100% bank ehtiyatına aid sadə misal
THE SIMPLE CASE OF 100-PERCENT-RESERVE BANKING
Bankların pul təklifinə təsirini daha yaxşı başa düşmək üçün iqtisadiyyatda heç bir kredit institutunun olmadığını təsəvvür edək. Bu halda nəğdli- pulların yeganə formasıdır. Təsəvvür edək ki, onun ümumi kəmiyyəti yüz dollar təşkil edir. Onda pul təklifi də yüz dollara bərabər olacaq.
Indi təsəvvür edək ki, haradasa birinci milli adlandırdığımız bank açılıb. Başlanğıcında bank yalnız depozitar funksiyaları yerinə yetirir, yəni əlavə əmanətləri qəbul edir, lakin ssuda vermir. Hesab edək ki, onun fəaliyyətinin məqsədi əhaliyə pul vəsaitlərini etibarlı saxlamaq üçün yer verməkdən ibarətdir. Hər dəfə əmanətçi pulları banka gətirəndə onlar bankda əmanətçinin onları şəxsən geri götürməsinə və ya onlara çek yazmasınadək saxlanılır. Bankın cəlb etdiyi, lakin ssuda şəklində vermədiyi pul vəsaitlərinin məbləği ehtiyat adlandırılır. Bizim modeldə bütün əmanətlər ehtiyat şəklində saxlanılır, buna görə biz 100%-li bank ehtiyatı haqqında danışa bilərik.
Bu halda «Birinci milli bankın» (BMB) maliyyə vəziyyətini bankın aktiv və passivindəki dəyişiklikləri əks etdirən sadələşdirilmiş balans hesabatının köməyi ilə təsəvvür etmək olar. Iqtisadiyyatda 100 bərabər olan bütün pul məbləği onun əmənətlərində yerləşdirildikdə, BMB-ın balans hesabatı aşağıdakı kimi göstəriləcək.
Birinci Milli Bank
Aktivlər |
Passivlər
|
Ehtiyatlar $100.00
|
Depozitlər $100.00
|
Balans hesabatının sol hissəsində bank aktivləri 100 dollar həcmində göstərilib (anbarlarında saxlanılan ehtiyatlar). Sağ tərəfdə isə 100 dollar məbləğində passivlər (öz əmanətçilərinə verəcəyi pullar əks olunmuşdur). Diqqət yetirin ki, aktivlər eyni ilə passivlərə bərabərdir.
Belə iqtisadiyyatda pul təklifi nəyə bərabərdir?
BMB açılanadək o, əhalinin əlində nəğd pul şəklində olan 100 dollar təşkil edirdi. Bank açıldıqdan və əhalidən əmanətlər qəbul edildikdən sonra pul təklifi artıq tələbli əmanətə olan eyni 100 dolları təşkil edirdi. (Indi tədavüldə nəğd pul yoxdur, belə ki, onların hamısı BMB-də saxlanılır). Hər bir bank əmanəti nəğd pulları tələbli əmanətlərin məbləğinin artdığı qədər azalar. Bu halda pul təklifi dəyişməz qalır. Beləliklə, əgər banklar bütün pul vəsaitlərini ehtiyatda saxlayırsa, onlar pul təklifinə təsir göstərir.
Qismi bank ehtiyatı sistemi və pulların yaradılması
MONEY CREATION WITH FRACTIONAL-RESERVE BANKING
Vaxt keçdikcə BMB sahibləri pulların bank xəzinəsində hərəkətsiz qalmasının məqsədə uyğun olmadığını hesab edərək 100 %-li ehtiyat siyasətlərini yenidən nəzərdən keçirə bilərlər. Onların bir hissəsi nə üçün də borc verilməsin? Yeni ev, firmalar alan, yeni fabriklər tikən ailələr, kollecdə təhsil haqqını ödəyən tələbələr ssudadan istifadəyə görə müəyyən faiz ödəməyə razı olardılar. Aydındır ki, BMB əmanətçilərin öz pullarını çıxarmaq istədikləri hallar üçün ehtiyatların bir hissəsini saxlamalıdır. Lakin yeni əmanətlərin həcmi təxminən geri götürülən vəsaitlərin həcminə müvafiqdirsə, bank ehtiyatda yalnız alınmış məbləğlərin bir hisssəsini saxlaya bilər. Bu halda BMB qismən bank ehtiyatı adlanan sistemə keçir.
Tutaq ki, bank qərara alıb ki, onun ehtiyatları əmanət məbləğinin 10%-ni təşkil edəcək, onların qalan hissəsi isə nəhayət «işləməyə» başlayacaqdır. Bu halda ehtiyatlar norması ehtiyatlarda əmanətlərin saxlanılan ümumi məbləğinin 10% təşkil edəcək. BMB-nin yeni balans hesabatını nəzərdən keçirək.
Birinci Milli Bank
Aktivlər |
Passivlər
|
Ehtiyatlar $ 10.00
|
Depozitlər $ 100.00
|
Kreditlər $ 90.00
|
|
BMB-in passivləri əvvəlkidək, 100 dollar təşkil edir, belə ki, verilən kreditlər əmanətçilər qarşısında onun öhdəliklərini dəyişməyib. Buna baxmayaraq, indi bankda aktivlərin 2 növü yaranıb. Onun seyflərində ehtiyat və 90 dollar kredit vardır. (Kreditlər ssudanı alan adamların öhdəlikləridir, lakin bank üçün onlar aktivlərdir, belə ki, borclular onları qaytarmalıdır). Nəticədə BMB aktivləri əvvəlkidək onun passivlərinə bərabərdir.
