22. istehlak qiymətləri indeksi necə müəyyən edilir?

22. istehlak qiymətləri indeksi necə müəyyən edilir?

Istehlak qiymətləri indeksi necə müəyyən edilir? HOW THE CONSUMER PRICE INDEX IS CALCULATED
Əməyin statistikası Bürosu IQI və inflyasiya səviyyəsini müəyyən etmək üçün mümkün qədər daha çox əmtəə və xidmətlərin qiyməti barədə məlumatlardan istifadə edir. Bu göstəricinin necə müəyyən edildiyini aydın başa düşmək üçün sadə bir misaldan istifadə edək. Təsəvvür edək ki, istehlakçılar yalnız iki növ əmtəədən- dönər və qamburqerdən istifadə edirlər. 22.1-ci  cədvəldə əməyin statistikası Bürosunun IQI-ni və inflyasiya səviyyəsini müəyyən edərkən yerinə yetirdiyi işlərin ardıcıllığı göstəril­mişdir.
1. Istehlak səbətinə daxil olan əmtəələrin sayının müəyyən edilməsi. IQI-nin müəyyən edilməsi üçün ilk növbədə istehlakçılar tərəfindən daha çox istehlak olunan əmtəələr və onların həcmi müəyyən olunmalıdır. Əgər ortabab istehlakçı qamburqerə nisbətən daha çox dönər istehlak edirsə, bu mütənasiblik özünü istehlak səbətinin tərkibində də göstərir ki, bunu da əməyin statistikası Bürosu xüsusi tədqiqatlar vasitəsilə müəyyən edir. Belə nəzərə alaq ki, bizim misalda istehlak səbəti 4 dönər və 2 qamburqerdən ibarətdir.
2. Istehlak səbətinə daxil olan əmtəələrin qiymətinin müəyyən edilməsi. Növbəti addım müxtəlif dövrlər üçün hər əmtəənin qiymətinin müəyyən edilməsindən ibarətdir. Cədvəldə ayrı-ayrı illər üzrə dönərin və qamburqerin qiymətləri göstərilmişdir.
3. Istehlak səbətinin dəyərinin müəyyən edilməsi. IQI-nin hesab­lanmasının üçüncü mərhələsi istehlak səbətinin illik dəyərinin müəyyən edilməsidir. Diqqəti ona yetirmək lazımdır ki, illər üzrə istehlak səbətinə daxil olan əmtəələrin sayı sabit qalsa da (4 dönər və 2 qamburqer), onların qiyməti müşahidə olunan üç il ərzində müxtəlif olmuşdur.

4. Baza ilinin seçilməsi və IQI-nin müəyyən edilməsi. Sonrakı müqayisəni aparmaq üçün baza ilinin seçilməsi vacibdir. IQI müəyyən etmək üçün istehlak səbətinin dəyərini baza və sonrakı il üçün ayrı-ayrılıqda müəyyən edib 100-ə vurmaq lazımdır. Bizim misalda baza ili (2001-ci il) üçün istehlak səbətinin dəyəri 8 dollar, IQI 100 dollar təşkil edir. 2002-ci il üçün IQI -175 dollar, 2003-cü ildə isə 250 dollar təşkil edir ki, bu da tədqiq olunan illər üzrə müvafiq qiymət artımını göstərir. 
5. Inflyasiya tempinin müəyyən edilməsi. Axırıncı mərhələ müqayisə aparılan illər üzrə IQI-nin faiz ifadəsində dəyişməsini özündə əks etdirən inflyasiya tempinin müəyyən edilməsidir. Belə olan halda ardıcıl iki il üzrə inflyasiya tempi aşağıdakı kimi müəyyən edilir.

2-ci ildə IQI- 1-ci ildə IQI
Ikinci ildə inflyasiyanın tempi    = ------------------------------------ x100
1-ci ildə IQI
Bizim misalda IQI 2001-ci ildən 2002-ci ilə kimi 75%, 2002-ci ildən 2003-cü ilə kimi 43% artmışdır. Buna uyğun olaraq inflyasiyanın tempi 2002-ci ildə 75%, 2003-cü ildə isə 43% olmuşdur.
Biz real iqtisadiyyatın sona qədər sadələşdirilmiş modeli ilə tanış olduq (iki əmtəə növü üzrə). Həmin model əməyin statistikası Bürosunun istehlak qiymət­ləri indeksi və inflyasiya tempinin hesablanmasına yanaşmanı tam, dəqiqliklə əks etdirir.  Bu təşkilat hər ay minlərlə əmtəə və xidmətlərin qiyməti haqqında məlu­mat  toplayır  və  tədqiq  edir.  Sonra  isə  yuxarıda  göstərilən  metodikanı  tətbiq

 

Cədvəl 22.1.
Istehlak qiymətləri indeksi və inflyasiya tempinin
hesablanmasına dair misal


