Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi

Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi

Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması (tə­ləbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da isteh­sal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.
Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiy­mət­lərin qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, on­ların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqya­sında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın tə­min olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə ta­razlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyət­lidir.

Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlak­çıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, ba-zar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılı-ğını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabər­ləş­dirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.
Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi ta­raz­lığı bir-birindən fərqləndirmək lazımdır. Qis-mən tarazlıq iqtisadiy­yatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, mə­sə­lən, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcə­sinin gəlirləri ilə xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif ara­sındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri əsaslarının iş­lənib ha­zır­lanmasında A.Marşallın böyük xid-mətləri olmuşdur. Qismən taraz­lıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahə­lərinin bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi de­məkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.
Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir.

Əgər mü­əyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Belə-liklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə oldu-ğunu de­mək, daha düzgündür.
Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün ba-zarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət ba­zarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nə­zərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymət­lərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə «ax­ması» nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Görün­düyü ki­mi, nöqteyi-nəzərlər bir-birinin eynidir.

Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L. Valrasın tarazlaşma sistemi də məhz yu­xa­rıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud ol­duğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı ba-zar­ların mövcudluğu şəraitində qiymətlərin əmə­lə gəlməsi-nin qanu­nauy­ğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə tə-min olun­mur. Burada istehsal amilləri də mühüm rol oy­nayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar ba-zar­dakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasi­tə­silə təsir etməklə yanaşı, qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-bazar meto­du hesab olunan dövlət tənzimləməsi metod­ları aiddir.
Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdiril­məsini tələb edir. Bu, bir sıra amillər, xüsusilə də milli iqti-sadiyyatın vəziyyəti, isteh­sal amillərinin kəmiyyəti və key-fiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin isteh-saletmə imkanları ilə bağlıdır.

Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlı­ğı üçün aşağıdakı ilkin şərtlərin olduğunu demək olar:
1) Tarazlıq qar­şıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tə­ləbat və deməli, proporsiyalar da dəyişir, yeni tarazlıq vəziy­yətinin tə­min olunmasının zəruriliyi meydana çıxır
2) Iq­ti­sadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nə­zərdə tutur.;
3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uy­ğunlaş-dırılması deməkdir
4) Iq­ti­sadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.
Top