Firmaların investisiya ehtiyatları, onların dövranı və dövriyyəsi

Firmaların investisiya ehtiyatları, onların dövranı və dövriyyəsi

Müasir dövrdə bazar sisteminin əsas iqtisadi vahidi firma müəssisələrdir.Bəzən  iqtisadi  ədəbiy­yatda «firma» və «müəssisə» anlayışları eyniləşdirilsələr də, bunlar bir-birin­dən fərqlənir. Belə ki, müəssisə dedikdə milli iqtisadiyyatın hər hansı bir sahəsində əmtəə və xidmətləri istehsal etmək üçün istifadə olunan müəyyən istehsal-texniki kompleks nəzərdə tutulur. Məsələn, tikiş fab­riki, mexaniki zavod, bərbərxana, avto-bus parkı və s. müəssisədirlər. Firma isə istehsalın təşkilati-iqtisadi və ya sahibkarlıq formasıdır. Onun tərkibində bir və ya bir neçə müəssisə ola bilər.
Firma sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün mülkiy­yət­çilərin malik olduqları əmlakdan istifadə kom-pleksidir. Firmanın tərkibinə torpaq da daxil olmaqla, onun fəaliyyət göstərə bilməsi üçün nəzərdə tutulan bütün əmlak növləri – binalar, tikililər, qurğular, ava­danlıqlar, inventarlar, xammallar, satılmamış hazır məhsullar və bir sıra səlahiyyətlərin həyata keçirilməsi hüquqları daxildir.

Hər bir firma (fərdi və kollektiv) daxili struktura, onun üçün fayda verən böyüklüyə və fəaliyyət dairəsinə malik olur. Həm də qeyd etmək lazımdır ki, onların fəaliy-yətləri fasiləsiz davam edən prosesdir. Onlar investisiya ehtiyatlarını və ya kapitalı satın almaq, habelə işə işçilər cəlb etməklə məhsul istehsalını təşkil edirlər. Istehsal olunan məhsullar reallaşdırıldıqdan sonra avans edilmiş pul vəsaiti firmaya qayıdır. Bu vəsaitdən sərf edilmiş maddi xərcləri  ödəmək və əmək haq­qı vermək üçün istifadə olu-nur. Bundan sonra bütün proses yenidən başlanır və dönə-dönə təkrarlanır. Bu, təbiətdə suyun dövranını xatır­la­dır. Təsvir olunan prosesə firmanın investisiya ehtiyatlarının və ya kapitalın dövranı deyilir.
Investisiya ehtiyatları və ya kapital dedikdə əmtəə və xidmət­lə­rin istehsalında istifadə olunan investisiya əmtəələri və müxtəlif ehtiyat­lar, bir sözlə gəlir gətirən hər şey nəzərdə tutulur. Investisiya ehtiyatla­rının dövranı pro-sesində onlar ardıcıl olaraq bir formadan başqa for­maya – pul formasından məhsuldar formaya, məhsuldar for­ma­dan əm­təə formasına və əmtəə formasından yenidən pul forma-sına – çevril­mək­lə üç mərhələdən keçir.

Birinci mərhələdə istehsal prosesini təşkil etmək məqsədilə la­zım olan investisiya əmtəələrini  satın almaq və əmək haqqı vermək üçün pul avans olunur. Bunu belə təsvir etmək olar:

Burada:  P – pul, Ə – əmtəə, I. Q. – işçi qüvvəsi,
I. Ə. – investisiya əmtəələri deməkdir.

Ikinci mərhələdə investisiya əmtəələri və işçi qüvvəsi məhsuldar istehlak olunur, nəticədə yeni məhsullar və kəmiyyətcə daha çox dəyər yaradılır. Bunu aşağıdakı kimi təsvir etmək olar:

 
Burada: I – istehsal deməkdir.

Üçüncü mərhələdə istehsal olunan məhsullar satılır və deməli, əmtəə pula çevrilməklə özünün başlanğıc formasına qayıdır, sonra isə bü­tün proses yenidən başlanır. Bunu belə ifadə etmək olar:
Ə1 – P1
Beləliklə, firmanın investisiya ehtiyatlarının dövra-nını ümumi şəkildə aşağıdakı kimi təsvir etmək olar:


Hər bir konkret şəraitdə firmanın investisiya ehti-yatları eyni vaxtda müəyyən nisbətdə hər üç formada – pul, məhsuldar və əmtəə formalarında olur. Bunlardan ikinci müstəsna əhəmiyyətə malikdir. In­vestisiya ehtiyatlarının pul və əmtəə formalarında olan hissələri tədavül dairəsində fəaliyyət göstərir və tədavül fondunu əmələ gətirir.
Investisiya ehtiyatlarının birdəfəlik əməliyyat kimi deyil, fasilə­siz, daim təkrarlanan bir proses kimi nəzərdən keçirilən dövranına onun dövriyyəsi deyilir.
Investisiya ehtiyatlarının hərəkəti müəyyən dövr ərzində baş verir. Onların istehsal və tədavül mərhələ-lərindən keçdikləri vaxt döv­riyyə vaxtı adlanır. Başqa sözlə, investisiya ehtiyatlarının dövriyyə vaxtı onun pul forma-sında sərf olunduğu vaxtla pul formasında geri qayıt­dı­ğı vaxt arasındakı müddətə deyilir. Buradan aydın olur ki, dövriyyə vaxtı iki hissədən ibarətdir: 1) Istehsal vaxtı; 2) Tədavül vaxtı.

