30. Məcmu tələb əyrisi

30. Məcmu tələb əyrisi

Məcmu tələb əyrisi qiymətlərin hər bir səviyyəsində əmtəələrə və xid­mət­­lərə olan tələb haqqında bizə məlumat verir. 30.3. şəklində göstərilmişdir ki, məcmu tələb arzuolunmaz vəziyyətdədir. Bu, o deməkdir ki, eyni şəraitdə iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (P1 ¯ P2) onunla nəticələnir ki, (Y1 ¯ Y2) əmtəələrə və xidmətlərə olan tələb artır.
Məcmu tələb əyrisinin arzuolunmaz meyli
WHY THE AGGREGATE-DEMAND CURVE SLOPES DOWNWARD
Əmtəələrə və xidmətlərə olan tələbin həcmi ilə qiymət səviyyəsi arasında olan əks asılılığın əsasında nə dayanır? Bu suala cavab vermək üçün yada salaq ki, ÜDM (Y) istehlakın ©, investisiyanın (I), dövlət alışının (G) və xalis ixracın (NX) məcmuyudur:
Y = C + I + G + NX
Məcmu tələb əyrisi
Yuxarıda göstərilən düstur əmtəələr və xidmətlərə olan tələbi xa­rakterizə edir. Dövlət tərəfindən əmtəələrin və xidmətlərin alınması hə­mi­şəlikdir, onlar dövlətin siyasəti vasitəsilə müəyyən olunmuşdur. Lakin xərclərin başqa komponentləri – istehlak, investisiya və xalis ixrac iqtisadi şərait ilə, xüsusilə qiymətlərin səviyyəsi ilə müəyyən olunur. Deməli, məcmu tələbin arzuolunmaz meylini əmtəələrin və xidmətlərin miqdarına, qiymət səviyyəsinə təsirini izah etmək üçün biz qiymətlərin səviyyəsinin əmtəələrin və xidmətlərin miqdarına, onlara olan tələbə istehlakın məq­sədinə, investisiyaya və xalis ixraca olan təsirini tədqiq etməliyik.
  • Qiymət səviyyəsi və istehlak: sərvətin səmərəliliyi. Indi isə öz cibinizə bank hesablarında saxladığınız pula baxaq. Onların nominal dəyəri qeydə alınmışdır, lakin pulun real dəyəri dəyişən kəmiyyətdir. Əgər əmtəələrin və xidmətlərin dəyəri aşağı düşürsə, o zaman pulun dəyərinin qiymətliliyi artır. O zaman biz yüksək miqdarda əmtəələr və xidmətlər almaq imkanına malik olacağıq. Beləliklə, qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi göstərir ki, istehlakçıların sərvəti artır. Bu, hiss onlarda əlavə xərclərin olmasına gətirib çıxarır, yəni istehlakçılar əmtəələr və xidmətlərə olan tələbi daha da artırırlar.
  • Qiymət səviyyəsi və investisiya: faiz dərəcəsinin səmərəliliyi. Qiymət səviyyəsi pulun miqdarını müəyyən edir və bu pulu da tələb irəli sürür (28-ci fəsil). Qiymətlərin səviyyəsi aşağı olduqca ev təsərrüfatında əmtəələrin və xidmətlərin alışı üçün pulun miqdarı az olacaqdır. Deməli, pulun səviyyəsi aşağı düşdükcə ev təsərrüfatı nağd pulun ehtiyatını aşağı salacaqlar və bu pulun bir hissəsini borc verəcəklər. Məsələn, istiqrazlarda faiz gəliri əldə edəcəklər və onları əmanət hesablarında yerləşdirəcəklər. Bank isə öz növbəsində kreditin həcmini artırmaq məqsədilə pul fondundan istifadə edəcəklər. Belə ki, ev təsərrüfatı çalışacaqdır ki, öz pulunun bir hissəsini faiz gətirən