Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri

Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri

Firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra səmərəlilik gös­təricilərindən istifadə olunur. Bunların seçil-məsi təhlilin məqsədindən asılıdır. Təhlilin məqsədi isə olduqca müxtəlifdir və aşağıdakıları əhatə edir: 1) Strateji məqsəd; 2) Taktiki məqsəd; 3) Planlaş­dırma vəzifələri; 4) Digər  məqsədlər.
Strateji məqsədi müəyyən edərkən müxtəlif göstəri­cilərdən istifadə olunmaqla firmanın fəaliyyətinin nəticə-ləri, onun rəqiblərinin, yaxud da onunla əlaqədə olan fir-maların nəticələri ilə müqayisə edilir.
Taktiki məqsəd dedikdə rəhbərliyin firmanın fəaliy­yə­tinə nəza­rət etməsi nəzərdə tutulur. Və bu məqsədlə,  hər hansı bir məhsulun istehsalı ilə əlaqədar səmərəlilik göstəriciləri hesablanır.
Planlaşdırma sahəsində qarşıda duran vəzifələri mü-əyyən edər­kən firmaların fəaliyyətində gələcəkdə edilməsi mümkün olan dəyişik­likləri həyata keçirmək üçün hər hansı bir dövr üzrə müxtəlif ehtiyat­lardan istifadə olunmasının və ya onların əlaqələndirilməsinin sərfəliliyi müqayisə edilir.
Digər məqsədlərə isə firma rəhbərliyinin kollektiv müqavilə­lərin bağlanması üçün həmkarlar ittifaqı komitəsi ilə apardığı danışıq­lar, dövlət tərəfindən müəyyən olunan, gözlənilən məhdudiyyətlərin qiymətləndirilməsi və s. daxildir.
Istehsala investisiya qoyulması və məhsulların real­laşdırılması mərhələlərində sahibkarları iqtisadi amillərdən istifadə olunmasının müxtəlif cəhətləri maraqlandırır və bununla əlaqədar olaraq iqtisadi səmərəliliyi ifadə edən aşağıdakı göstəricilər hesablanır:
1) Firmanın bütün kapitalının (aktivlərinin) rentabelliyi:
R a = M: K
Burada: M – mənfəət, K – firmanın bütün vəsaitlə-rinin (aktiv­lərinin) cəmi və ya kapitalının dəyəri deməkdir.
2) Firmanın bütün kapitalının (aktivlərinin) dövriyyəsi:
R d = Q: K
Burada: Q – satılmış məhsulların dəyərini göstərir.
3) Satılmış məhsul vahidinə düşən xərclər:
S = T C: Q
Burada: TC – ümumi xərcləri göstərir.
4) Istehsalın rentabelliyi:
R = M: (K ə + K d)
Burada: Kə – əsas kapitalın, Kd – dövriyyə kapi-talının (dövriy­yə vəsaitinin) orta illik dəyəri deməkdir.
Bunların içərisində ən ümumiləşdirici göstərici bü-tün kapitalın rentabelliyidir.Beləliklə, firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra ümu­mi və xüsusi göstəricilərdən istifadə olunur.
Top