28. Əmtəələrin və kapitalların beynəlxalq axını

28. Əmtəələrin və kapitalların beynəlxalq axını

THE INTERNATIONAL FLOWS OF GOODS AND CAPITAL
Açıq iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı fəaliyyəti iki yolla baş verir: dünya əmtəə bazarlarında əmtəə və xidmətlər alqısı və satqısı yolu ilə və dünya maliyyə bazarlarında maliyyə resurslarının alqısı və satqısı yolu ilə. Bu bölmədə biz bu proseslərlə tanış olacağıq və onların qarşılıqlı fəaliyyətinə baxacağıq.

Əmtəələrin axını: ixrac, idxal və xalis ixrac

THE FLOW OF GOODS: EXPORTS, IMPORTS,AND NET EXPORTS
Ixrac–ölkə daxilində istehsal olunan və xaricə satılan əmtəə və xid­mət­­­lərdir, idxal isə–ölkənin daxili bazarında satılan xarici kompa­niyaların əm­­­təə və xidmətləridir (fəsil 3). Amerikan Boeing təyyarəqayırma korpo­ra­si­ya­sı tərəfindən hazırlanmış və fransız Air France təyyarə kompaniyası tərəfindən alınmış təyyarə-layner Amerikan ixracının və fransız idxalının bir hissəsi olur. Isveçrənin Volvo kompaniyası tərəfindən buraxılan və amerika bazarında satılan avtomobillər Isveçrənin ixracına və ABŞ-ın idxalına aiddir.
Xalis ixrac–ixrac dəyərilə idxal dəyəri arasındakı fərqdir. Boeinq korporasiyasının təyyarə-layner satışı ABŞ-ın xalis ixrac göstəricisini artırır, Isveç avtomobillərinin alışı isə onu azaldır. Çünki ölkənin xalis ixracı, onun dünya bazarlarında əsasən satıcı və yaxud alıcı olduğunu göstərir. Xalis ixrac həm də ticarət balansı adlanır. Ixrac və idxal arasındakı müsbət fərq, ölkənin xaricdən aldığından xarici bazarda əmtəə və xidmətləri daha çox satdığını göstərir. Bu halda ölkə aktiv ticarət balansı saldosuna malik olur. Əgər xalis ixrac mənfi kəmiyyətdirsə, daha doğrusu, idxal ixracdan artıqdırsa, deməli, ölkə xaricə əmtəə və xidmətləri xaricdən aldığından az satır. Bu halda deyirlər ki, ticarət balansı passiv saldodur və yaxud xarici ticarət defisitliyi var. Xalis ixrac sıfıra bərabər olanda, yəni ixrac eynilə idxala bərabər olanda deyirlər ki, ölkə netto balansa malikdir.
Növbəti fəsildə biz xarici ticarət kəsirinin əmələ gəlməsini izah edən nəzəriyyələrlə tanış olacağıq. Lakin artıq indi ixrac, idxal və xalis ixraca aşağıdakı amillərin təsir etdiyini zənn etmək olar:
· istehlakçıların ölkə və idxal əmtəələrinə üstünlük verməsi;
· ölkə daxilində və xaricdə əmtəələrin qiymətləri;
· ölkə valyutasının xarici valyutaya nisbətən mübadilə kursunun əhəmiyyəti;
· əmtəələrin bir ölkədən digərinə daşınmasına çəkilən xərclər;
· dövlətin xarici ticarət siyasəti.
Vaxtaşırı bu amillərin əhəmiyyəti dəyişər ki, bu da xarici ticarətin həcmində öz əksini tapır.

Kapitallar axını: xalis xarici investisiyalar
THE FLOW OF CAPITAL: NET FOREIGN INVESTMENT

Indiyə qədər biz açıq iqtisadiyyatın iş görən şəxslərinin davranışına yalnız əmtəələr və xidmətlərin dünya bazarlarında baxdıq. Amma onlar dünyanın maliyyə bazarlarının fəaliyyətində də iştirak edirlər. Belə ki, 20 min dollara malik ABŞ sakini bu pula Toyota kompaniyasının avtomobilini və yaxud bu kompaniyanın səhmlərini almaq imkanına malikdir. Birinci sövdələşmə əmtəələrin, ikinci isə kapitalların axını ilə əlaqədar olacaq.
Xalis xarici investisiyalar anlayışı rezidentlər tərəfindən alınan xarici aktivlərin dəyərilə xaricilər tərəfindən alınan ölkə aktivlərinin dəyərinin fərqilə müəyyən olunur. ABŞ vətəndaşı Meksikanın Telmex telefon kompaniyasının səhmlərini alanda, bu sövdələşmə onun ölkəsinin xalis xarici investisiyalar göstəricisini artırır. Yaponiya vətəndaşı amerikanın döv­lət istiqrazlarını alanda, onun alışı ABŞ-ın xalis xarici investisiyalar göstəricisinin azalması deməkdir.
Yadda saxlayın ki, xarici investisiya iki növdə olur. McDonalds kompa­niyasının Moskvada açdığı tez yemə restoranı – birbaşa xarici inves­tisiyalara misaldır, amerikalıların Rusiya kompaniyalarının səhmlərinin alışı isə portfel xarici investisiyalara misaldır. Birinci halda amerikan mülkiyyətçisi bilavasitə öz aktivlərini idarə edir, ikinci halda o, daha çox passiv rol oynayır. Lakin hər bir halda ABŞ sakini başqa ölkədə olan əmlak alır, deməli, bu sövdə­ləşmələrin hər biri xalis amerikan xarici investisiyalarının artımına gətirib çıxarır.
Biz xalis xarici investisiyalar nəzəriyyələrilə sonrakı fəsildə tanış olaca­ğıq, hələlik isə qısaca olaraq onlara mühüm təsir göstərən bir qisim amillərə baxaq:
· xarici aktivlər üzrə real faiz dərəcəsinə;
· daxili aktivlər üzrə real faiz dərəcəsinə;
· xarici aktivləri almağın iqtisadi və siyasi riskinə;
· xarici investorlar haqqında dövlət siyasətinə.
Təsəvvürünüzə Meksikanın dövlət istiqrazını və yaxud ABŞ-ın dövlət istiqrazını alıb-almaması sualına cavab tapmağa çalışan amerikalını gətirin (yada salaq ki, istiqraz özlüyündə faktiki olaraq borc öhdəliyidir). ABŞ-dan olan investor hər iki istiqraz üzrə ödənilən real faiz dərəcəsini müqayisə etmə­lidir. Təklif olunan gəlir nə qədər çox olarsa, pul qoymaq bir o qədər cəlbedici görünür. Lakin bu amillə yanaşı, dövlət tədiyyə qabiliyyətində olmadıqda (yəni faiz gəlirini və yaxud borcun əsas məbləğini qabaqcadan təyin edilmiş müd­dətə ödəyə bilmədikdə), riskə də diqqət yetirmək lazımdır. Həmçinin xarici investorların fəaliyyətinə olan məh­dudiyyətlər ehtimalını da nəzərə almaq lazımdır. Bunu meksikan hökuməti artıq tətbiq etmiş və ya gələcəkdə bəlkə qəbul etdi.

Top