Məcmu təklif əyrisi
Nəyə görə məcmu təklif əyrisi uzunmüddətli dövrlər üçün şaquli vəziyyətdə olur Yuxarıda göstərildiyi kimi, bir çox iqtisadçılar belə hesab edirlər ki, göstərilən prinsip uzunmüddətli iqtisadiyyatın fəaliyyətini qeyd edir və bu hal qısa müddət üçün ədalətli deyildir. Deməli, məcmu təklif əyrisi ancaq uzunmüddətli dövrlər üçün şaquli vəziyyətdə olur. Məcmu təklif əyrisinin uzun müddətə hərəkətinin mümkün səbəbləri Təbii resursların həcmi ilə əlaqədar olan dəyişikliklərin hərəkəti
Qiymətlərin verilmiş səviyyəsində nə qədər məhsul buraxılmışdır və firma nə qədər əmtəələr və xidmətlər istehsal etmişdir problemini həll etmək üçün məcmu təklif əyrisini təhlil etmək lazımdır. Qiymətlərin səviyyəsi ilə təklifin həcmi arasındakı əlaqəni bilmək üçün biz müvəqqəti üfüqi xətti müəyyən etməliyik. Uzunmüddətli vaxt üçün məcmu tələb əyrisi şaquli vəziyyətdə olur. Qısamüddətli dövrlər üçün isə müsbət meylliliyə çevrilir. Qısamüddətli iqtisadi fluktuasiyada olmaq və iqtisadiyyatın qısa müddət ərzində uzun müddət üçün fəaliyyətini təhlil etmək məqsədilə məcmu tələb əyrisinin qısa və uzun müddətlər üçün hərəkətini tədqiq etmək lazımdır.
WHY THE AGGREGATE-SUPPLY CURVE IS VERTICAL IN THE LONG RUN
Uzunmüddətli dövrlər üçün əmtəələrin və xidmətlərin təklifi həcmini nə müəyyən edir. Geniş olmasa da iqtisadi artım prosesini biz təhlil edərkən bu suala cavab vermişdik. Uzunmüddətli dövrlər üçün əmtəələrin və xidmətlərin təklifi kapitaldan, əməkdən və mümkün olan istehsal texnologiyasından asılıdır. Belə ki, qiymət səviyyəsi ÜDM real həcminin uzunmüddətli determinantına təsir etmir. Buna görə də məcmu təklif əyrisi uzunmüddətli dövrlər üçün şaquli vəziyyətdədir (şəkil 30.4.). Başqa sözlə desək, iqtisadiyyatın təklif etdiyi əmtəələrin və xidmətlərin həcmi mövcud kapital qoyuluşu əmək və texnologiya ilə müəyyən olunur. Lakin bu proses müəyyən olunan qiymət səviyyəsindən asılı deyildir.
Siz qeyd edə bilərsiniz ki, məcmu təklifin şaquli uzunmüddətli əyrisi mahiyyət etibarı ilə klassik dixotomiyanın və pulun neytrallıq prinsiplərinə əsaslanır. Biz klassik makroiqtisadi nəzəriyyədə nominal kəmiyyətlərdən asılı olan real iqtisadi dəyişənlərə söykənən nəzəriyyədən bəhs etdik. Uzunmüddətli dövr üçün məcmu təklif əyrisi bu ideyaya zidd deyildir, çünki nəzərdə tutulur ki, buraxılan məhsulun həcmi (real dəyişən) qiymətlərin səviyyəsindən asılı deyildir (nominal dəyişənlər).
