Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. Deməli, bazarın yalnız məhsulların və xidmətlərin istehlak-çılara çatdırılması ilə «məşğul olan struktur» kimi səciyyə-ləndirilməsi onun mənasının məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar istehsal prosesinin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əlaqə yaradıl-masının təmin olunmasında tənzimləyici rol oynayır. Bazarda baş verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.
Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasında təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplusudur; 2) Alıcı-larla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxilində və ölkələr arasında istehsalçılarla istehlakçıları bir-birinə bağlayan mübadilə dairəsidir; 4) Əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur.
Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündə-lik tələbat məhsullarının reallaşdırıldığı sadə formada mey-dana gəlmişdir. Iqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş dərəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəə-lərinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyu-taların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. r. Bütün bunlara əsasən bazarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar: 1) Işçi qüvvəsi bazarı; 2) Maliyyə bazarı (ssuda – borc kapital-ları bazarı); 3) Investisiya əmtəələri bazarı; 4) Istehlakçılar bazarı; 5) Xidmətlər bazarı; 6) Texnologiya bazarı; 7) Intellektual mülkiyyət ünsünləri bazarı.
Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi hadisələrin miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (milli), xarici (beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları (istehlak malları, istehsal təyinatlı əmtəələr və ya hazır məmulatlar), yaxud da əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və i. a.), sahələr (avtomobil, neft, pambıq, üzüm və i. a.), ölkələrarası və s. olduğunu demək olar. Bazarları, həmçinin bazar münasibətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqləndirmək mümkündür.
Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər və bir-birilərinə təsir göstərirlər. On-ların hər hansı birində baş verən pozuntular və ləngimələr həmin zəncirvari prosesdə başqalarına da təsir edir.
Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrüfat həyatının bütün sahələrinə təsir edir və: 1) Informasiyavermə; 2) Vasitəçiliketmə; 3) Qiymətəmələgətirmə; 4) Tənzimləmə və 5) Sağlamlaşdırma vəzifələrini yerinə yetirir.
Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.
Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miqdarda informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haqqında ümumi məlumat verən nəhəng kom-püterə çevirir. Bu, hər bir müəssisəyə, özünün xüsusi isteh-salını bazarda daim dəyişən şəraitlə müqayisə etməyə imkan verir.
Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır. Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növbədə istehsala təsir göstərməsi ilə əla-qədardır. Bazar P. Samuelson tərəfindən müəyyən edilmiş: «Nə istehsal etməli?», «Kimin üçün istehsal etməli?», «Necə istehsal etməli?» suallarına cavab verir. Həm də, bazarı rə-qabətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, sahəda-xili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı salınma-sı, əmək məhsuldarlığının yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırıl-ması üçün stimul yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal quruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yaradır.
Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mühüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşağı düşməsi isə ixtisar olunmasına işarədir.
Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in köməyilə deyil, həm də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» istifadə olunmaqla idarə edilir. Lakin buna baxmayaraq bazarın tənzimləyici, iqtisadiyyatda tarazlayıcı rolu yenə də qalmaqdadır.
Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bərabərsizliyə, təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə ictimai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən təmizləyir, daha çox səmərə verən, təşəbbüskar, bacarıqlı, zirək təsərrüfat vahidlərinə isə «yaşıl işıq» yandırır. Bunun nəticəsində iqtisadi vahidlər üzrə ümumilikdə orta sabitlik səviyyəsi nəinki saxlanılır, hətta yüksəlir.
P. Samuelsonun tədqiqatlarına görə ABŞ-da bütün pərakəndə satış mağazalarının 1/3 hissəsindən yarısına qədəri açıldıqdan sonrakı üç il ərzində öz fəaliyyətini dayandırır. Kiçik biznesin orta ömür müddəti 6 ildən yuxarı həddi aşmır, hətta bəzi hallarda iri firmalar da rəqabət mübarizəsində məğlub olurlar. Aydın məsələdir ki, istehsalın və kapitalın ictimailəşdirilməsinin gücləndiyi bir şəraitdə inhisarlaşdırma bazarın sağlamlaşdırma vəzifəsinin dəyişməsinə səbəb olur.
