30. Nəyə görə qısamüddət üçün məcmu təklif müsbət meylliliklə xarakterizə olunur

30. Nəyə görə qısamüddət üçün məcmu təklif müsbət meylliliklə xarakterizə olunur

Nəyə görə qısamüddət üçün məcmu təklif müsbət meylliliklə xarakterizə olunur
WHY THE AGGREGATE-SUPPLY CURVE SLOPES UPWARD IN THE SHORT RUN
Indi biz məcmu təklifin iqtisadiyyatın qısamüddətli və uzunmüddətli dövrü üçün fəaliyyətinə təsir edən əsas amillərə baxacağıq. Bizə məlum olduğu kimi uzunmüddətli məcmu tələb əyrisi özünü şaquli xətt kimi təqdim edir. Əksinə, qısamüddətli dövrlər üçün məcmu təklif müsbət meylə malikdir (şəkil 30.6). Bu onu göstərir ki, 1-2 il üçün qiymətlərin ümumi səviyyəsinin iqtisadiyyatda artması əmtəələr və xidmətlərin ümumi təklifinin artmasına səbəb olur, qiymət səviyyəsinin aşağı düşməsi, təklif olunan əmtəələrin və xidmətlərin miqdarını artırır.

Şəkil 30.6. Məcmu təklifin qısamüddətli əyrisi

Qiymət səviyyəsi və məhsul buraxılışının həcmi arasında olan birbaşa asılılığın səbəbi nədən ibarətdir? Makroiqtisadçılar qısamüddətli məcmu təklif əyrisinin müsbət meylini izah edən üç nəzəriyyə irəli sürmüşlər. Hər bir nəzəriyyədə konkret olaraq qeyri-təkmil bazarın kon­sepsiyası göstərilir və bu da öz növbəsində uzunmüddətli kəsiklər üçün müsbət meyl yaradır. Hər bir konsepsiyada qeyri-təkmil bazarın qısa­müddətli dövrlər üçün dinamikası təqdim edilir. Aşağıda baxacağınız nəzəriyyə nə qədər müxtəlifliyə malik olsa da eyni prinsipə əsaslanır: təqdim olunan məhsulun miqdarı uzunmüd­dətlilikdən və ya təbiilikdən kənara çıxır, qiymət səviyyəsi iqtisadi subyektin gözləməsinə uyğun gəlmir. Əgər qiymət səviyyəsi gözləniləndən yuxarı olarsa, istehsal olunan məh­sulun həcmi təbii buraxılış səviyyəsindən çox olacaqdır. Əgər qiymət səviyyəsi gözlənilən səviyyədən aşağı olarsa, o zaman istehsal olunan məhsul öz təbii səviyyəsinə qalxmır.
Qeyri-səlis nəzəriyyə təqdimatı.The Misperceptions Theory Bu konsepsiyaya görə qiymətin ümumi səviyyəsinin dəyişməsi məhsul bazarın əmtəə çıxaranları müvəqqəti olaraq azdıra bilər. Bunun nəticəsində məcmu təklif əyrisi müsbət meylli olur.
Fərz edək ki, qiymətlərin səviyyəsi istehsalçıların gözlədiyindən aşağı düşmüşdür. Bu zaman əmtəə təqdim edənlər səhv olaraq belə güman edə bilərlər ki, buraxılan məhsulun qiyməti nisbi olaraq dəyişmişdir. Məsələn, fermerlər taxıl üzərində olan qiymətin aşağı düşməsini o zaman qeydə alırlar ki, istehlak əmtəələri və sənaye avadanlıqları üzərində həqiqətən qiymətlər aşağı düşür. Məhsul təqdim edənlər məntiqi olaraq müəyyən edirlər ki, taxıl istehsalının səmərəliliyi müvəqqəti olaraq aşağı düşmüşdür; fermerlərin reaksiyası onunla nəticələnir ki, buğdanın təklifini azaldırlar. Fəhlələr o zaman nominal əmək haqqının azalmasını hiss edirlər ki, onların əldə edə biləcəkləri istehlak əmtəələrinin qiymətləri aşağı düşmüşdür. Onlar o saat nəticəyə gəlirlər ki, təklif olunma müvəqqəti olaraq azalmışdır. Belə bir proses daxilində təqdim olunan əməyin miqdarı da aşağı düşür. Hər iki təsadüf nəticəsində qiymət səviyyəsinin aşağı düşməsi nisbi qiymətlər haqqında olan fikrin doğru olmaması haqqında rəy yaradır və bunun da nəticəsində təklif olunan əmtəələrin və xidmətlərin həcmi azalır.
Sərt əmək haqqı nəzəriyyəsi.The Sticky-Wage Theory Qısamüddətli məcmu təklif əyrisinin müsbət meylliliyi digər tərəfdən sərt əmək haqqına əsaslanır. Məcmu təklif əyrisinin müsbət meylliliyi onunla əlaqədardır ki, qısamüddətli nominal əmək haqqı çox zəif dəyişkənli xarakter daşıyır (başqa sözlə desək, o, «sərtlilikdən» fərqlənir). Nominal əmək haqqının müəyyən dərəcədə sərt­liliyi fəhlələr və fermerlər arasında olan uzunmüddətli müqavilələrlə izah olunur. Bundan əlavə zəif reaksiya ola bilsin ki, qəbul olunan nor­malar və ədalətliliklə əlaqədardır və bu da öz növbəsində əmək haqqının müəyyən edilməsinə təsir göstərir.
