Pul təklifinə nəzarət problemləri

Pul təklifinə nəzarət problemləri

PROBLEMS IN CONTROLLING THE MONEY SUPPLY
FES-in 3 maliyyə aləti-açıq bazarda əməliyyatlar, məcburi ehtiyatlar normasının müəyyən edilməsi və uçot dərəcəsinin dəyişdirilməsi pul təklifinə effektiv təsir göstərməyə imkan verir. Lakin pul kəmiyyətinə nəzarət son dərəcə mürəkkəb məsələ olaraq qalır. Iş burasındadır ki, onu həll edərkən MB pul təklifini böyük hissəsinin qismən bank ehtiyatı sisteminin təsiri nəticəsində yarandığı ilə şərtlənən 2 problemlə qarşılaşır.
Birinci problem ondadır ki, FES ev təsərrüfatının bank əmanətində saxlamaq istədiyi vəsaitlərin ölçüsünə nəzarət etmir. Əhalinin əmanət məbləği çox olduqca bankların ehtiyatı bir o qədər yüksək olur və bank sistemi bir o qədər çox pulu generasiya edir. Bu fikri sadə nümunələr əsasında açıqlayaq. Tutaq ki, günlərin birində əhali bank sisteminə etibarını birdən birə itirib, öz vəsaitlərini bank sistemindən çıxarıb, onları nəqd şəklində saxlamaq qərarına gəlib. Bu halda bank sisteminin ehtiyatları və müvafiq olaraq pul təklifi azalır. Beləliklə, pul təklifinin aşağı enməsi MB--in müdaxiləsi olmadan baş verəcək.
Ikinci problem ondan ibarətdir ki, FES bankların verdiyi ssudaların həcminə nəzarət etmir. Banklarda yerləşdirilən vəsaitlər yalnız o şərtlə yeni pul əmələ gətirir ki, onlar kredit şəklində verilir. Buna baxmayaraq bankların ehtiyatlarında FES-in tələbləri ilə müəyyən edildiyindən daha çox vəsait, yəni artıq ehtiyatlar ola bilər. Artıq ehtiyatların pul təklifinə nəzarəti necə çətinləşdirdiyini başa düşmək üçün təsəvvür edək ki, əlverişsiz iqtisadi şəraitdən narahat olan bankirlər, özlərini daha ehtiyatla aparırlar: onlar ssudaların verilməsini ixtisar etmiş və ehtiyatları artırmışlar. Nəticədə bank sistemi əvvəlkinə nisbətən az pul yaradır və pul təklifi azalır. Buna görə qismən bank ehtiyatı sistemi qüvvədə olduğu yerdə iqtisa­diy­yatda pul kəmiyyəti həm əmanətçilərin davranışından, həm də bankirlərin əməllərindən asılıdır. FES onların davranışını dəqiqliklə qabaqcadan göstərə bilmədiyinə və onların əməllərinə əsaslı təsir göstərə bilmədiyinə görə o, pul təklifinə mütləq nəzarəti həyata keçirmək imkanından məh­rumdur. Bununla belə, FES bu problemə daim diqqət yetirirsə onun qərarı xüsusi çətinlik yaratmır. MB hər həftə əmanətlər və bank ehtiyatları haq­qında məlumat toplayır və əmanətçi və bankirlərin davranışındakı də­yişikliklər haqqında dəqiq informasiya əldə edir. Buna görə, onu baş verən proseslərə adekvat reaksiya göstərmək və pul təklifinin onun tapşırdığı səviyyədə saxlamaq imkanı vardır.