Belə bir sual meydana çıxır: nəyə görə qısamüddətli dövrlər üçün təklif əyrisi müsbət meyllidir, lakin məcmu təklifin uzunmüddətli əyrisi isə şaqulidir. Məsələ bundadır ki, konkret əmtəələrin və xidmətlərin təklifi nisbi qiymətlərdən asılıdır. Çünki konkret əmtəələr və xidmətlər digər əmtəələr və xidmətlər üzərində olan qiymətlərlə müqayisəli şəkildə götürülür. Məsələn: dondurmanın qiyməti qalxanda istehsalçılar onun istehsalını artırmırlar. Çünki yeni işçilər götürürlər, əlavə süd, şokolad və digər resurslar alırlar, lakin iqtisadiyyat tərəfindən istehsal olunan əmtəə və xidmətlər kapitalın, əməyin və texnologiyanın səviyyəsindən asılıdır. Deməli, təklif olunan əmtəələrin və xidmətlərin hamısının üzərində qiymətlər qalxarsa, onların kəmiyyəti dəyişmir.
WHY THE LONG-RUN AGGREGATESUPPLY CURVE MIGHT SHIFT
Uzunmüddətli məcmu təklif əyrisinin vəziyyəti göstərir ki, əmtəə və xidmətlərin miqdarı klassik makro nəzəriyyəyə uyğun gəlir. Belə bir səviyyə bəzi hallarda istehsalın potensial həcmi və ya tam məşğulluq şəraitində buraxılan məhsulun həcmi adlandırılır. Lakin bu terminlər bir-birinə uyğun gəlmir. Çünki qısamüddətli dövr üçün istehsal buraxılışı arta da bilər, potensial imkana çatmaya da bilər. Daha dəqiq olmaq üçün bu səviyyəni biz buraxılışın təbii səviyyəsi adlandıraq. Çünki o, istehsalın həcmini ya təbii, ya da işsizliyin normal səviyyəsində göstərir. Buraxılışın təbii səviyyəsi – bu istehsalın həcmidir. Iqtisadiyyat isə buna uzunmüddətli dövrlər üçün cəhd edir. Buraxılışın təbii səviyyəsinə təsir edən hər hansı bir amil məcmu təklifin uzunmüddətli əyrisini hərəkətə gətirir. Çünki iqtisadiyyatda buraxılış həcminin klassik modeli əməkdən, təbii resurslardan, kapitallardan və texniki biliklərdən asılıdır. Biz burada 4 amili xüsusilə qeyd edirik.
Əmək bazarında dəyişkənliklə bağlı irəliləyiş. Belə fərz edək ki, ölkəyə daima mühacirlər dəstəsi gəlir. Bu halda işçi qüvvəsi artacaqdır, bunun müqabilində əmtəə və xidmətlərin təklifi də artacaqdır. Nəticədə isə uzunmüddətli məcmu tələb əyrisi sağa doğru meyl edəcəkdir. Əksinə işçi qüvvəsi öz ölkəsindən başqa ölkəyə mühacir olunursa, onda uzunmüddətli məcmu tələb əyrisi sola meyl edəcəkdir.
Uzunmüddətli məcmu təklif vəziyyəti təbii işsizlikdən də asılıdır. Yəni işsizliyin qalxıb-enməsi buraxılışın təbii səviyyəsinin fluktuasiyasını və uzunmüddətli məcmu təklif əyrisinin yerini dəyişir. Məsələn, ABŞ konqresi əgər minimum əmək haqqının qaldırılması üçün qərar qəbul edirsə, o zaman işsizliyin təbii səviyyəsi artacaqdır və qiymətlərin mövcud səviyyəsində iqtisadiyyat az miqdarda əmtəələr və xidmətlər istehsal edəcəkdir. Bunun da nəticəsində məcmu təklifin uzunmüddətli əyrisi solda yerləşəcəkdir. Əksinə, əgər işsizlik üzrə sığorta islahatı aktiv olaraq iş yerlərini itirən işçiləri stimullaşdırırsa, o zaman işsizliyin təbii səviyyəsi aşağı düşəcəkdir və nəticədə uzunmüddətli məcmu təklif əyrisi sağda yerləşəcəkdir.
