Iqtisadi aktivliyin qısamüddətli fluktuasiyasına bütün ölkələrdə rast gəlmək olur. Təhlilin çıxış nöqtəsi kimi ilbəil təkrar olunan bu qalxıb enmənin bəzi problemlərinin xarakteristikasına baxacağıq.
Qeyri-requlyar və dərk edilə bilməyən iqtisadi fluktuasiya
ECONOMIC FLUCTUATIONS ARE IRREGULAR AND UNPREDICTABLE
Iqtisadi aktivliyin göstəricilərinin dəyişməsini iqtisadi və ya işgüzar tsikl adlandırırlar. Mövzunun adından məlum olduğu kimi iqtisadi fluktuasiya təsərrüfat fəaliyyətinin dəyişməsi şəraitinə uyğun gəlir. Əgər ÜDM yüksək templə artarsa, onda işgüzar həyat adətən əla hesab edilir. Firma mənfəətin artacağını hiss edir və müəyyən edir ki, alıcılar əmtəələrə və xidmətlərə xeyirxahlara qiymət verir. Digər tərəfdən ÜDM-un real olaraq aşağı düşməsi biznesin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur və bir çox firmalarda satış və mənfəətin həcmi aşağı düşür.
Bir çox makroiqtisadi göstəricilərin qalxıb-enməsi sinxronlaşdırılmışdır
MOST MACROECONOMIC QUANTITIES FLUCTUATE TOGETHER
ÜDM-un real həcmi – iqtisadi fəaliyyətin ümumiləşdirilmiş göstəricisi – dəyişkəndir. Bəzi hallarda iqtisadi fluktuasiyanın qısa müddətə müşahidəsi üçün istifadə edilir. ÜDM-un real həcmi hazır məmulatların və xidmətlərin dəyərini baxılan dövr üçün, ölçmək üçün istifadə etmək olar. O, həmçinin (inflyasiyanın səviyyəsinə uyğun olaraq) hər bir iqtisadi agentin məcmu gəlirini ölçür.
Qısamüddətli qalxıb enməni müşahidə edərkən hansı göstəricidən istifadə edilməsinin əhəmiyyəti yoxdur.
Bir çox makroiqtisadi dəyişkənlik, baxmayaraq ki, onlar bu və ya başqa gəlirləri, xərcləri və ya istehsalı ölçür, onlar mühüm dərəcədə sinxron olaraq dəyişirlər. Resessiya vaxtı ÜDM-un real həcmi aşağı düşərsə, bu zaman şəxsi gəlirlər, koorporasiyaların mənfəəti, istehlakçı xərcləri, investisiya, sənaye istehsalının həcmi, pərakəndə ticarətin həcmi, evlərin satış həcmi, avtomobil istehsalı da aşağı düşəcəkdir, çünki tənəzzül elə bir hadisədir ki, makroiqtisadi səviyyədə göstəricilərin mənbələri və ümumiyyətlə iqtisadiyyatın bütün sahələrini əhatə edir.
Baxmayaraq ki, bir çox makroiqtisadi dəyişikliklər sinxron xarakter daşıyır, onların qalxıb enmə amplitudası müxtəlifdir. 30.1. şəkildə (qrafik (b)) göstərildiyi kimi, iqtisadi tsikl zamanı ən çox investisiya xərcləri dəyişkən xarakter daşıyır. Belə dəyişkənlik təxmini olaraq ÜDM-un həcmini 1/7 hissəsini əhatə edir, lakin resessiya zamanı investisiya xərclərinin aşağı düşməsi ÜDM-un həcminin 60%-ni təşkil edir. Başqa sözlə desək, iqtisadi şərait pisləşəndə ÜDM-un xeyli hissəsinin aşağı düşməsi yeni fabriklərin, yaşayış evlərinin tikilməsinə, eyni zamanda, əmtəə material ehtiyatlarının həcminin azalmasına çəkilən xərclərin ixtisar olunmasına gətirib çıxarır.
Istehsalın həcminin aşağı düşməsi işsizlik səviyyəsinin artması ilə müşahidə olunur
AS OUTPUT FALLS, UNEMPLOYMENT RISES
Əmtəə və xidmətlərin istehsal həcminin dəyişməsi sərt olaraq iqtisadiyyatda məşğulluq səviyyəsi ilə korrelyasiya olunur. Başqa sözlə, əgər real ÜDM aşağı düşərsə, işsizliyin göstəriciləri qalxacaqdır. Əgər firma əmtəələr və xidmətlər istehsalının həcminin aşağı salınması haqqında qərar qəbul edirsə, onda firma müvəqqəti olaraq öz işçilərini işdən azad edir və bunun da nəticəsində işsizlər ordusu artır. 30.1. şəklindəki (b) qrafikində 1965-ci ildə ABŞ-ın iqtisadiyyatında olan işsizlik səviyyəsi göstərilmişdir. Iqtisadi tənəzzül göstərdiyimiz səhifədəki qrafikdə qara xətlər ilə göstərilmişdir. Ressesiyanın hər bir dövründə işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə qalxır. Tənəzzül dayanan kimi ÜDM-un real həcmi artmağa başlayır, işsizliyin səviyyəsi isə tədricən azalır. Işsizliyin səviyyəsi heç bir vaxt sıfıra yaxınlaşmır. Lakin o, təbii işsizlik səviyyəsi ətrafında qalxıb-enir. Bu proses təxminən 5%-ə bərabərdir.