Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı

Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı

Təklifin qiy­mətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə tək­lifin kəmiyyəti götürülür.
Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar oldu-ğuna görə o, tələbə nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Tək­li­fin elastikliyi qiymətləndirildikdə adətən üç müvəqqəti dövr-qısa müd­dətli, orta müddətli, uzun müddətli – nəzərdən keçirilir.
Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər han­sı bir dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tu­tulur. Məsələn, alma yetişdirən və onu bazara satmağa gətirən bağ­ban, bazarda hansı qiymətin formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə görə, təklif elastik deyildir. Orta müd­dət mövcud istehsal gücləri əsasında istehsalın miqyasının genişlən­diril­məsi və ya ixtisar edilməsinin mümkün olduğu, lakin yeni istehsal güc­lərinin işə salınmasının mümkün olmadığı dövrdür. Bu dövrdə tək­lifin elastikliyi nisbətən artır.
Uzunmüddətli dövrdə firmalar özlərinin istehsal gücləri-nin geniş­lən­dirilməsi və ya ixtisar edilməsi üçün kifayət qə-dər imkana malik olurlar, habelə uzunmüddətli dövrdə tələb artdıqda bu sahəyə yeni fir­malar gəlir, tələb azaldıqda isə bəzi firmalar bu sahədən çıxıb gedirlər. Bu dövrdə təklifin elastikliyi əvvəlki iki dövrə nisbətən daha yüksək olur.
Beləliklə, tələb və təklifin elastikliyi nəzəriyyəsinin çox böyük nə­zəri və praktik əhəmiyyəti vardır. Bunu konkret misalla nümayiş etdirmək olar. Məlum olduğu kimi firmalarda (müəssisə­lərdə) istehsal xərclərinin artması onları, buraxdıqları məhsul­ların qiymətlərini qaldırmağa məc­bur edir.

Firmalar, onların istehsal etdikləri məhsullara olan tələbin elastik­li­yi ilə bazar tələbinin elastikliyinin bir-birinə uyğun gəlməsində maraq­lıdırlar. Firma bazarda mütləq mənada inhisara malik olmadıq­da birin­ci ikincidən yüksək olur. Lakin firmanın məhsullarına olan tələbin qiy­mətə görə elastikliyini hesablamaq olduqca mürəkkəbdir. Çünki firma öz məhsullarının qiymətini qaldırdıqda və ya aşağı saldıqda rəqiblərin buna münasibətini də nəzərə almalıdır. Bu zaman riyazi modellərdən, yaxud da firmaların rəhbərlərinin təcrübəsindən istifadə olunması məq­sə­dəuyğundur.
Firmalar qiymət haqqında qərar qəbul edərkən təkcə bazar tələ­binin elastikliyi haqqındakı məlumatlara istinad etdikdə, qiymətlərin qaldırılmasının təsiri ilə məhsulların satışından “əmələ gələn” itki göz­lə­nildiyindən daha çox olur.

Tələbin elastikliyi firmaların qiymət siyasətinə təsir göstərən baş­lı­ca amillərdəndir. Bunu aşağıdakı misalla izah edək: tutaq ki, hər hansı bir firma 100 mənzilli bina tikdirmişdir və mənzillərin hansı qiymətlə sa­tılması haqqında qərar qəbul etməlidir. Bu zaman belə bir cəhət nə­zərə alınmalıdır ki, cari təmir xərclərindən başqa, tikintiyə və istismara sərf olunan xərclər əslində neçə mənzilin istifadəyə verilməsindən asılı deyildir.
Firma mənzilə olan tələbi və elastikliyi bildikdə daha çox gəlir əldə etmək üçün bu mənzilləri hansı qiymətlə istifa-dəyə verəcəyini asanlıqla müəyyən edir. Hətta mənzillərin bir hissəsi istifadəçilərə verilmədikdə belə, maksimum gəlir əldə olunması təmin edilir. Fikrimizi davam etdirək, deyək ki, aylıq icarə haqqı 200 manat olmaqla tələbin qiy­mətə görə elastikliyi vahidə bərabərdir və icarədən daxil olan məbləğ daha çoxdur. Lakin bu qiymətlə istifadəçilərə 100 deyil, yalnız 80 mən­zil verilə bilər. Firma icarə haqqını 200 manatdan aşağı müəyyən etdikdə qalan 20 mənzilə də istifa-dəçilər tərəfindən maraq arta, lakin əldə olunan ümumi məbləğ azala bilər. Elastiklik nəzəriyyəsindən təcrü­bədə istifadə olunmasının ikinci tipik nümunəsi kimi dövlətin vergi siyasətini göstərmək olar. Dövlət dolayı vergilərdən istifadə etməklə iqtisadiyyatda ehtiyatları yenidən bölmək, büdcəyə daxilolmaları artır­maq, aztəminatlı ailələrin vəziy-yətini yaxşılaşdırmaq, istehsal və sosial infrastrukturu inki-şaf etdirmək və s. vəzifələri qarşısına qoyur. Lakin əmtəə və xidmətlərin ayrı-ayrı növləri üçün müəyyən olunan vergilər tələb və təklifin elastikliyindən asılı olaraq istehsalçı və is-tehlak­çı­lar­da müxtəlif reaksiyalara səbəb olur. Belə ki, vergi istehsal nəzərə alın­maqla müəyyən olunduqda, istehsalçı qiymətləri qaldıra bilər. Lakin nə qədər? Vergi qədərmi? Əlbəttə, yox! Buna istənilən ixtiyari cavabı vermək olmaz. Ona görə ki, istehsalçı bazar iqtisadiyyatı şəraitində qiymətləri vergi qədər qaldıra, yaxud da tarazlıq qiymətin-dən yüksək qiy­mət müəyyən edə bilməz. Çünki belə olduqda, istər-istəməz rəqabət mü­barizəsi onu bazardan çıxıb get-məyə məcbur edəcəkdir. Bu zaman ye­ganə çıxış yolu qiy-mətlərin tarazlıq qiymətləri səviyyəsinədək qaldı­rıl­masıdır.

Tələb elastik olduqda istehsalçı daha çox itirir, vergi yükü onun üzərinə düşür. Tələb elastik olmadıqda isə vergi yükü istehlakçının üzə­rinə düşür və verginin mütləq kəmiyyəti yüksək olur. Tələbin elastik ol­ma­dığı əmtəələrə, siqaret, alkaqollu içkilər və s. dövlət tərəfindən aksiz və digər dolayı vergilərin qoyulması da bununla əlaqədardır.
Təklif elastik olduqda vergi yükü əsas etibarilə isteh-lakçının üzə­rinə düşür. Qiymətlərin artımı və istehsalın həc-minin azalması daha çox müşahidə olunur. Təklif elastik olmadıqda isə deyilənlərin əksi müşa­hi­də edilir.
Top