Kapitalla əlaqədar olaraq yaranan dəyişiklik. Iqtisadiyyatda kapitalın ölçüsünün artması məhsuldarlığın yüksəlməsinə və uyğun olaraq əmtəələrin və xidmətlərin təklifinin həcminin çoxalmasına səbəb olacaqdır. Nəticədə məcmu təklifin əyrisi sağda yerləşəcəkdir. Əksinə, kapitalın azalması məhsuldarlığını aşağı salacaqdır, təklif olunan əmtəələrin və xidmətlərin həcmi azalacaq və məcmu təklifin uzunmüddətli əyrisinin hərəkəti sağa meyl edəcəkdir.
Müzakirənin bu və ya digər məntiqindən istifadə göstərir ki, fiziki və insan kapitalının təhlilində eyni cür istifadə edilə bilər. Avadanlıqların miqdarının və kolleclərin buraxdığı məzunların sayının artması göstərir ki iqtisadiyyatda əmtəələrin və xidmətlərin istehsalının artmasına imkan yaranmışdır. Hər iki təsadüfdə məcmu tələb əyrisi sağda yerləşəcəkdir.
A NEW WAY TO DEPICT LONG-RUN GROWTH AND INFLATION
Iqtisadiyyatın buraxılış həcmi mövcud təbii resurslardan və xüsusilə də torpaqdan, təbii qazıntılardan və iqlim şəraitindən asılıdır. Faydalı qazıntı yataqlarının kəşfləri məcmu təklif əyrisinin sağda yerləşməsinə səbəb olur. Kənd təsərrüfatı məhsullarının istehsalını çətinləşdirən iqlimin dəyişməsi əyrisinin sağda yerləşməsinə təsir edir.
Bir çox ölkələr zəruri xammal resurslarını xaricdən gətirir. Bu resursların dəyişməsinin mümkünlüyü eyni zamanda, məcmu təklif əyrisinə də təsir edir. Bu fəsildə sonradan görəcəyik ki, məcmu əyrinin yerinin dəyişməsinə dünya neft bazarında olan hadisələr də təsir göstərir. Bir neçə on il bundan qabaq iqtisadiyyatın istehsal etdiyi məhsuldan xeyli irəli gedən müasir iqtisadiyyat ən yeni texnologiyaya əsaslanır. Keçmiş əməkdən istifadə etməklə müasir kompyüterlərə əsaslanan əmək müasir kompüterlərin köməyi ilə, kapital və təbii resurslar əsasında uzunmüddətli məcmu tələb əyrisini sağda yerləşdirir.
Analoji texnologiyanın və digər hadisələr (məsələn, beynəlxalq ticarətin inkişafı, bax IX fəsil) iqtisadiyyata öz təsirini göstərir. Məsələn, əgər müəssisələrin istifadə etdikləri zərərli texnologiya üzərində dövlət qadağa qoyursa, bu zaman uzunmüddətli məcmu təklif əyrisi sağda yerləşəcəkdir.
Qısa nəticələr. Beləliklə, uzunmüddətli məcmu təklif əyrisinin təhlili bizə əsas verir ki, iqtisadiyyatın irəlidəki fəsildə hazırladığımız modelin mahiyyətini şərh edək. Hər hansı bir iqtisadi aksiya və ya hadisə ÜDM-nin real həcminin artmasına səbəb olur, bu da öz növbəsində uzunmüddətli məcmu təklif əyrisinin sağda yerləşməsinə səbəb olur. Yuxarıda olduğu kimi, hər hansı bir siyasi aksiya və ya hadisə yuxarıda qeyd etdiyimiz kimi ÜDM-nin real həcminin azalmasına təsir edirdisə biz burada onun təklif olunan əmtəələrin və xidmətlərin miqdarının azalması kimi nəzərə alırıq və onun uzunmüddətli məcmu təklif əyrisinin solda yerləşməsini nəzərdə tuturuq.