINAL EXCHANGE RATES
Iki ölkənin milli valyutalarının mübadilə olunduğu nisbət nominal valyuta kursu adlanır. Məsələn, əgər bankda dolların yapon iyenə mübadilə kursu 80-ə bərabərdirsə, onda bu, o deməkdir ki, 1 dollara siz 80 iyen və ya 80 iyenə 1 dollar ala bilərsiniz (həqiqətən bank valyuta alqısının və satqısının müxtəlif kurslarını müəyyən edir. Fərq banka mübadilə əməliyyatlarının aparılmasından mənfəət əldə etməyə imkan verir. Lakin bizim gələcək mühakimələrimizdə biz ona diqqət verməyəcəyik).
Mübadilə kursunun əhəmiyyəti iki üsulla xəyala gətirilir. Əgər dolların iye­nə mübadilə kursu 80-ə bərabərdirsə, onda iyenin dollara mübadilə kursu 1/80 (0,0125) bərabərdir. Bizim kitabda biz nominal mübadilə kursunu bir dollara uyğun olan xarici valyuta vahidinin miqdarı vasitəsilə ifadə edəcə­yik. Əgər mübadilə kursunun dəyişməsi dollara çox miqdarda xarici valyu­ta almağa imkan verirsə, deyirlər ki, ABŞ-ın milli pul vahidinin kursu yüksəlmişdir.
Əgər mübadilə kursunun dəyişməsi dollara az miqdarda xarici val­yuta almağa imkan verirsə, onda deyirlər ki, dolların kursu aşağı düş­müşdür. Məsələn, mübadilə kursu dollara iyen 80-dən 90-a qədər artanda, deyirlər ki, dolların kursu yüksəlir. Eyni zamanda, bununla yanaşı iyenə az miqdarda amerikan dolları alındığından, deyirlər ki, iyenin kursu azalır. Mübadilə kursu bir dollara iyen 80-dən 70-ə qədər aşağı düşəndə, deyirlər ki, dolların kursu azalır, iyenin kursu isə artır.
Bəzən kütləvi informasiya vasitəsi bildirir ki, dollar «güclü» və yaxud «zəif» olur. Bu müəyyənlik adətən nominal valyuta kursunun bir az qabaq dəyişməsinə aiddir. Valyuta kursu yüksələndə, deyirlər ki, «güc­lənir», ona görə ki, bu halda ona çoxlu xarici valyuta almaq olur. Əksinə, valyuta kursu aşağı düşəndə deyirlər ki, o, «zəifləyir».
Hər bir ölkə üçün çoxlu nominal mübadilə kursları vardır. Məsələn, amerika dollarını yapon iyeni, ingilis funtunu, fransız frankını, meksika peso­su­nu və çoxlu digər valyuta almaq üçün istifadə etmək olar. Iqti­sad­çılar mü­ba­dilə kurslarının dəyişməsini öyrənəndə, onlar çoxsaylı mübadilə kurslarını or­taq mərkəzə gətirən indekslərdən istifadə edirlər. Çoxlu əmtəələrin də­yə­rini qiymət səviyyəsinin vahid göstəricisi şəkilinə salan isteh­lak qiymətləri indeksi kimi mübadilə kursu indeksi də çoxsaylı müba­di­lə kurslarını valyutaların beynəlxalq dəyərinin vahid göstəricisinə gətirib çıxarır. Ona görə də iqtisadçılar dolların kursunun yüksəlməsi və ya azal­ması haqqında danışanda, onlar çox vaxt çoxlu valyuta kurslarının dəyişməsini nəzərə alan, mübadilə kursu indeksinin dəyişməsini nəzərdə tuturlar.