Belə fərz edək ki, gözlənilən norma daxilində qiymət səviyyəsini nə­zərə alaraq firma fəhlələrə nominal əmək haqqı verir. Əgər qiymət səviyyəsi P gözlənilən səviyyədən aşağı olarsa, nominal əmək haqqı sərt olaraq W bərabər tutularsa, o zaman real əmək haqqı W/P firmada nəzərdə tutulan kəmiyyətdən yuxarı olacaqdır. Belə ki, əmək haqqı firmanın istehsal xərclərinin əsas hissəsini təşkil edir, yüksək səviyyəli real əmək haqqı is­tehsal xərclərinin artmasına səbəb olur. Firmanın reaksiyası belə olacaqdır ki, o, işçilərin sayını ixtisar edəcəkdir və əmtəələrin və xidmətlərin istehsal həcmini azaldacaqdır. Başqa sözlə desək, əmək haqqının sərtliyi o de­məkdir ki, əmtəələr üzərində qiymətlərin aşağı səviyyəsi onların isteh­sa­lını əlverişsiz edir və bu da öz növbəsində firma tərəfindən təklif olunan əmtəələrin və xidmətlərin azalması marağı oyadır.
Sərt qiymət nəzəriyyəsi.The Sticky-Price Theory Son vaxtlar bəzi iqtisadçılar qısamüddətli məcmu təklif əyrisini təhlil edərkən üçüncü bir variantdan – sərt qiymət nəzəriyyəsindən istifadə edirlər. Onlar iqtisadi şəraitin – əmək haqqının əmtəələr üzərində olan qiymətlərin süst, ətalətli olmasını əsas götürürlər. Bunun da nəticəsində əmtəələr və xidmətlər üzərində olan qiymətlər və həmçinin əmək haqqı qısamüddətli dövr üçün öz sərtliyi ilə fərqlənirlər.
Fərz edək ki, hər bir firma iqtisadi hadisələri öz istədiyi kimi qiymətləndirir, qabaqcadan əmtəələr üzərində qiymət elan edir və bunun da nəticəsində pul təklifi görünməz dərəcədə ixtisar edilir, bu da uzunmüddətli dövr üçün qiymətlərin ümumi səviyyəsinin aşağı enməsinə səbəb olur. Şəraitin dəyişməsi ilə əlaqədar olaraq bəzi firmalar təcili olaraq qiymətləri aşağı salırlar, digər firmalar isə gecikdikləri üçün buna nail ola bilmirlər. Bununla əlaqədar olaraq gecikən firmalarda qiymətlər yuxarı səviyyədə olur, onlarda satış həcmi azalır. Belə firmalar istehsalı və fəhlələri ixtisar edirlər. Başqa sözlə desək, bəzi firmalar baş verən hadisələrə o dəqiqə reaksiya verə bilmirlər, onlar qiymətləri korrektə edə bilmirlər, yüksək səviy­yəli qiymətlər isə satış həcminin azalmasına təsir göstərir, kom­pani­yalar əmtəələrin və xidmətlərin istehsalını və işçilərin miqdarını məh­dud­laş­dırırlar.
Ümumi nəticələrə gəlmək.Summary Beləliklə, qısamüddətli məcmu təklif əyrisi üç alternativ konsepsiyanı izah etməyə imkan verir: (1) səlis olmayan təqdimat; (2) sərt əmək haqqı və (3) sərt qiymət. Bu kitabda gözlədiyimiz məqsəd üçün nəzəriyyənin uyğunluğu onun müxtəlifliyindən daha mühümdür. Göstərdiyimiz üç konsepsiyada iqtisadi subyektlər tərəfindən gözlənilən qiymətlərin real səviyyəsi onların təbii səviyyəsindən fərqlənir. Riyazi olaraq bu nəticəni aşağıdakı kimi ifadə edə bilərik:

Əmtəələrin və xidmətlərin real təklifi = istehsalın «təbii» səviyyəsi +
+ a (qiymətlərin faktiki səviyyəsi – gözlənilən qiymət səviyyəsi)

Burada, a – istehsalın həcminin gözlənilməyən qiymət səviyyəsinin dəyişməsinin dərəcəsini müəyyən edən əmsaldır (koeffisent).
Qeyd edək ki, bu üç konsepsiya qısamüddətli məcmu təklifdə onları müvəqqəti olaraq qeydə alır. Məcmu təklif əyrisinin müsbət meylliliyi qeyri-səlis təqdimat ilə, sərt əmək haqqı və ya sərt qiymətlə əlaqədardır. Nəhayət, bu qeyri-səlis təqdimat düzələcəkdir, çünki əmək haqqı tən­zimlənəcək və qiymətlər dəyişəcəkdir; deməli, uzunmüddətli dövr üçün məcmu təklif əyrisi şaquli olacaqdır.

Top