aktivlərə yönəltməyə çalışacaqdır ki, bunun da nəticəsində faiz dərəcəsi aşağı düşəcəkdir. Ən aşağı faiz dərəcəsi investisiya həyata keçirən yeni zavod və avadanlıqlara öz vəsaitlərini tətbiq edəcəklər, ev təsərrüfatı isə yeni yaşayış tikintilərinə öz vəsaitlərini tətbiq edəcəklər. Beləliklə, qiy­mətlərin səviyyəsinin daha da aşağı olması faiz dərəcəsini aşağı salacaqdır və investisiya əmtəələrinə olan xərclərini artıracaqdır; deməli, əmtəələrə və xidmətlərə olan tələb artacaqdır.
  • Qiymət səviyyəsi və xalis ixrac: mübadilə kursunun səmərəliliyi. Biz ABŞ iqtisadiyyatının timsalında gördük ki, qiymətlərin səviyyəsi aşağı düşdükcə faiz dərəcəsi azalır. Bəzi Amerika investorları öz kapitallarını xaricdə daha gəlirli yerlərə qoymağa çalışırlar. Məsələn, ABŞ-da istiq­razların faiz dərəcəsi aşağı düşəndə bu ölkənin hökuməti sərən­camında olan istiqraz fondunu AFR-ə satır və ondan qiymətli kağızlar alır. Investisiya fondunun payının aktivləri xarici ölkədə yerləşir. Onda bazarda valyuta mübadiləsinin dollar təklifi bazarda artacaqdır. Bu zaman digər ölkələrin valyutalarına nisbətən ABŞ-ın milli dollar vahidinin təklifi ucuzlaşacaqdır (yəni xarici valyutanın pul vahidinin miqdarı amerika dolları alarkən azalacaqdır). Bunun nəticəsində ABŞ-da istehsal olunan əmtəələr daha ucuz olacaqdır. Xalis ixrac (ixrac və idxal arasındakı fərq) həmçinin artacaqdır. Beləliklə, ABŞ-da qiymətlərin səviyyəsi aşağı düşəndə faiz dərəcəsinin aşağı düşməsinə təsir edəcəkdir, milli valyutanın real mübadilə kursu aşağı enəcəkdir ki, ABŞ-da xalis idxala stimul yaranacaqdır və bunun da nəticəsində əmtəələrə və xidmətlərə olan tələb artacaqdır.
Nəticə. Iki fərq mövcuddur ki, onlar bir-biri ilə əlaqədardırlar və iqti­sa­diy­yatda qiymətlərin aşağı düşməsi ilə əmtəələrə və xidmətlərə olan tə­ləbi artırırlar:
1. istehlakçılar hiss edirlər ki, sərvət artıb və bunun da nə­ticəsində istehlak əmtəələrinə olan tələb stimullaşdırılır;
2. faiz dərəcəsinin aşağı düşməsi investisiya əmtəələrinə olan tələbi stimullaşdırır;
3. milli valyutanın mübadilə kursunun aşağı enməsi xalis idxalı stimullaşdırır. Bu amillərin qarşılıqlı təsiri tələb əyrisinin meyilli olmasına mənfi təsir göstərir.
Nəzərə almaq lazımdır ki, məcmu tələb əyrisi (digər tələb əyriləri kimi) «Bərabər şərait daxilində» təsvir edilir. Məcmu tələb əyrisinin arzu­olunmaz meylini izah edərkən belə fərz edirdik ki, pul təklifinin səviyyəsi dəyişməz qalır. Başqa sözlə desək, pulun iqtisadiyyatda sabitliyini nəzərə alaraq əmtəələrə və xidmətlərə qiymət səviyyəsinin təsirini nəzərdən ke­çirsək biz görəcəyik ki, pul kütləsinin həcminin dəyişməsi məcmu tələb əyrisini nə cür canlandırır. Yada salaq ki, məcmu tələbin konkret əyrisi verilmiş pul kütləsinin konkret miqdarına uyğun olaraq təsvir edilir.

