8. Bazar subyektlərinə verginin təsiri

8. Bazar subyektlərinə verginin təsiri

Əmtəə ilə bağlı verginin tətbiqi nəticəsində əldə edilənlərin və itkilərin həcmini müəyyən etmək üçün iqtisadi rifah nəzəriyyəsi alətlərindən istifadə edək. Bunun üçün verginin istehlakçılara, satıcılara və hökumətə təsirini nəzərə almaq lazımdır. Bazarda alıcılar tərəfindən əldə ediləcək fayda - istehlakçı qazancı istehsalçıların məhsul üçün ödəməyə hazır olduğu qiymətdən onun həqiqi qiymətini çıxmaqla əldə edilən pul kəmiyyəti ilə müəyyən edilir. Satıcılar tərəfindən əldə edilən fayda isə - istehsalçıların qazancı mal göndərənlərin əldə etdiyi puldan xərcləri çıxdıqdan sonra əldə edilən pulun kəmiyyəti ilə müəyyən edilir.
Iqtisadi rifahı kifayət qədər dəqiq əks etdirən göstəriciləri biz 7-ci fəsildə müzakirə etmişdik.
Bəs bizi maraqlandıran 3-cü tərəf – hökumətlə bağlı vəziyyət necədir? Əgər T- verginin həcmi, Q isə – satılan məhsulun həcmidirsə, bu halda hökü­mət TxQ həcmində ümumi vergi gəlirlərini əldə edir. Hökumət bu pul vəsait­lə­rini yolların çəkilməsi, polisin saxlanması, təhsil sisteminə kömək edilməsi və ya ehtiyacı olanlara yardım göstərilməsi üçün istifadə edə bilər. Deməli, iqti­sa­di rifaha vergilərin təsirinin araşdırılması prosesində hökumətin əldə etdiyi fay­danın həcmini müəyyən etmək üçün biz vergi gəlirlərinin kəmiyyətindən isti­fadə edirik. Qeyd edək ki, son nəticədə faydanı hökumət deyil, əldə edilən re­sursların kimin mənafeyinə görə istifadə edildiyi iqtisadi subyektlər qazanırlar.
Şəkil 8.2-də hökumətin vergi gəlirləri tələb və təklif əyriləri arasında yerləşən düzbucaqlı şəklində əks olunmuşdur. Onun hündürlüyü verginin həcmini (T), eni isə satılan məhsulun kəmiyyətini (Q) ifadə edir. Düzbucaqlının həcmi onun hündürlüyünün eninə hasil olduğu üçün bizim fiqurun sahəsi (vergi daxilolmaları) T x Q kimi özünü göstərir.
Şəkil 8.2. TAX REVENUE
Verginin olmadığı şəraitdə rifah. Welfare without a Tax Verginin rifaha təsirini təhlil etmək üçün hələ hökümət tərəfindən pul yığımlarının müəyyən edilməsinə qədər onun səviyyəsini nəzərdən keçirək. Şəkil 8.3-də tələb və təklif qrafiki əks olunmuşdur, burada əsas göstəricilər A-dan F-ə qədər hərflərlə işarə olunmuşdur.
Satıcıların və istehlakçıların rifahına verginin təsiri

Verginin olmadığı şəraitdə məhsulun qiymətini və kəmiyyətini müəyyən edən nöqtə tələb və təklif əyrilərinin kəsişməsində yerləşir. Burada qiymət P1, məhsulun kəmiyyətini isə Q1 təşkil edir. Nəzərə alsaq ki, tələb əyrisi istehsalçının əmtəəyə görə pul ödəməyə hazır olduğunu ifadə edir, bu halda istehlakçıların qazancı tələb əyrisi və qiymət arasında yerləşən fiqurun sahəsinə bərabər olur, yəni A+B+C. Təklif əyrisi isə satıcıların xərclərini ifadə etdiyinə görə, istehsalçıların qazancı təklif əyrisi ilə qiymət arasında yerləşən fiqurun sahəsinə bərabərdir, yəni D+E+F. Bu halda, vergilər olmadığı üçün hökumətin pul gəlirləri sıfra bərabərdir.
Ümumi qazanc – istehlakçının və istehsalçının qazanclarının məbləği A+B+C+D+F+E sahəsinə bərabərdir, başqa sözlə, ümumi qazanc tarazlıq nöqtəsinə qədər tələb və təklif əyriləri arasında yerləşən fiqurun sahəsidir. (bax: fəsil 7 və cədvəl 8.1-in birinci sütunu).
Cədvəl 8.1.
Verginin təsiri ilə rifahın dəyişməsi