 

Praktika
Əmanətlərin kütləvi şəkildə götürülməsi və pul təklifi
CASE STUDY BANK RUNS AND THE MONEY SUPPLY
Ola bilsin ki, real həyatda bank əmanətlərinin kütləvi şəkildə götürülməsinin şahidi olmasanız da, bu prosesə, “Meri Poppins» və “valeh­edici həyat» kimi Hollivud filmlərində bu prosesə baxmaq sizə nəsib olub.
Əmanətlərin kütləvi şəkildə götürülməsi qismən ehtiyat siste­min­dən istifadə edən bankların problemidir. Banklar ehtiyatda olan əma­nət­lərin yalnız bir hissəsini saxladıqları üçün onlar pulları bütün əma­nətçilərinin hamısına birdən qaytara bilmir. Bank ödəmə qabiliyyətli olsa  da (yəni, onun aktivləri öhdəliklərini keçir), yenə   də onun bütün öhdə­likləri üzrə birdəfəlik hesablaşmaq üçün kifayət qədər nəğd pulu  olmur. Əmanətlərin kütləvi şəkildə götürülməsi başladıqda bank adətən gö­türül­müş kreditlərin bir hissəsi ona qaytarılmayanadək və ya kre­ditor­larından birinin (məsələn, FES) böhranlı vəziyyətdə, onun öz əmanətçiləri ilə hesablaşmaq üçün kifayət edəcək pul vəsaitləri ilə təmin etməyənədək bağlanır.
Belə vəziyyət pul təklifinə nəzarəti mürəkkəbləşdirir. Buna parlaq nümunə ABŞ-da 1930-cu illərin əvvəllərində Böyük depressiya zamanında baş verən hadisədir. Əmanətlərin kütləvi götürülməsi dalğasından və bir çox banklar bağlandıqdan sonra həm əhali, həm də bankirlər daha ehtiyatla olmuşlar. Əhali pulları bank hesablarından, evdəki mücrülərinə və döşəklərinin altına keçidi. Bank ehtiyatları və verilən ssudaların həcmi azaldı ki, bunun nəticəsində pulların yaradılma prosesi kəskin surətdə ləngidi. Eyni zamanda bankirlər gələcəkdə pulların xoşagəlməz götürülmə halından sığortalanmaq üçün ehtiyat normasını artırdılar. Ehtiyat normasının yüksəlməsi pul multiplikatorunun aşağı enməsinə gətirib çıxardı ki, nəticədə pul təklifi də ixtisar oldu. 1929-cu ildən 1933-cu ilədək ABŞ-da pul kütləsi MB tərəfindən heç bir məhdudlaşdırıcı təsir olmadan 28% azaldı. Bir çox iqtisadçılar bu illərdə müşahidə edilən yüksək işsizliyi və qiymətlərin enməsini izah edərkən pul təklifinin xeyli ixtisarı faktoruna da diqqət yetirirlər (sonrakı fəsillərdə biz pul təklifinin qiymət və işsizliyə təsiri mexanizmi ilə tanış olacağıq). Bizim günlərimizdə əmanətlərin kütləvi şəkildə götürülməsi ABŞ-ın bank sistemi və ya FES üçün ciddi problem deyil. Federal hökumət əmanətlərin bir çox banklarında saxlanılmasına zəmanət verir. Zəmanətlər əsas etibarı ilə sığorta depozitlərinin federal korporasiyasının (SDFK)  köməyi ilə yerinə yetirirlər. Indi böhran vəziy­yətdə əmanətçilərə öz pullarını təcili geri   götürmək vacib deyil, çünki onlar əmindirlər ki, bank partlasa belə SDFK onların əmanətlərinin qaytarılmasının qayğısına qalacaq. Amerikalıların əksəriyyəti əmanətlərin kütləvi götürülməsini yalnız kinoda görüblər.

Nəticə
Bir neçə il əvvəl ABŞ-da bestsellerlər siyahısında “Saray sirləri; Federal ehtiyat sistemi ölkəni idarə edir” adlı kitab başda dururdu. Şübhəsiz onun adı mübaliğədir, eyni zamanda o, pul sisteminin hər bir insanın gündəlik həyatında oynadığı son dərəcə mühüm rolu tamamilə düzgün işıqlandırır. Hər dəfə biz nəyisə satanda və ya alanda pul sözu ilə müəyyən edilən son dərəcə faydalı ixtiradan istifadə edirik. Indi pulun nə olduğunu və onun təklifinin necə müəyyən edildiyini bildikdə tədavüldə pul kəmiyyətinin iqtisadiyyata necə təsir göstərdiyini müzakirə edə bilərik. Bu sualları biz növbəti fəsillərdə nəzərdən keçirəcəyik.

Top