THE EQUALITY OF NET EXPORTS AND NET FOREIGN INVESTMENT
Yığım, investisiya və onların əmtəələrin və kapitalların beynəlxalq axını ilə əlaqəsi Əvvəlki fəsildən bizə məlumdur ki, yığım və investisiya – istənilən ölkənin uzunmüddətli iqtisadi artımının əsasıdır. Gəlin bu kəmiyyətlərin əmtəələrin və kapitalların beynəlxalq axını ilə necə əlaqədar olduğuna baxaq. Əmtəələr və kapitalların beynəlxalq axını xalis ixrac və xalis xarici investisiyaların həcmilə ölçülür. Bunun üçün biz mürəkkəb olmayan riyazi hesablamadan istifadə edəcəyik.
Biz öyrəndik ki, açıq iqtisadiyyatın yerdə qalan dünya ilə qarşılıqlı fəaliyyəti iki üsulla – əmtəə və xidmətlərin dünya bazarı və dünya maliyyə bazarları ilə baş verir. Xalis ixrac və xalis xarici investisiya bu bazarlarda qeyri-sabitlik tədbirlərini ifadə edir. Xalis ixrac və idxal arasında fərqi xalis xarici investisiya isə – iqtisadiyyatın rezidentlərinin aldıqları xarici aktivlərin dəyəri və xaricilərin aldıqları iqtisadiyyatın daxili aktivlərinin dəyəri arasındakı uyğunsuzluğu ölçür.
(NFI) always equals net exports (NX)
NFI = NX
Bu tənliyin ədalətliliyi iqtisadiyyatda hər bir sövdələşmənin onun sağ və sol hissəsinə eyni dərəcədə təsir etməsilə müəyyən olunur, yəni bizim tənlik bərabərdir.
Bərabərliyin ədalətliliyinə inanmaq üçün misala baxaq. Hesab edək ki, Amerikanın Boeinq təyyarəqayırma korporasiyası yapon təyyarə korporasiyasına bir neçə təyyarə satır və ondan iyenlə müəyyən məbləğ pul alır. Ona diqqət yetirin ki, hər iki hadisə eyni vaxtda baş verir. ABŞ xaricə öz məhsulunun (təyyarə) bir hissəsini satmışdı, daha doğrusu, ölkənin xalis ixrac göstəricisi artmışdı. Bununla ABŞ xarici aktiv (yapon iyeni) alır, bu xalis xarici investisiyalar göstəricisini yüksəldir.
Lakin Boeinq çox ehtimal ki, müqavilənin yerinə yetirilməsi nəticəsində əldə etdiyi iyeni saxlamayacaqdır, yapon valyutası ilə hər bir növbəti sövdələşmə xalis ixrac və xalis xarici investisiyaların bərabərliyini saxlayar. Məsələn, Boeinq iyeni qarşılıqlı fondda dollara dəyişir, qarşılıqlı fonda məişət elektronikasının böyük istehsalçısı olan Yaponiyanın Sony kompaniyasının səhmlərini almaq üçün yapon valyutası lazımdır. Bu halda xalis ixrac (təyyarələrin satışı) qarşılıqlı fondun (Sony səhmlərini alan) xalis xarici investisiyalarına bərabərdir, deməli, həm NX, həm NFI eyni bir kəmiyyətlə artır.
Hadisələrin inkişafının başqa bir variantında Boeinq iyeni «Toshiba» kompyuteri almaq arzusunda olan kompaniyada dollara dəyişir. Kompyuterlərin amerikanın idxalının dəyəri amerikanın təyyarələrinin ixracının dəyərinə tamamilə uyğun olacaq. Boeinq və Toshiba tərəfindən həyata keçirilən satış nə Amerikanın xalis ixracına, nə də ABŞ-ın xalis xarici investisiyalarının kəmiyyətinə təsir göstərməyəcək. Ona görə də NX və NFI mənası bu sövdələşməyə qədərki kimi qalacaqdır.