Məcmu tələb əyrisinin dəyişməsinin mümkün səbəbləri


WHY THE AGGREGATE-DEMAND CURVE MIGHT SHIFT

Məcmu tələb əyrisinin mənfi meyli göstərir ki, iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi əmtəələrə və xidmətlərə olan tələbi artırır. Lakin əmtəələrə və xidmətlərə olan tələbə başqa amillər də təsir edir ki, onlar da məcmu tələb əyrisini canlandırır. Bir neçə misal gətirək.
  • Istehlak fluktuasiyası ilə əlaqədar olan dəyişkənlik. Fərz edək ki, amerikalılar qəflətən pensiya fondunun kəmiyyətinə qayğı göstərirlər və cari istehlaka olan xərclər azalır. Qiymətlərin hər bir səviyyəsində əmtəələrə və xidmətlərə olan tələbin miqdarı aşağı düşür və bunun da nəticəsində məcmu tələb əyrisi sola meyl edir. Indi belə fərz edək ki, fond bazarlarında bum yaranmışdır və adamlar özlərini yaxşı hiss edirlər və onlar qənaətçilik haqqında düşünmürlər. Belə bir şəraitdə əmtəələrə və xidmətlərə olan istehlak xərcləri tələbin artmasına səbəb olur və nəticədə məcmu tələb əyrisi sağa meyl edir.
  • Investisiyanın həcmi ilə əlaqədar olaraq yaranan dəyişiklik. Qiy­mət­lərin verilmiş səviyyəsində firmanın investisiya etməsinə təsir edən hallar məcmu tələb əyrisinin qalxıb-enməsinə təsir göstərir. Fərz edək ki, kom­püter istehsal edənlər hesablayıcı maşınların yüksək səviyyədə ol­masını təmin etmişlər. Buna görə də firmalar daha məhsuldar texnikaya inves­tisiya qoymağa çalışacaqlar. Bir halda ki, qiymətlərin verilmiş səviyyəsində xidmətlərə və əmtəələrə olan tələb artdığına görə məcmu tələb əyrisi bu zaman sağa meyl edəcəkdir. Əksinə əgər firma öz biznesinə pessimist baxarsa, o zaman kapital qoyuluşu azalacaq və nəticədə məcmu tələb sola meyl edəcəkdir.
    Məcmu tələb əyrisinə investisiya ilə əlaqədar olaraq vergi siyasəti də öz təsirini göstərir. Investisiyaya istiqamətləndirilən gəlirlərə tətbiq edilən vergi güzəştləri investisiya əmtəələrinin miqdarını artırır (24-cü fəsil). Nəticədə məcmu tələb əyrisi sağa meyl edir. Eyni zamanda, investisiya üzərində olan vergi güzəştləri aradan götürüləndə kapital qoyuluşunun həcmi azalır və məcmu tələb əyrisi sola meyl edir.
    Daha bir amil olan pul investisiyaya və məcmu tələbə təsir edir. Sonrakı fəsildə biz görəcəyik ki, pul təklifinin qısa müddətə artması faiz dərəcə­sinin aşağı düşməsinə səbəb olur, borcu ucuzlaşdırır, investisiyanı artırır və məcmu tələb əyrisi sağa meyl edir. Əksinə, pulun azalması faiz dərəcəsini artırır, kapital qoyuluşuna olan stimulu azaldır və nəticədə məcmu tələb əyrisi sola meyl edir. Bir çox iqtisadçılar belə hesab edirlər ki, ABŞ iqtisadiyyatında məcmu tələbin dəyişməsinə səbəb pul-kredit siyasəti olmuşdur.
  • Dövlət alışının həcmi ilə əlaqədar baş verən dəyişikliklər. Məcmu tələb əyrisinin vəziyyətinə bilavasitə dövlət alışının miqdarının dəyişməsi də təsir göstərir. Məsələn, belə fərz edək ki, ABŞ hökuməti qərara gəlir ki, silahlanma sistemində alışı azaldaq. Bunun nəticəsində qiymətlərin verilmiş səviyyəsində məcmu tələb əyrisi sola meyl edəcəkdir. Əksinə əgər ştatlar hökuməti qərar qəbul etsə ki, yeni sürət yolları tikilsin. Bu zaman qiy­mət­lərin verilmiş səviyyəsində əmtəələrə və xidmətlərə olan tələb artacaqdır, nəticədə isə məcmu tələb əyrisi sağa meyl edəcəkdir.
  • Xalis ixrac ilə əlaqədar olaraq dəyişkənliklər. Verilmiş qiymət səviyyəsində xalis ixracın kəmiyyətinə təsir edən hadisələrin məcmu tələbin qalxıb-enməsinə səbəb olur. Məsələn, Avropa ölkələri resessiya dövrü ke­çirəndə onlar ABŞ-dan az əmtəələr alırlar. Bu da öz növbəsində Ame­ri­ka­nın xalis ixracına mənfi təsir edir və buna görə də Amerika iqtisa­diyyatında məcmu tələb əyrisi sola meyl edir. Göstərilən ölkələr iqtisadi yüksəliş hiss edən zaman Amerikadan xeyli miqdarda əmtəələr alırlar ki, bunun da nəticəsində məcmu tələb əyrisi sağa meyl edir.
    Faiz dərəcəsinin qalxıb-enməsi ilə əlaqədar olaraq xalis ixrac dəyişilir. Misal üçün fərz edək ki, beynəlxalq alverçilər süni olaraq valyuta ba­zarında ABŞ dollarının dəyərini artırırlar. Dolların dəyərinin artması amerika mallarını bahalaşdırır və bunun nəticəsində xalis ixrac azalır ki, tələb əyrisi də sola meyl etməyə başlayır. Əksinə dolların qiymətinin ucuz­laşması xalis ixracın artımını stimullaşdırır və bunun nəticəsində məcmu tələb əyrisi sağa meyl etməyə başlayır.
Top