Təklif

Təklif

Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.
Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə sat­maq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.
Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymət­lər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yara­dırlar. Digər tərəfdən, qiymətlər uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müd­dətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artır­maq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növ­bədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tu­tulması da daxil olmaqla istehsal güclərinin genişləndiril­məsi imkan­ları) olmaya bilər. Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillə­ri­nin təsiri ilə dəyişə bilər:
  • 1) Texniki yeniliklərdən istifadə olunması, eh­tiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində isteh­sal xərclə-rinin dəyişməsi;
  • 2) Bazara yeni firmaların gəl­mə­si. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır;
  • 3) Başqa əmtəələ­rin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahə­dən çıxıb getmələrinə, bu isə öz növ­bəsində təkli-fin azalmasına səbəb olur;
  • 4) Təbii fəlakətlərin, si­yasi hərə-katların, iqtisadiyyatı dağıdan, öl­kəni xarabazarlıqla­ra çevirən müharibələrin olması;
  • 5) Tələbin, qiymətin, gəlir-lərin və s-in dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar tək­lifi azaldır.
Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektləri-nin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların dav-ranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir.        


Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət ta­razlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlə­ri­nin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymət­lər tələb və təklifin bir-birinə bərabər olduğu səviy-yəyə – kəsişmə nöqtə­sinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb aza-larsa və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.
Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasəti­nin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla taraz­lıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər.
Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.

Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm dətəklif qanunu fəaliyyət göstərir. Bu qanun, təkliflə qiymət arasın-da aşağıdakı funksio­nal asılılığın olduğunu göstərir: qiymət-lər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Deməli, qiymətlə təklif arasında düzmütə­nasiblik vardır. Təklif qanununa görə digər şərtlər sabit qalmaqla tək­li­fin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.

Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətləri-nin əmələ gəlməsi prinsiplərinin nəzərdən keçirilməsi aşağı-dakı nəticələri çıxar­ma­ğa imkan verir:
1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət gös­tə­rir.
2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə, məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tə­ləbin dəyişməsi baş verirsə, onda:
— Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və deməli, tələbin artması həmin məhsulun qiymətinin yük­səlməsinə gətirib çıxarır. Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət görür»;
— Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.
3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar mü-nasibətlə­ri­nə əsaslanan iqtisadi sistem inzibati-amirlik me-todlarına əsaslanan iq­tisadi sistemə nisbətən daha səmərə-lidir və müəyyən üstünlüklərə malik­dir.
Top