HOW THE SHORT RUN DIFFERS FROM THE LONG RUN
Iqtisadiyyatın qısa və uzunmüddətli dövrləri üzrə inkişafının fərqləri Iqtisadi fluktuasiyanın əsas modeli Bazar tələbi və bazar təklifi baxımından bazar modeli aldadıcı görünə bilər (4-cü fəsil). Lakin bu modellər prinsip etibarı ilə müxtəlif ola bilər. Biz tələb və təklifə konkret bazar nöqteyi-nəzərindən baxanda müşahidə edirik ki, alıcıların və satıcıların hərəkəti iqtisadi resursların bir bazardan digər bazara yerləşdirilməsindən asılıdır. Əgər dondurmanın qiyməti artırsa, tələb aşağı düşür, bunun da nəticəsində alıcılar öz pul resurslarını başqa məhsul almağa yönəldirlər. Dondurmanın qiymətinin artması onun təklifinin həcmini artırır, istehsal edən firma istehsalın həcmini artırır, ancaq iqtisadiyyatın digər sahələrində olan muzdlu əməkdən istifadə edir. Biz iqtisadiyyatı ümumilikdə təhlil edəndə görürük ki, mikroiqtisadi bazarı digər bazarla əvəz etmək qeyri-mümkündür. Nəhayət, istehsal olunan məhsulun miqdarı (onun kəmiyyətinin ümumi daxili məhsulun real həcmi ilə müəyyən edilməsi kəmiyyəti) bütün iqtisadi bazarlarda mövcud olan və tədqiq etdiyimiz məhsulu bütövlükdə özünə daxil edir. Belə bir sual meydana çıxır ki, niyə məcmu tələb əyrisi müsbət tərəfə deyil, lakin məcmu tələb əyrisi müsbət meyllə xarakterizə edilir. Bu, problemi həll etmək üçün bizə makroiqtisadi nəzəriyyədən istifadə etmək lazımdır. Bu problemin həlli bizim sonrakı vəzifəmizdir.
Iqtisadi tsiklin müxtəlif mərhələlərində iqtisadi sistemin vəziyyətini xarakterizə etmək – bir iş deyildir. Lakin daha çətin məsələ – qalxıb-enməni yaradan amillərin səbəbinin izahıdır. Həqiqətən əvvəlki fəsillərdə bizim öyrəndiyimiz iqtisadi fluktuasiya həqiqətən mübahisəli xarakter daşıyır. Bu və sonrakı 2 fəsildə iqtisadçılar tərəfindən iqtisadi aktivliyin qısa müddətə görə dəyişkənliyini öyrənmək üçün istifadə edilən modeli təhlil edəcəyik.
THE BASIC MODEL OF ECONOMIC FLUCTUATIONS
Irəlidəki fəsillərdə makroiqtisadi dəyişkənlikləri müəyyən edən amillər nəzəriyyəsinə diqqət yetirdik. 24-cü fəsildə biz əmək məhsuldarlığının səviyyəsini və artımını, ÜDM-un real həcmini öyrəndik, 25-ci fəsildə qənaətçiliyi və investisiyanı tənzimləyən faizin real normasının dəyişməsini nəzərdən keçirdik. 26-cı fəsildə işsizliyin səbəblərini müzakirə etdik. 27-28-ci fəsillərdə dövlətin pul sistemini tədqiq edərək belə bir nəticəyə gəldik ki, pul təklifi qiymət səviyyəsinə, inflyasiyanın tempinə və faizin nominal stavkasına nə cür təsir göstərir? 29 və 30-cu fəsillərdə ticarət balansını və valyutanın mübadilə kursunu izah etmək üçün biz öz təhlilimizi açıq iqtisadiyyata yönəltdik.