Beləliklə, bazar çox mürəkkəb vəzifələri yerinə yeti-rir. Və bazar münasibətlərinə geniş meydan verilməsinin nəticəsidir ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatı dinamik inkişaf edir, istehlakçı bazarları fasiləsiz olaraq əmtəələrlə doldurulur, mövcud ehtiyatlardan demək olar ki, səmərəli istifadə edilir.
Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları
Qərbin tanınmış iqtisadçıları R. Lipsin, P. Steynerin və D. Pervisin fikrincə XX əsrin 30-cu illərində əmək və maddi vəsaitlərdən səmərəli istifadə edilməsi, 40-cı illərdə vəsaitin iqtisadiyyatın mülki və hərbi bölmələri arasında ən əlverişli nisbətdə bölüşdürülməsi, 50-ci illərdə inflyasiyanın artmasının, 60-cı illərdə iqtisadi yüksəlişin zəifləməsinin, 70-ci illərdə istehsalın aşağı düşməsi meylinin qarşısının alınması, 80-ci illərdə dövlət büdcəsi kəsirinin aradan qaldırılması, 90-cı illərdə dövlət borclarının azaldılması ilə əlaqədar problemlərin həll edilməsində bazar münasibətləri çox böyük rol oynamışdır.
Odur ki, normal bazar sistemi yaratmaq üçün bu yeni iqtisadi sistemin əsas cəhətlərini, üstünlükləri və çatışma-zlıqlarını nəzərdən keçirmək lazımdır. Yeni iqtisadi sistemin əsas cəhətləri isə aşağıdakılardır:
– Mülkiyyətin çox böyük hissəsinin dövlətin tabeliyin-dən çıxarılması və onun müxtəlif formalarından istifadə olunmaqla, onların arasında optimal nisbətin yaradılması;
–Inzibati-amirlik idarəetmə metodlarından imtina edil-məsi və idarəetmənin demokratikləşdirilməsi;
– Xarici iqtisadi əlaqələrdə bərabərhüquqlu əməkdaş-lığın həyata keçirilməsi;
–Istehsalın bütün subyektlərinin bərabərhüquqlu olması;
– Dövlətin, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi və onun səmərəli fəaliyyət göstərməsini təmin edə bilən, keyfiyyətcə yeni rolunun formalaşması;
– Vətəndaşların sosial təminatı və sosial müdafiəsinə dair dəqiq sistem yaradılmaqla, işçilərin sərbəst surətdə muzdla tutulması və işdən azad edilməsi əsasında işçi qüvvəsi bazarının formalaşması;
– Sərbəst və tənzimlənən qiymətlərdən istifadə edilməsi;
– Ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılma-sında mühüm rol oynayan mütərəqqi vergi sisteminin yara-dılması;
– Müxtəlif səviyyələrdə büdcənin formalaşması və isti-fadə olunmasında yeni prinsiplərin tətbiq edilməsi;
– Bank sisteminin təkmilləşdirilməsi əsasında tənzim-lənən pul tədavülü və kredit siyasəti yeridilməsi;
— Əhalinin gəlirlərinin müntəzəm olaraq indeksləş-dirilməsi və s.
Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı ideal deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir.
Bazar:
1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtə-ələrin istehsalına yönəltdiyi üçün onların səmərəli bölüşdü-rülməsinə təsir edir:
2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məhsul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə imkan verir. Çünki məhsul istehsalında ehtiyat-ların kombinə olunmasının səmərəli üsullarından istifadə edilməsi, yeni, faydalı istehsal texnologiyasının işlənib ha-zırlanması və istehsalata tətbiqinə şərait yaradır;
3)Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmərəli fəaliyyət göstərməsini təmin edir. Bu zaman qiy-mətlər və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir.
4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti for-malaşdırır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyı-cılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapılması, ehtiyatlara qənaət-edici texnologiyanın tətbiqi və enerji resurslarına qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;
5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal isti-fadə olunmasına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfəət əldə etmək məqsədilə yeni əmtəələr yara-dır, ən yeni texnologiyalardan istifadə edir, bu isə rəqiblər qarşısında müvəqqəti üstünlük əldə etməyə imkan verir;
6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının daha tez təshih edilməsi üçün şərait yaradır.
Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yaxşı ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıqları da vardır. Belə ki,
bazar:
1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanılmasını təmin edə bilmir;
2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik deyildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik aktları məcbur edir;
3) Bütün insanlara məxsus olan – məsələn, okeanla-rın balıq sərvəti – ehtiyatlardan istifadə olunmasını tənzim-ləmək iqtidarında deyildir;
4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nəzərə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərve-ricilərinə qarşı mübarizə vasitəsi kimi DDT pesdisidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində canlı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;
5) Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu, özünü onda göstərir ki, bazar iqtisadiy-yatı şəraitində işsizliyin «texnoloji», «struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli cəhətdən isə qeyri-mümkündür. Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyiş-dirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fik-rincə bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.
6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;
7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəələrin istehsalına deyil, daha çox imkanı, pulu olan-ların tələbatının ödənilməsinə istiqamətləndirilmişdir.
Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar münasibət-lərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional və struktur uyğunsuzluqları misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, bazar mexanizmi bu mənfi halları «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru istiqamətləndirir. Deməli, dövlət, bu prob-lemlərin həll edilməsini öz üzərinə götürməli, meydana çıxan mənfi halları-zərərli texnologiyaların tətbiqini, əhalinin sağlamlığı üçün təhlükəli olan əmtəə və xidmətlərin istehsa-lını və i. a. — qadağan etməklə, onların inzibati yolla aradan qaldırılmasını təmin etməlidir. Bu qadağalara məhəl qoymayan şəxslər isə onların tətbiqi nəticəsində əldə edə biləcəkləri səmərədən qat-qat çox olan məbləğdə cərimə-lənməlidir.
Lakin qeyd etmək lazımdır ki, dövlət bu sahədə tək-başına mübarizə aparmamalıdır. Istehlakçıların hüquqlarını müdafiə edən çoxsaylı cəmiyyətlər, azad mətbuat, nüfuzlu demokratik təşkilatlar dövlətə yaxından kömək etməlidirlər.
Bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərdən biri də içtimai təlabatın ödənilməsidir. Müasir dövrdə belə problemlərin dairəsi olduqça genişdir. Belə ki, bütün ölkələrdə milli müdafiə və təhsil, vahid ener-getika sistemləri, dövləti idarəetmə aparatı mövcuddur. Burada söhbət ölkənin bütün vətandaşlarının bərabər istifadə etdikləri əmtəə və xidmətlərdən getdiyinə görə onla-ra «içtimai» və ya «kollektiv» əmtəələr deyilir. Bu əmtəə və xidmətlərin istehsalını dövlət öz üzərinə götürməli, onu büdcə vəsaiti hesabına maliyyələşdirməlidir. Dövlət, həm də bu zaman «içtimai»əmtəələrin mürəkkəb quruluşa malik olduqlarını nəzərə almalıdır. Başqa sözlə, bu əmtəələrin bir hissəsi (məsələn, milli müdafiə) ölkənin bütün əhalisi tərəfindən, bir hissəsi əhalinin bir qismi (məsələn bu və ya digər regionda polis xidməti), bir hissəsi isə hər hansı bir kiçik kollektiv tərəfindən(məsələn,hər hansı bir yaşayış məntəqəsinin bələdiyyəsi tərəfindən göstərilən kommunal xidmətləri) «istehlak» edilir. Bütün bunlara əsasən demək olar ki, «içtimai» əmtəələrə olan təlabatın ödənilməsi bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərə aiddir.
Beləliklə, bazar iqtisadi sisteminin alternativi olmasa da, hələlik onun bir sıra çatışmazlıqları və mənfi cəhətləri də vardır. Ona görə də inkişaf etmiş ölkələrdə dövlət, bütün bunları nəzərə almaqla, bazarın yerinə yetirə bilmədiyi vəzifələrin həyata keçirilməsini öz üzərinə götürür.
Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli
XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizi bərpa etdikdən sonra qurmağa başladığımız Azərbaycan cəmiyyətinin bazar iqtisadi sistemi daxilində təsərrüfat təşkilinin modeli tarixi təcrübəmiz, coğrafi-iqtisadi mövqe-yimiz və digər amillər nəzərə alınmaqla yaradılır. Bu məqsə-dlə tədriclə totalitar quruluşun strukturları aradan qaldırı-lır, dinamik bazar iqtisadiyyatı – xarici dünyanın üzünə açıq, çox böyük yanacaq və xammal ehtiyatlarına malik olan ölkəmizin nadir təbii potensialından istifadə etməyə imkan verən iqtisadiyyat yaradılır.