Real mübadilə kursu REAL EXCHANGE RATES
Real mübadilə kursu müxtəlif ölkələrin əmtəə və xidmətlərinin mübadilə olunduğu nisbətdir. Təsəvvür edin ki, siz maqazinə gəlirsiniz və aşkar edirsiniz ki, bir qab alman pivəsi amerikan pivəsinin analoji miqdarından iki dəfə bahadır. Bu halda biz deyə bilərik ki, real mübadilə kursu bir qab amerikan pivəsi 1/2 qab alman pivəsi təşkil edir. Ona diqqət yetirin ki, nominal mübadilə kursu xarici və ölkə valyuta vahidinin mübadilə nisbətini necə ifadə edir, elə də real mübadilə kursu xarici əmtəə vahidinin ölkə əmtəə vahidinə mübadilə nisbətini ifadə edir.
Real və nominal mübadilə kursu bir-birilə sıx bağlıdır. Onların qarşılıqlı əlaqəsini yaxşı başa düşmək üçün növbəti misala baxaq. Fərz edək ki, amerikan düyüsünün sentneri 100 dollara, 100 kq yapon düyüsü isə 16 min iyenə satılır. Amerikan və yapon düyüsünün real mübadilə kursu nə olacaq? Bu suala cavab vermək üçün biz düyünün dəyərini eyni bir valyutaya çevirmək üçün nominal mübadilə kursunun mənasından istifadə etməliyik. Əgər nominal mübadilə kursu dollara 80 iyen təşkil edirsə, amerikan düyüsünün sentnerinin qiyməti 8 min iyen təşkil edir. Deməli, amerikan düyüsü yapon düyüsündən 2 dəfə ucuz olmuşdur. Real mübadilə kursu = 100 kq amerikan düyüsünə – S sentner yapon düyüsü.
Biz real mübadilə kursunun hesablanmasını aşağıdakı formula for­masında təsəvvür edə bilərik:

Deməli, real mübadilə kursu nominal mübadilə kursundan və milli valyutalarla ölçülən əmtəənin qiymətindən asılıdır.
Nəyə görə mübadilə kursunu öyrənmək belə əhəmiyyətlidir? Yəqin siz zənn etdiniz ki, o iqtisadiyyatın idxal və ixrac həcmlərinin müqa­yisəsinin əsas amili­dir. Uncle Ben's kompaniyası ona amerikan və ya yapon düyüsü alıb-al­ma­­masını həll etdikdə o, hökmən onlardan hansının ucuz olduğunu ay­dın­laş­dı­rır. Bu suala cavab real mübadilə kursunun qiyməti verəcək. Digər misal kimi təsəvvürünüzə gətirin ki, siz öz tətilinizi harada – Mayamidə (Florida) və ya Kankunedə (Meksika) keçirməyi həll edirsiniz. Əvvəlcə siz turizm agent­li­yin­də Mayami otellərindəki (dollarla) qiymətlə, Kankune otellərindəki (peso ilə) qiy­mətlə və dolların pesoya olan mübadilə kursu ilə maraqlanmalısınız. Əgər siz orada, harada ki, ucuz olan yerdə istirahət etməyə üstünlük verəcək­sinizsə, sizin seçim həm də real mübadilə kursunun qiymətinə əsaslanacaq.
Bütünlükdə, iqtisadiyyatı öyrəndikdə, alimlər qiymətin ümumi səviy­yəsinə ayrı-ayrı əmtəələrin qiymətindən daha çox diqqət verirlər. Ona görə də real mübadilə kursunu müəyyən etmək üçün onlar qiymət indekslərindən, məsələn, istehlak qiymətləri indeksindən istifadə edirlər. ABŞ-ın IQI (P), digər ölkələrin IQI (P*) və ABŞ dolları ilə bu ölkələrin valyutaları arasındakı nominal mübadilə kursundan istifadə edərək biz ABŞ iqtisadiyyatı ilə həmin ölkənin iqtisadiyyatı arasındakı orta real mübadilə kursunu aşağıdakı qaydada hesablaya bilərik:
Real mübadilə kursu = (E x P)/P*
Real mübadilə kursu iki ölkənin istehlak səbətlərinin müqayisəli dəyərini ölçür.
Sonrakı fəsildə biz görəcəyik ki, real mübadilə kursu – istənilən ölkənin iqtisadiyyatının xalis ixracının müəyyən olunmasının mühüm parametridir. ABŞ-ın real mübadilə kursunun aşağı düşməsi, o deməkdir ki, amerikan əmtəələri xaricilərlə müqayisədə ucuzlaşmışdır. Bu cür dəyişiklik Birləşmiş Ştatlarda və kənarda istehlakçıları daha çox amerikan əmtəələri və daha az digər ölkələrin əmtəələrini almağa həvəsləndirir. Nəticədə ABŞ-ın ixracı artır, idxalı isə aşağı düşür və hər iki meylin qar­şılıqlı fəaliyyəti amerikanın xalis ixracının artmasına səbəb olur. Əksinə, ABŞ-ın real mübadilə kursunun artması o deməkdir ki, amerikan əmtəələri xariclərlə müqayisədə bahalaşmış, ona görə də Birləşmiş Ştatların xalis ixracı azalmağa başlayır.

Top