Bazarın tənzimlənməsi metodlarını iki qrupa bölmək olar: 1) Dövlət metodları; 2) Qeyri-dövlət metodları.
Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etmək-lə, müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyə-tin iqtisadi həyatına da aiddir. Çünki dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşkara çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamətlərini müəyyən edir.
Kapitalizmin inkaşafının ilk dövrlərində dövlətin iqtisadi rolu xüsusi mülkiyyətin və bazar mexanizminin fəaliyyət göstərməsi üçün ümumi şərait yaratmaqdan ibarət olmuşdur. Müasir dövrdə isə onun iqtisadi rolu əhəmiyyətli dərəcədə dəyişmiş, daha da genişlənmiş və bu, bazar mexanizmi ilə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-məsinin culğalaşmasına gətirib çıxarmışdır.
Inkişaf etmiş kapitalist ölkələrində, dövlət, qanun-vericilik, vergi və pul tədavülünü tənzimləmək, istehsal in-frastrukturunu yaratmaq kimi vəzifələri yerinə yetirir. Onun müxtəlif siniflər və təbəqələr arasında ziddiyyətlərin «yum-şaldılması» ilə əlaqədar yerinə yetirdiyi sosial vəzifəsini də xüsusi qeyd etmək lazımdır. Həmin ölkələrdə dövlət, həmçinin bu və ya digər səbəbdən xüsusi kapitalın tətbiq olunması sərfəli olmayan sahələrdə təsərrüfatçılığın həyata keçirilmə-sini öhdəsinə götürür. Bu, birinci növbədə sosial sahələri – təhsil, səhiyyə və s.–əhatə edir. Bundan başqa, dövlət, böyük məbləğdə kapital qoyuluşu tələb edən işlərin yerinə yetiril-məsində də fəal iştirak edir.
Bütün bunların nəticəsində mülkiyyətin xüsusi for-ması – dövlət mülkiyyəti və buna uyğun olaraq, təsərrüfat-çılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas almışdır. P. Samuelson və V. Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat şəraitində
dövlətin əsas iqtisadi vəzifələri aşağıdakılardır: 1) Hüquqi və fiziki şəxs-lərin iqtisadi fəaliyyətlərinə dair hüquqi əsasların yara-dılması; 2) Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi; 3) Iqtisadi səmərəliliyin yüksəldilməsi üçün ehtiyatların yer-ləşdirilməsinə təsir göstərilməsi; 4) Gəlirlərin bölüşdürül-məsinə təsiretmə proqramının işlənib hazırlanması.
Iqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunve-ricilik aktları və qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas almışdır. XIX əsrin axırlarından etibarən dövlət hakimiyyəti möhkəmlənmiş, ondan ümumi mənafelərin və bütövlükdə iqtisadi sistemin mühafizəsi üçün istifadə olunmağa başlanmışdır.
Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabit-ləşdirilməsidir. Bununla əlaqədar olaraq, dövlət sənaye tsik-lini yumşaltmaq, işsizliyin, inflyasiyanın qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məqsədlə aşağıdakı metod-lardan istifadə olunur: 1) Iqtisadiyyatın vergi-büdcə vasitə-silə tənzimlənməsi; 2) Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin tənzimlənməsi.
Bunlardan birincisinə fiskal siyasət, ikincisinə isə monetar metod deyilir.
Bazar iqtisadiyyatı şəraitində pul və maliyyə-kredit sistemi xüsusi rol oynayır
. Bu sahədə dövlətin başlıca vəzifəsi çevik vergi, sözün əsl mənasında düzgün kredit siyasəti yeritməkdən, ölkədə pul tədavülünü tənzimləmək-dən ibarətdir. Dövlət, bütövlükdə cəmiyyətin mənafeyini ifadə etməklə, həm də bazarda baş verən rəqabət nəticəsində istehsalçıların təbəqələşməsinə, bunun təhlükəli şəkil almasına yol vermir. Bazarda rəqabəti «yumşaltmağın» dünya təcrübəsində sınaqdan çıxmış və özünü doğrultmuş aşağıdakı metodlarını göstərmək olar: 1) Böyük məbləğdə əldə edilən gəlirdən mütərəqqi normalarla vergi tutulması; 2) Yaşayış minimumunu təmin edən məhsullara, xüsusilə də uşaqlar üçün müxtəlif çeşidli və digər əmtəələrə aşağı qiymətlər müəyyən olunması; 3) Təkmilləşdirilmiş əmək qanunvericiliyinin (kadrların hazırlanması və yenidən hazırlanması, yeni iş yerlərinin yaradılması, minimum əmək haqqı və pensiya təminatına zəmanət verilməsi, qiymət- lərin səviyyəsi dəyişdikcə gəlirlərin indeksləşdirilməsi, müvəqqəti işləməyən şəxslərə müavinət verilməsi və s. və i. a.) olması.
Monetar üsulun mahiyyəti isə ondan ibarətdir ki, dövlət dövriyyəyə əlavə pul buraxmaqla istehlakçıların alıcılıq qabiliyyyətini süni surətdə artırır. Əhalinin alıcılıq qabiliiyyəti yüksəldikdə əmtəələrə olan tələb də artdığına görə onlar bahalaşır. Bu isə istehsalın miqyasının genişləndirilməsi üçün stimul yaradır. Bununla yanaşı, inflyasiya da güclənir. Odur ki, burada başlıca məsələ inflyasiyanın dərinləşməsinə yol verməmək və onu müəyyən səviyyədə saxlamaqdan ibarətdir. Dövlətin ən mühüm vəzifələrindən biri də ehtiyat-ların sosial cəhətdən ədalətli bölüşdürülməsinə kömək etməkdir. Bu, dövlətin yeritdiyi siyasətin makroiqtisadi tərə-fidir. Buraya sənaye, kənd təsərrüfatı və azad rəqabət sahə-sində yeridilən siyasət, planlaşdırma və bəzi hallarda bölgü münasibətləri daxildir.
Bazarın tənzimlənməsinə qeyri-dövlət metodları da təsir göstərir. Bu, satış bazarları və qiymətlər haqqında razı-lığa gələn müxtəlif assosiasiyalar, habelə, banklar, əmtəə və fond birjaları, yarmarkalar, topdansatış mərkəzləri, valyuta auksionları, məlumat sistemləri və s. təşkilatların mövcud-luğu ilə əlaqədardır.
Bütün bunlara əsasən demək olar ki, bazar, iqtisadiyyatın normal fəaliyyət göstərməsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun tənzimlənməsi metodları daim təkmilləşdirilir, bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunur və konkret şəraitdən asılı olaraq tədbirlər görülür.