Istehsal vaxtı investisiya ehtiyatlarının istehsal dairəsində ol­duqları vaxta deyilir. Istehsal vaxtına aşağı-dakılar daxildir: 1) Əsas və dövriyyə kapitallarının istehsa-lat ehtiyatları formasında olduqları vaxt; 2) Iş dövrü; 3) Insanların iştirakı olmadan təbii proseslərin davam etdi­yi vaxt – bu, kimya, gön-dəri sənayesində, şərabın emalında, əkinçilik və bir sıra başqa sahələrdə xüsusilə nəzərə çarpır; 4) Firmada iş rejimi – növbələr arasındakı fasilələr, istirahət günləri və i. a. – və müxtəlif növ boşdayanmalarla əlaqədar olaraq istehsal prosesində baş verən fa­si­lələr.

Investisiya ehtiyatlarının tədavül dairəsində olduqları vaxt tə­da­vül vaxtı adlanır və o, iki hissədən ibarətdir: 1) Investisiya əmtəələ­ri­nin satın alınması və istehsalın iş qüv-vəsi ilə təmin olunması ilə əlaqə­dar olaraq sərf edilən vaxt; 2) Əmtəələrin reallaşdırılması ilə əlaqədar olaraq sərf edilən vaxt.
Yuxarıda göstərildiyi kimi istehsal vaxtının başlıca tərkib his­səsi iş dövrüdür. Iş dövrü əməyin bilavasitə döv-riyyə kapitalı ünsürlə­ri­nə təsir göstərdiyi vaxta deyilir. Iş dövrünün uzunluğu istehsalın xüsu­siyyətlərindən, hazırla-nan məhsulların xarakterindən asılıdır. Məsələn, çörəyin bişirilməsi dəqiqə və ya saatla, gəminin düzəldilməsi, yaxud da su-elektrik stansiyasının tikintisi isə illərlə davam edir. Investisiya eh­ti­yatlarının dövriyyə sürəti iş dövrünün uzun­luğundan asılıdır. Iş dövrü nə qədər uzun olarsa investisiya ehtiyatları də istehsal dairəsində bir o qədər çox qalmış olurlar. Sahibkar isə iş dövrünü hər vasitə ilə azalt­mağa ça-lışır. Iş dövrünü azaltmağın həlledici şərtləri əməyin inten-siv­ləş­dirilməsi, çoxnövbəli iş sisteminin tətbiq edilməsi, elmi-texniki tərəqqi­nin nailiyyətlərindən istifadə olunması, əmək məhsuldarlığının yüksəl­dil­məsi, əmək bölgüsü və istehsalın ixtisaslaşdırılmasının dərinləşdi­ril­məsi və s.-dir. Bütövlükdə istehsal vaxtının azaldılmasına isə təbii pro­seslərin sürətləndirilməsi yolu ilə də nail olmaq mümkün-dür. Məsələn, ağac materiallarının təbii üsulla qurudulması üçün 1,5-2,0 il, kamerada qurudulması üçün 15 gün, yüksək texniki cəryanla qurudulması üçün isə cəmi 35 dəqiqə tələb olunur.

Investisiya ehtiyatlarının dövriyyəsinin sürətləndiril­məsinə əmək prosesinin fasiləsizliyinin təmin olunması üçün lazım olan xammal, ma­te­rial, yanacaq ehtiyatlarının azaldılması da təsir edir. Bu, onunla əla­qədardır ki, resurs formasında olan investisiya ehtiyatları fəaliyyət gös­tərmir. Və bəzi səbəblər həmin ehtiyatların çoxalmasına gətirib çıxarır. Ona görə də firmalar istehsalat ehtiyatla­rı­nın azal-dılma­sına, az miqdar­da xammal, material, yanacaq ehti-yatları yaradılma­sına, bu məqsədlə etibarlı tərəfdaş axta-rılıb tapılmasına, nəqliyyatın və yükgöndərmələrin təkmil-ləşdirilməsinə çalışırlar.
Tədavül vaxtına da təsir edən amillər vardır. Bunlar hər şeydən əv­vəl, firmalarla satış bazarları arasındakı mə-safədən, nəqliyyat vasitə­lərinin inkişafı, ticarətin təşkili, əhalinin alıcılıq qabiliyyəti, əmtəələrin reklam vasitəsilə təbliği, iqtisadi əlaqələrin mütərəqqi formalarından is­tifa-də olunması, marketinqə xüsusi diqqət yetirilməsi və s. ibarətdir.
Top