Ticarətin olmadığı şəraitdə tarazlıq məsələsi THE EQUILIBRIUM WITHOUT TRADE
Fərz edək ki, Izolandiyada keçirilən seçkilər nəticəsində hakimiyyətə siyasi platforması dəyişikliklər vədi və ciddi ideyalarla fərqlənən yeni prezident gəldi. Onların reallaşdırılması üzrə ilk addım kimi bir qrup iqtisadçıya Izolandiyanın ticarət siyasətini qiymətləndirmək tapşırığı oldu. Özlərinin sevimli kitabında (əlbəttə, bu kitabda) tələb və təklif məsələlərini öyrəndikdən sonra Izolandiyanın bir qrup iqtisadçıları təhlilə başlayırlar. «Qaliblər» və «Uduzanlar»
Izolandiya bazarı digər ölkələrlə əlaqələrə (kontakta) malik deyildir. Hökumətin qərarına müvafiq olaraq, heç kəs polad idxal və ya ixrac etmək hüququna malik deyildir. Bu qaydanın pozulmasına görə cərimə həddi o qədər yüksəkdir ki, heç kəs bu qadağanı pozmağa cəhd göstərmir.
Beynəlxalq ticarətin olmadığı şəraitdə Izolandiyanın polad bazarı daxili alıcılar və satıcılardan təşkil olunmuşdur. Şəkil 9.1-də göstərildiyi kimi, bazar qiymətləri daxili istehsalçılar tərəfindən təklif edilən malların kəmiyyətini və yerli alıcıların tələblərini tarazlaşdıraraq, dəyişikliyə uğrayırlar. Biz görürük ki, bazarın tarazlığı və xarici ticarətin olmaması şəraitində satıcılar və alıcılar müəyyən əlavə qazanc əldə edirlər ki, onun da məbləği polad bazarında alıcılar və satıcılar tərəfindən əldə edilən ümumi qazancın həcmini müəyyən edir.
Prezident onlardan üç suala cavab verməyi xahiş etdi:
Dünya qiyməti və müqayisəli üstünlük THE WORLD PRICE AND COMPARATIVE ADVANTAGE
Bizim iqtisadçıların nəzərdən keçirdikləri birinci sual belədir. Izolandiya poladın ixracçısı və ya idxalçısı olacaqmı? Başqa sözlə, əgər azad ticarətə icazə verilsə, izolandiyalılar dünya bazarında polad alacaq və ya satacaqlarmı?
Bu suallara cavab vermək üçün iqtisadçılar Izolandiyada poladın cari qiymətlərini onun digər ölkələrdəki qiymətləri ilə müqayisə edirlər. Dünya bazarlarında daha geniş yayılmış qiymətləri biz dünya qiymətləri adlandırırıq. Əgər poladın dünya qiyməti onun daxili qiymətindən yüksək olarsa, ticarətə icazə verilən halda Izolandiya polad ixracçısına çevriləcəkdir.
Izolandiya istehsalçıları öz poladlarını digər ölkələrdə daha baha qiymətə salmağa yüksək həvəs göstərəcəklər. Əksinə, poladın dünya qiymətləri daxili qiymətlərdən aşağı olarsa, Izolandiya polad istehsal edəcəkdir. Xarici istehsalçılar daha sərfəli qiymət təklif etdiklərinə görə, Izolandiya istehlakçıları onu kənardan əldə edəcəklər.
Öz məzmununa görə dünya və daxili qiymətlərin müqayisəsi Izolandiyanın polad istehsalında müqayisəli üstünlüyə malik olub-olmamasını müəyyən etməyə imkan verir. Daxili qiymətlər polad istehsalı sahəsində alternativ xərcləri ifadə edirlər və Izolandiya əhalisinin bir vahid polad əldə etməkdən ötrü nələrdən imtina etməli olduğunu göstərirlər. Əgər daxili qiymətlər aşağı səviyyədədirsə, bu halda polad istehsalına çəkilən xərclər də aşağıdır və Izolandiya polad istehsalında digər ölkələrə nisbətən müqayisəli üstünlüyə malikdir. Əgər daxili qiymətlərin səviyyəsi yüksəkdirsə, polad istehsalına çəkilən xərclər də çoxdur, deməli, digər ölkələr müqayisəli üstünlüyə malikdirlər.
Ölkələrarası ticarət son nəticədə müqayisəli üstünlüklərdən istifadəyə əsaslanır (fəsil 3). Başqa sözlə, beynəlxalq ticarət sərfəlidir. Belə ki, o, hər bir ölkəyə digərlərinə nisbətən daha yaxşı bacardığı işlərdə ixtisaslaşmağa imkan verir. Dünya və daxili qiymətləri təhlil edərək, biz Izolandiyanın polad istehsal edən digər dünya ölkələri ilə müqayisədə yaxşı və ya pis vəziyyətdə olduğunu müəyyən etmək imkanı qazanırıq.
Azad ticarətin ölkə rifahına təsirini təhlil edərək iqtisadçılar fərz edirlər ki, Izolandiya digər ölkələrlə müqayisədə dünya bazarlarına əhəmiyyətli şəkildə təsir edə bilməyən kifayət qədər kiçik iqtisadiyyata malikdir.
Analoji vəziyyət özünü polad bazarı ilə əlaqədar göstərir, yəni, Izolandiyanın ticarət siyasətindəki dəyişiklik poladın dünya qiymətlərinə təsir etmək iqtidarında deyil. Izolandiya əhalisi dünya qiymətlərini olduğu kimi də qəbul edir. Onlar poladı dünya qiymətlərinə uyğun ixrac edə və yaxud poladı həmin qiymətə öz ölkələrinə idxal edə bilərlər.
Iqtisadiyyatın çox da böyük olmaması haqqında fərziyyə beynəlxalq ticarət nəticəsində yaranan faydanın və ya itkilərin təhlil edilməsi üçün heç də zəruri deyildir. Lakin Izolandiyanın iqtisadçıları bilirlər ki, belə bir fərziyyə tədqiqatı xeyli sadələşdirir. Onlar onu da bilirlər ki, iqtisadiyyat böyük olsa da, əsas şərtlər dəyişməz qalır.