30. Uzunmüddətli iqtisadi artımın və inflyasiyanın əks olunmasının yeni üsulu

30. Uzunmüddətli iqtisadi artımın və inflyasiyanın əks olunmasının yeni üsulu

Məcmu tələbin və uzunmüddətli məcmu təklif əyrisini tərtib etdikdən sonra biz iqtisadiyyatda baş verən uzunmüddətli yeni təmayül modelini qeyd edə bilərik. 30.5 şəklində son iki onillikdə iqtisadiyyatda baş verən dəyişiklik göstərilmişdir. Qeyd edək ki, bu dövr ərzində hər iki əyrinin dəyişməsi baş vermişdir. Baxmayaraq ki, bu dəyişkənlik bir çox amillərlə əlaqədardır, bu amillər içərisində biz əsas kimi texnologiya və pul-kredit siyasətini görürük. Texniki tərəqqi iqtisadiyyatda əmtəələrin və xidmətlərin buraxılış imkanını artırır və bunun da nəticəsində uzunmüddətli məcmu təklif əyrisi sağa meyl edir. Bunun da nəticəsində FPC pul təklifini artırır və nəticədə tələb əyrisi sağda yerləşir. Şəkildən göründüyü kimi, buraxılışın həcmi (Y artımı) və inflyasiyanın (P artımı) artır. Burada biz 23 və 27-ci fəsillərdə təhlil etdiyimiz klassik modeldə iqtisadi artım və inflyasiya ilə əlaqəni nəzərdə tuturuq. Məqsəd ondan ibarətdir ki, məcmu tələb və məcmu təklif hazırlanmış modelini köhnə formalarda irəli sürməkdən ibarət deyildir. Həqiqətdə məqsəd iqtisadiyyatın qısamıddətli təhlilini yaratmaqdan ibarətdir. Bu fikirlə biz sonrakı fəsildə tanış olacağıq. Belə ki, biz qısamüddətli model hazırlayırıq ki, burada təhlili sadələşdirəcəyik, eyni zamanda, iqtisadi artımı və inflyasiyanı nəzərə almayacağıq. Yaddan çıxarmaq lazım deyildir ki, uzunmüddətli təmayüllər qısamüddətli təmayüllər üçün şərait yaradır. Başqa sözlə desək, istehsalın həcminin və qiymət səviyyəsinin qısamüddətli fluktuasiyası uzun­müddətli uzunmüddətli təmayüllərin dəyişkən göstəricilərindən uzaqlaş­dırılması nəzərdə tutulur.
Şəkil 30.5. Uzunmüddətli iqtisadi artım və məcmu tələbdə  və məcmu təklifdə inflyasiya

Iqtisadiyyat xeyli əmtəələr və xidmətlər istehsal etdikcə (yeni texno­logiya əsasında) məcmu təklif əyrisi sağa hərəkət edir. Eyni zamanda, FPC pul təklifini artırdıqca məcmu tələb əyrisi sola meyl edir. Yuxarıdakı şəkildə istehsal həcminin artımı Y1980-dan Y1990, Y2000-dən və qiymətlərin P1980-dan P1990 və nəhayət P2000-ci ilədək artımı göstərilmişdir. Beləliklə, məcmu tələb və məcmu təklif iqtisadi artımın və inflyasiyanın yeni klassik modelini ifadə edir.

Top