Bizim əvvəlki təhlilimiz iki bir-birinə bağlı olan ideyaya əsaslanır – elastik dixotomiyaya və pulun neytrallığı. Yada salaq ki, elastik dixotomiya dedikdə iqtisadi göstəricilərin real (natural göstəricilər və ya nisbi qiymətlər) və nominal dəyişənlərə (dəyər göstəriciləri) bölünməsini nəzərdə tuturuq. Klassik makroiqtisadi nəzəriyyəyə görə pul təklifinin dəyişməsi qeyri-real dəyişənlərə deyil, nominal dəyişənlərə təsir edir. Pulun neytrallığına əsaslanaraq biz real dəyişənləri müəyyən edən amilləri təhlil etdik (ÜDM-un real həcmi, faizin real norması və işsizliyin səviyyəsi). Bu zaman biz pul təklifi və qiymət səviyyəsinin nominal dəyişənlərindən sərf nəzər etdik (24-26-cı fəsillər).
Real həqiqətdə elastik makroiqtisadi nəzəriyyənin qəbul edilməsi nə qədər adekvat ola bilər? Iqtisadiyyatın funksional fəaliyyətini başa düşmək üçün bu sual həlledici rol oynayır. Iqtisadçıların bir çoxu belə hesab edirlər ki, iqtisadi nəzəriyyə iqtisadiyyatı uzundövrlər üçün öyrənir. Əgər biz müvəqqəti aralıq dövr üçün bu problemə baxırıqsa, onda nəzərə almalıyıq ki, pul təklifininin dəyişməsi qiymətə və digər nominal göstəricilərə nə cür təsir edir. Lakin nəzərə almaq lazımdır ki, bu vəziyyət ümumdaxili məhsulun (ÜDM) real həcminə və ya digər dəyişənlərə təsir etmir. Ancaq qısamüddətli iqtisadi vaxt kəsiyində pulun neytral təklifi həqiqətə uyğun deyildir. Bir çox iqtisadçılar belə hesab edirlər ki, qısamüddətli dövrlər üçün real və nominal dəyişənlər yüksək dərəcədə öz aralarında «cülğalaşırlar».
Beləliklə, bizim elə bir modelə ehtiyacımız vardır ki, o qısa bir müddət üçün iqtisadi reallığı ifadə edə bilsin. Belə bir model tərtib edərkən qabaqki fəsillərdə qeyd etdiyimiz elementlərdən istifadə edəcəyik. Bu zaman biz klassik dixotomiyadan və pulun neytrallığı vəziyyətindən imtina edəcəyik.
Iqtisadi qalxıb-enmənin qısamüddətli modelinin fokusunda iki dəyişən vardır. Birinci dəyişən DMM-un real həcmi ilə ölçülən istehsal olunan əmtəələrin və xidmətlərin həcmidir, ikinci indeks vasitəsi ilə ölçülən istehlak qiymətləri və ya ÜDM-un deflyatoru ilə ölçülən qiymətlərin ümumi səviyyəsi. Qeyd edək ki, məhsul buraxılışının həcmi həqiqi dəyişəndir, lakin qiymətlər səviyyəsi isə nominal kəmiyyətdir. Deməli, bu iki dəyişənin arasında olan əlaqəni tədqiq etməklə dixotomiyanın klassik prinsiplərindən imtina edə bilərik.
Ayrı-ayrı bazarları təhlil etdiyimiz kimi, tələb və təklif əyrisinə nəzər salaraq 30.2. şəkildə göstərilən məcmu tələb və məcmu təklif vasitəsilə biz iqtisadi fluktuasiyanı tədqiq edəcəyik. Iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsi şaquli ox üzərində göstərilmişdir, üfüqi ox üzərində isə əmtəələrin və xidmətlərin ümumi miqdarı verilmişdir. Məcmu tələb əyrisi göstərir ki, qiymətlərin hər bir səviyyəsində ev təsərrüfatı firma və dövlət istehsal olunmuş məhsulları ala bilər. Məcmu təklif əyrisinə görə əmtəələrin və xidmətlərin miqdarı göstərir ki, firmalar onları istehsal edirlər və qiymətlərin hər bir səviyyəsində onları satırlar. Bu modelə görə qiymətlərin səviyyəsi və məhsul istehsalının həcmi nəticə etibarı ilə məcmu tələbi və məcmu təklifi müvazinətliyə gətirib çıxarır.