Ölkəmiz dünya bazarında böyük tələbat olan məh-sullar istehsal etmək imkanına malikdir və istehsal edir. Bunlar neft, qaz, neft məhsulları, kimya məmulatı, yod, kauçuk, dəmir filizi, alüminium, neft mədən avadanlıqları, elektrik cihazları, soyuducular, kondisionerlər və s.-dir.
Respublikamızda pambıqçılıq, üzümçülük, tərəvəzçi-lik, meyvəçilik, tütünçülük, barama istehsalı, zəfərançılıq və s. kənd təsərrüfatının ənənəvi sahələridir. Aqrar bölmənin xammal ehtiyatlarının emalı əsasında respublikada yeyinti sənayesi formalaşmışdır. Parça, trikotaj, paltar, ayaqqabı, xalça, saxsı-çini qab-qacaq və başqa məmulat istehsal edən yüngül sənaye respublikada iri əmtəə istehsalçısıdır.
Yeni iqtisadi sistemin yaradılması prosesi əhalinin sosial məsələlərinin həlli ilə bilavasitə əlaqədardır. Bu, onunla izah edilir ki, iqtisadi inkişafın hərəkətverici amili sosial inkişafdır. Bu isə o deməkdir ki, iqtisadi inkişaf sosial inkişafla qarşılıqlı əlaqə şəraitində həll edilməlidir.
Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, demoqrafik vəziyyəti yaxşılaşdırmadan iqtisadiyya-tın tarazlı inkişafından danışmaq olmaz. Odur ki, sosial vəziyyətin normallaşdırılması sahəsində elmi cəhətdən əsas-landırılmış tədbirlər hazırlanır və həyata keçirilir. Həm də qeyd etmək lazımdır ki, bu zaman ölkənin malik olduğu ehtiyat, istehsal-texnoloji imkanlar, əhalinin gəlirləri ilə yaşayış vasitələrinin dəyəri arasındakı nisbətin gözlənilməsi nəzərə alınır. Bu deyilənlərdən aydın olur ki, bazar iqtisa-diyyatının formalaşması ilə əlaqədar iqtisadi və sosial vəzi-fələr vəhdət halında yerinə yetirilir.
Indiyədək görülən tədbirlərin nəzərdən keçirilməsi və aparılan müşahidələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, bazar iqtisadiyyatının Azərbaycan modeli yaradılarkən zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının əməksevərliyi, Vətənə bağlılığı, xeyriyyəçilik ənənələrinə sədaqətliliyi, ölkəmizin əlverişli coğrafi-iqtisadi mövqeyi və zəngin təbii sərvətlərə malik olması, sahibkarlıq üçün sağ-lam mühitin yaradılması, əhalinin aztəminatlı hissəsinin mü-dafiəsi, kəskin əmlak bərabərsizliyinə yol verilməməsi, milli gəlirin vergi mexanizmi vasitəsilə yenidən bölgüsü və beləliklə də sosiallaşdırmanın həyata keçirilməsi, xırda və orta müəssisələrə, fermer təsərrüfatlarına qayğı göstərilməsi, milli mənlik şüurunun bərqərar olması, millətin mənafeyi-nin cəmiyyətin hər bir üzvünün mənafeyindən üstün tutul-ması, perspektivli sahələrin inkişaf etdirilməsi imkanları nəzərə alınır.
Beləliklə, bütün bunları, habelə tarixi keçmişimizi, adət-ənənələrimizi, iqtisadi və təbii imkanlarımızı nəzərə almaqla bazar iqtisadi sistemində təsərrüfat təşkilinin Azər-baycan modelini aşağıdakı kimi səciyyələndirmək olar: “Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçid şəraitində formalaşmaqda olan milli təsərrüfat modeli sosiallaşdırma və demokratikləşdirmə tədbirləri əsasında sahib-karlığı stimullaşdırmaqla, ölkənin malik olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə olunmasına, çevik vergi siyasəti yeritməklə əmlak bərabərsizilyinin azaldılmasına, xüsusi güzəştlər və yardımlar hesabına əhalinin aztəminatlı hissəsinə qayğı göstərilməsinə, milli şüurun yüksək inkişaf səviyyəsinə, millətin mənafeyinin üstün tütülmasına yönəldilmiş güclü sosial siyasətə əsaslanmaqla yaradılır və onu sosial yönümlü bazar iqtisadiyyatı adlandırmaq olar”.