Xalis ixracın və xalis xarici investisiyaların bərabərliyi hər bir beynəlxalq sövdələşmənin bu və ya digər növ mübadilə olmasından irəli gəlir. Mal göndərən ölkə alan ölkəyə əmtəə və xidmət satdıqda öz növbəsində özünün aktivlərinin bir hissəsini satın aldığına görə ödəyir, onların dəyəri alınan əmtəə və xidmətlərin dəyərinə bərabərdir. Nəticədə bir ölkə tərəfindən (NX) satılan əmtəə və xidmətlərin dəyəri onun alınan aktivlərinin (NFI) dəyərinə bərabər olmalıdır. Ona görə də əmtəə və xidmətlərin beynəlxalq axını və kapitalların beynəlxalq axını, bədii desək, bir medalın iki tərəfidir.
SAVING, INVESTMENT AND THEIR RELATIONSHIP TO THE INTERNATIONAL FLOWS
Bildiyiniz kimi, xalis ixrac anlayışı bizim kitabda ilk dəfə ümumdaxili məhsulun (ÜMM) tərkibilə tanış olanda meydana çıxdı. Ümumdaxili məhsul (Y) dörd elementdən: istehlak (C), investisiya (I), dövlət sifarişi (G) və xalis ixrac (NX) əmələ gəlir. Riyazi formada bunu aşağıdakı kimi ifadə etmək olar(consumption (C),
investment (I ), government purchases (G), and net exports (NX):
Y = C + I + G + NX
Iqtisadiyyatın ümumi xərcləri özündə istehlak, investisiya, dövlət sifarişi və xalis ixrac xərclərinin məbləğini ifadə edir. Hər bir dollar məsrəfi öz əksini dörd sadalanmış elementlərdən birində tapdığından, verilmiş ifadə bərabərlikdir, ona daxil olan dəyişənlərin istənilən qiymətlərində doğrudur.
Yada salaq ki, milli yığım dövlət sifarişini və istehlak xərclərini çıxdıqdan sonra qalan məbləğdir. Milli yığım (S) Y–C–G bərabərdir. Əgər biz ilkin bərabərliyi bu asılılığı nəzərə alaraq yenidən qurmasaq, onda aşağıdakını alırıq:
Y–C–G = I + NX
S = I + NX
Xalis ixrac (Nx) xalis xarici investisiyaya bərabər olduğundan yazmaq olar ki,
S = I + NFI,
Yığım = Daxili investisiya + xalis xarici investisiya
Bərabərlik göstərir ki, milli yığım daxili və xalis xarici investisiyaların məbləğinə bərabərdir. Başqa sözlə, ABŞ vətəndaşı öz gəlirinin bir hissəsini yığıma yönəldəndə, onlar ölkə daxilində yığımı maliyyələşdirmək üçün və eləcə də xaricdən kapital almaq üçün istifadə oluna bilər.
Bu ifadə bizə artıq tanışdır. Biz maliyyə sisteminin rolunu öyrənəndə, o vaxt ona qapalı iqtisadiyyat halı üçün baxmışdıq. Qapalı iqtisadiyyatda xalis xarici investisiya olmur (NFI=0), ona görə də yığım investisiyaya bərabərdir (S=I). Açıq iqtisadiyyatda yığımın istifadəsinin iki üsulu vardır: daxili və xalis xarici investisiyalar üçün.
Əvvəlki halda olduğu kimi, maliyyə sistemində dəyişiklik bərabərliyin həm sağ, həm də sol hissələrində eyni dərəcədə əks olunur. Fərz edək ki, Smitlar ailəsi öz gəlirlərinin bir hissəsini «qara günə» yığmaq qərarına gəlirlər. Bu qərar milli yığımı, yəni bərabərliyin sol hissəsini artırır. Əgər Smitlər öz vəsaitini qarşılıqlı fonda yerləşdirirsə, onlar qismən Oqayoda yeni zavod tikən General Motors korporasiyasının səhmlərinin alınmasına, qismən isə – Osakada istehsalın genişləndirilməsinə investisiya qoyan Toyota kompaniyasının səhmlərinin alınmasına istifadə oluna bilər. Qarşılıqlı fond almaq bərabərliyin sağ hissəsindəki dəyişiklikdə əks olunur. Amerikan hesabdarlığı baxımından General Motorsun yeni zavodun tikintisinə çəkdiyi xərclər daxili investisiyaya, amerikan vətəndaşının Toyotanın səhmlərini alması isə – xalis xarici investisiyaya aiddir. Beləliklə, amerikan iqtisadiyyatının bütün yığımı ya daxili, ya da xalis xarici investisiyaların bir hissəsi olur.