1-ci mərhələ. Istehlak səbətinin tərkibini müəyyən etmək məqsədilə istehlak bazarının tədqiqi

4 dönər və 2 qamburqer

2-ci mərhələ. Müşahidə aparılan illər üzrə hər bir məhsulun qiymətinin müəyyən edilməsi

Illər

Dönərin qiyməti, $

Qamburqerin qiyməti. $

2001

1

2

2002

2

3

2003

3

4

3-cü mərhələ. Istehlak səbətinin dəyərinin müəyyən edilməsi

Illər

Istehlak səbətinin dəyəri

2001

(bir dönərin qiyməti-1X4 )+ (1 qamburqerin qiyməti-2X2)=8

2002

(bir dönərin qiyməti-2X4 )+ (1 qamburqerin qiyməti-3X2)=14

2003

(bir dönərin qiyməti-3X4 )+ (1 qamburqerin qiyməti-4X2)=20

4-cü mərhələ. Baza ilinin seçilməsi, 2001-ci il və hər bir il üzrə IQI-nin hesablanması

Illər

Istehlak qiymətləri indeksi

2001

(8/8X100)= 100

2002

(14/8X100)= 175

2003

(20/8X100)= 250

5-ci mərhələ.    Inflyasiya tempinin müəyyən edilməsi

Illər

Inflyasiya səviyyəsi

2002

(175-100)/100X100%)=75%

2003

(250-175)/175X100%)=43%

etməklə orta amerikanlının istehlak səbətinin artım tempini hesablayır. Istehlak qiymətləri indeksi haqqında aylıq məlumatlar ABŞ-ın bütün kütləvi informasiya vasitələrində dərc edilir.
Ümumi IQI ilə bərabər bu təşkilat digər qiymət indekslərini də, məsələn, ABŞ-ın ayrı-ayrı regionları (Boston, Nyu-York, Los-Anceles) və ya ayrı-ayrı əmtəə və xidmət növləri  üzrə (ərzaq məhsulları, geyim, enerji daşıyıcıları) qiymət indekslərini də hesablayır. IQI-dən əlavə biznez-müəssisələr tərəfindən alınan əmtəə və xidmətlər dəstinin orta dəyərini əks etdirən istehsalçılar üçün qiymət indeksi də hesablanır. Nə qədər ki, Biznes-istehsalçılar tərəfindən alınan əmtəə və xidmətlər dəstinin dəyəri pərakəndə ticarət vasitəsilə reallaşan hazır məhsulun dəyərinə təsir edir, əldə olunmuş məlumatlar IQI-nin dinamikasının əvvəlcədən proqnozlaşdırılmasında istifadə oluna bilər.

Yaddaş guşəsi

Istehlak səbətinə nələr daxildir?
Əməyin statistikası Bürosu IQI-nin müəyyən edərkən yalnız alının əmtəə və xidmətlərin çeşidini deyil, onların alış tezliyini də nəzərə almağa çalışır. 22.1-ci şəkildə orta amerikalının ümumi istehlak xərclərində müxtəlif növ əmtəə və xid­mət­lərin xüsusi çəkisi göstərilmişdir. Istehlak büdcəsinin tərkibində mənzillə əla­qədar xərclər 40%-ə bərabərdir. Bura xərclərinə mənzil kirayəsi (30%), istilik və di­gər kommunal xidmətlərə xərclər (5%), avadanlıq alınması və cari təmir xərcləri (5%) daxildir. Ümumi xərclərin içərisində ərzaq və içki xərcləri 16% təşkil edir ki, bunun da 9%-i evdə istehlakın, 6%-i evdən kənar istehlakın, 1%-ə qədəri isə spirtli içkilərin payına düşür. Istehlak büdcəsinin təxminən bir o qədəri də, yəni 17%-i nəqliyyat xidməti xərclərinin ödənilməsinə yönəldilir. Bura şəxsi minik avtomobil­lərinin saxlanılmasına və ictimai nəqliyyat vasitələrindən istifadə haqqının ödənilməsi xərcləri daxildir. Daha sonra səhiyyə xərcləri- 6%, geyim xərcləri- 5%, təhsil xərcləri- 5%, istirahət və əyləncə xərcləri- 6% gəlir. Nəhayət, 5% isə digər əmtəə və xidmətlərin alınmasına yönəldilir. Bura əksəriyyət istehlakçılar üçün xarakterik  olmayan  xərclər  daxildir.  Məsələn, kitab və digər məktəbli ləvazi­matlarının alınmasına xərci göstərmək olar ki, bu orta istehlakçı üçün xərclərin 0,25%-nə bərabərdir. Halbuki bəzi ailələr üçün bu xərc istehlak büdcəsində əhəmiyyətli rol oynaya bilər.İstehlak səbətinə daxil olan əmtəə və xidmətlər

Top