Indi görək pul təklifi nə yerdədir? Bank kreditləri verməyənədək pul kəmiyyəti bank hesablarında 100 dollar təşkil edirdi. Buna baxmayaraq BMB ssudanı verməyə başlayanda pul təklifi artdı. Əmanətçilərin əvvəlkidək tələbli hesablarında 100 dolları var, lakin indi borcluların da əlində nəğd 90 dollar var. Pulların ümumi kəmiyyəti (nəğd pulların və tələbli əmanətlərdəki vəsaitlərin məbləğinə bərabər olan) 190 dollar təşkil edir. Beləliklə, banklar ehtiyatda onlarda yalnız əmanətlər formasında olan pul vəsaitlərinin bir hissəsini saxladıqda, onlar pul əmələ gətirir.
Ilk baxışda qismən bank ehtiyatından istifadə hesabına yeni pulların yaradılması inanılmaz görünür, çünki elə təsəvvür yaranır ki, bank dollarları havadan yaradır. Pul yaradılmasının belə gözəl mexanizmini daha anlaşıqlı etmək üçün qeyd edək ki, BMB kreditləri öz ehtiyatlarından verəndə və pul kəmiyyətini artıranda o, heç bir maddi sərvəti «istehsal» etmir.
Kreditlərin alınması borc alanlarda nəğd pulların yaranması, deməli həm də mal və xidmətlərin əldə edilmə mümkünlüyü deməkdir. Buna baxmayaraq bu halda onlar heç də varlanmırlar, çünki onlar pulları borc götürürlər. Başqa sözlə, BMB pul kəmiyyətini tədavülə buraxdığı vaxt onun borclularının öhdəliyi də artır. Pul yaradılmasının belə prosesinin nəticəsi o mənada ifadəsini iqtisadiyyatın likvidliyinin yüksəldilməsində tapır ki, onda daha çox tədavül vasitələri yaranır. Buna baxmayaraq sərvətin səviyyəsi dəyişmir.
Pul multiplikatoru
THE MONEY MULTIPLIER
Yeni pulların yaradılmasında təkcə BMB deyil, başqa kredit institutları da iştirak etmək istəyir. Tutaq ki, BMB-nin müştərisi 90 dollar ssudanı mal alınmasıına xərcləyir.Malın satıcısı isə alınan pulları Ikinci Milli Bankda (IMB) yerləşdirir. Sonuncunun balans hesabatını nəzərdən keçirək.
Ikinci Milli Bank
Aktivlər
|
Passivlər
|
Ehtiyatlar $ 9.00
|
Depozitlər $ 90.00
|
Kreditlər $ 81.00
|
|
Əmanət açıldıqdan sonra bankın passivi 90 dollar təşkil edəcək.
IMB-nin 10 % ehtiyat norması varsa, o, aktivlərin 9 dollarını ehtiyatda saxlayacaq, 81 dollar isə kreditlərin verilməsinə istiqamətləndiriləcək. Beləliklə bank əlavə olaraq 81 dollar yaradacaq. Bu məbləğ nəticədə 10% ehtiyat norması olan Üçüncü Milli Bank (ÜMB) əmanətində yerləşdirilmiş olarsa bank ehtiyatda 8.1 dollar saxlayacaq və 72.90 dollar kredit verəcək. Aşağıda ÜMB-nin hesabat balansını nəzərdən keçirək
Üçüncü Milli Bank
Aktivlər |
Passivlər
|
Ehtiyatda $ 8.10 Kreditlər $ 72.90
|
Depozitlər $ 81.00
|
Bu proses davam edə bilər. Hər dəfə pullar əmanətə daxil olanda, sonra isə kreditlər şəklində veriləndə onların kəmiyyəti artır. Nəzərdən keçirdiyimiz iqtisadiyyatda nə qədər pul yaradılmışdır. Gəlin onu yekunlaşdıraq.
Başlanğıc depozit
|
= 100.00 $
|
Birinci Milli Bankın kreditləri
|
= 90.00$(=0.9x$100.00)
|
Ikinci Milli Bankın kreditləri
|
= $ 81.00(=0.9x$90.00)
|
Üçüncü Milli Bankın kreditləri
|
= $ 72.90(=0.9x$81.00)
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
Pullara ümumi təklif
|
= $ 1 000.00
|
Göründüyü kimi, bu proses istənilən qədər davam edə bilsə də, o pulların məhdud kəmiyyətdə yaranmasına gətirib çıxarmır. Əvvəlki nümunədə verilən rəqəmləri ardıcıllıqla toplasanız, görərsiniz ki, hər 100 dollar başlanğıc ehtiyatdan 1000 dollar əmələ gəlib. Bank sistemi ilə hər bir ehtiyat dollarından yaradılan pul kəmiyyəti pul multiplikatoru adlanır. 100 dollar ehtiyatdan 1000 dollar yaranan hipotetik iqtisadiyyatımızda pul multiplikatoru 10-a bərabərdir.
Pul multiplikatorunu ölçüsünü nə müəyyən edir? Bu sualın cavabı sadədir. Pul multiplikatorunun ölçüsü ehtiyat normasının qiymətinə əksdir. Verilən iqtisadiyyatın bütün banklarının ehtiyat norması R hərfi ilə qeyd edilərsə, onda hər bir ehtiyat dollarından 1/R dollar əmələ gəlir. Bizim nümunədə R=1/10, deməli, pul multiplikatoru 10-a bərabərdir.