Ümumi iqtisadi formaların tarixən birincisi natural təsərrü¬fat¬dır. Bu təsərrüfatda hazırlanan məhsullar istehsal-çının şəxsi tələbatının, təsərrüfatdaxili ehtiyacların ödənil-məsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallar-da istehsala uyğun gəlir ki, bu da onların əlaqələndirilməsi problemini sadələşdirir. Istehsalın natural forması əmə¬yin məhdud mənada ictimai xarakter daşımasının nəticəsi kimi mey¬dana gəlmişdir. Təsərrüfatçılığın bu forması cəmiyyətin iqtisadi tarixinin «istehsal» mərhələsini təşkil edir və minilliklər ərzində davam etsə də, zaman keçdikcə tədriclə sıxışdırılmış və öz yerini əmtəə təsərrüfatına vermişdir…
Əmək bölgüsü və əməyin ixtisaslaşması–məhdud miq-darda ehtiyatların hər birinin spesifik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək məqsədilə, ayrı-ayrı fəaliyyət sahələrində konkret iş növlərinin yerinə yetirilməsi üçün nisbi əlahiddələşmə deməkdir. Hansı miqyasda həyata keçi-rilməsindən asılı olmayaraq əmək bölgüsü əmək məhsul-darlığının yüksəlməsinə səbəb olur. Müxtəlif ixtisas və peşə-lərin bir-birindən ayrılması da məhz bu üstünlüklərlə əlaqə-dardır.. Əmək bölgüsü şəraitində hər bir adamın tələba¬tı¬nın çox cüzi bir hissəsi onun özünün istehsal etdiyi məhsullar hesabına ödənilə bilər. Hər bir adam öz tələbatının çox böyük hissəsini özünün istehsal etdiyi məhsulları başqa adamların əmək məhsulları ilə müba¬dilə etməklə ödəyir. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə dərinləşməsi bazarın meydana gəlməsinin obyektiv şərtlərindən bi¬ridir.
Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur. Bunlar-dan birin¬ci¬si, heyvandarlığın əkinçilikdən ayrılması, ikincisi, sənətkarlığın müs¬tə¬qil sahəyə çevrilməsi, üçüncüsü tacirlərin meydana gəlməsidir. Son¬ra¬lar, sahələr «parçalanmış», ixti-saslaşdırma daha da dərinləşmişdir ki, bu da mübadilənin genişləndirilməsini zəruri etmişdir.
Əmək bölgüsünün meydana gəlməsinin nəticəsidir ki, qədim mal¬darların əkinçilik məhsullarına, əkinçilərin isə maldarlıq məhsul¬la¬rı¬na ehtiyacı olmuşdur. Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə əmək bölgüsü dərinləşir, bunun nəticəsində isə mübadilənin dairəsi genişlə¬nir¬di. Mübadilə əvvəlcə icmaların daxilində baş verdiyi halda, sonralar icmalararası əlaqələr meydana gəlmiş və o, ilk öncə primitiv xarakter daşımışdır.
Mübadilənin inkişafı pulun meydana gəlməsinə səbəb olmuş və bu da öz növbəsində hər hansı bir məhsulu satmaq məqsədilə onun istehsalının genişləndirilməsini stimullaşdırmışdır. Əmtəə istehsalı yal¬nız bu zaman, yəni istehsalçının məhsulu özünün şəxsi tələbatının ödə¬nil¬məsi üçün deyil, başqalarının tələbatının ödənilməsi üçün, bazar üçün istehsal etdiyi zaman meydana gələ bilərdi.
Beləliklə, yuxarıda nəzərdən keçirilənləri ümumiləş-dirərək belə bir nəticəyə gəlmək olar ki, natural təsərrüfat strukturlarının artması içtimai əmək bölgüsünün meydana gəlməsinə səbəb olmuşdur. Ictimai əmək bölgüsü isə ikili məzmuna malikdir. O bir tərəfdən istehsalçıları bir-birin-dən ayırır, digər tərəfdən isə onları bir-birindən asılı vəziy-yətə salmaqla, birləşdirir. Bunların nəticəsində isə istehsal «ayrılır», əvvəlcə «bölgü», sonra isə «yenidənbölgü» onların arasına «girir» və bununla da cəmiyyətin iqtisadi tarixinin «iqtisadiyyat» mərhələsi formalaşmış olur. «Istehsal» mər-hələsindən fərqli olaraq «iqtisadiyyat» mərhələsində isteh-salçılar arasındakı qarşılıqlı əlaqələr həm istehsal, həm də istehsaldankənar sahələri əhatə etmişdir. Bu isə əmək məh-sullarının «əmtəəyə», mübadilənin özünün «bazara» çevril-məsinə səbəb olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu, hələ bazar iqtisadiyyatı demək deyildi. Bəşəriyyət bazar iqti-sadiyyatının formalaşmasına doğru uzun bir yol keçməli idi. Ona görə ki, cəmiyyətin iqtisadi tarixinin ikinci mərhə-ləsində bazar hələ də istehsala tabe idi və qiymətləri alıcıya satıcı dikdə etdiyinə görə o, «satıcı bazarı» olaraq qalırdı.
Bütün bunlara əsasən demək olar ki, bazar iqtisadiy-yatına keçid bəşəriyyətin iqtisadi tarixində keyfiyətcə yeni-üçüncü mərhələdir. Bu mərhələdə istehsalçı öz üstünlüyünü itirmiş, istehlakçı ilə qarşılıqlı dialoqa girmiş və nəticədə «bazar iqtisadiyyatı» formalaşmışdır. Hazırda inkişaf etmiş ölkələrdə bazar münasibətləri ən yüksək səviyyəyə çatmış-dır. Bu deyilənlərdən aydın olur ki, cəmiyyətin iqtisadi tarixi hələlik «istehsal», «iqtisadiyyat» və «bazar iqtisadiy-yatı» mərhələlərini əhatə edir.
Bazarın meydana gəlməsinin ikinci şərti istehsalçıla-rın iqtisadi cəhətdən əlahiddələşməsidir. Əmtəə mübadiləsi hökmən ekvivalentliyə əməl olunmasını nəzərdə tutur. Hər bir istehsalçı öz əmtəəsinə ekvi¬va¬lent olan başqa bir əmtəə əldə etməyə çalışır. Bu isə iqtisadi mənafelərin əlahid-dələşməsi əsasında mümkündür. Bu əlahidddələşmə tarixən xü¬su¬si mülkiyyətin bazasında meydana çıxmışdır. Sonralar isə o, hər hansı bir yerli mənafe dairəsi ilə məhdudlaşmaqla, həm də kollektiv mül¬kiy¬yətə (kooperativlər, səhmdar cəmiyyətləri, dövlət müəssisələri, dövlətin iştirakilə qarışıq müəssisələr və i. a.) əsaslanmağa başlamışdır.
Ölkələrin çoxunda icma iqtisadi münasibətlərinin təkamülü və klassik bazar sisteminin meydana gəlməsi torpaq üzərində xüsusi mül¬kiy¬yət ənənələri ilə əlaqədardır. Beləliklə, əmək bölgüsü və istehsalçıların iqtisadi cə-hətdən əla-hid¬dələşməsi – əmtəə istehsalının və deməli, bazar münasibətlərinin mey¬dana gəlməsinin obyektiv şərtləridir.