Verginin olmadığı halda

Vergi olan halda

Dəyişiklik

Istehlakçının artıq xərclədiyi pul

A+B+C

A

-(B+C)

Istehsalçının artıq xərclədiyi pul

D+E+F

F

-(D+F)

Vergi daxilolmaları

Yoxdur

B+D

+(D+D)

Ümumi  artıq xərclənmiş pul

A+B+C+D+E+F

A+B+D+F

-(C+E)


Vergi tutulan halda rifah. Vergi tətbiq edildikdən sonra istehl­ak­çıların və istehsalçıların rifahının dəyişməsini nəzərdən keçirək. Alıcıların məhsulu əldə etmək üçün məcburən ödədiyi qiymət P1-dən PB-yə qədər yüksəlir, deməli, istehlakçı qazancı A sahəsinə (tələb əyrisinin altında və alıcının ödədiyi qiymətin üstündə yerləşən fiqurun sahəsinə) qədər azalır. Satıcıların öz məhsulları üçün əldə etdikləri qiymət P1-dən RS-ə qədər azalır, ona görə də istehsalçıların mənfəəti bu halda yalnız F sahəsinə (tələb əyrisinin üstündə və satıcının əldə etdiyi qiymətin altında yerləşən sahəyə) bərabər olur. Satışın həcmi Q1-dən Q2-yə qədər azalır. Hökumətə isə B+D sahəsinin həcminə bərabər vergi daxil olur.
Vergi ilə bağlı ümumi artıq ödəmələri hesablamaq üçün biz alıcı qazancını, istehsalçı qazancını və vergi daxilolmalarını cəmləyirik.
Beləliklə, vergi ilə bağlı ümumi ödəmələrin artması A+B+C+D-yə bərabər olur. Göstərilən nəticə cədvəlin ikinci sütununda əks olunmuşdur.
Rifahın dəyişməsi. Gəlin istehsalçıların və istehlakçıların rifahını verginin olmadığı və onun tətbiq edilməsindən sonrakı halla müqayisə edək (bax: 8.1 – cədvəlin üçüncü sütunu) Vergi istehlakçıların qazancını B+C sahəsi qədər, istehsalçının qazancını isə D+E sahəsi qədər azaldır. Hökumətin vergi gəlirləri B+D sahəsini təşkil edir. Təsadüfi deyildir ki, vergilərin tətbiqi alıcıların və satıcıların həyat şəraitinə neqativ təsir göstərir, dövlətin gəlirləri isə artır.
Ümumi rifahın dəyişməsi özünə istehlakçıların qazancının dəyişməsini (mənfi cəhətdən), istehsalçıların qazancının dəyişməsini (mənfi cəhətdən) və vergi daxilolmalarının dəyişməsini (müsbət cəhətdən) cəm edir. Onları toplayaraq, biz bazarda ümumi qazancın C+E sahəsi qədər azaldığını görürük. Beləliklə, alıcıların və satıcıların itkiləri bütövlükdə hökumətin vergi daxilolmalırını üstələyir. Vergi tətbiq etməklə ümumi qazancın azalması geriqayıtmaz itkilər adlanır, onların həcmi isə C+E sahəsini müəyyən edir.
Vergilərin hansı səbəbdən geriqayıtmaz itkilərlə nəticələndiyini başa düşmək üçün ekonomiksin 10 prinsipindən birini (fəsil 1) yada salaq: insanlar stimullara reaksiya verir (uyğunlaşır). Biz inandıq ki, bazarlar adətən məhdud resursları səmərəli bölüşdürürlər. Başqa sözlə, tələb və təklifin tarazlığı alıcı və satıcıların ümumi qazanclarını artırır. Verginin tətbiqi istehlakçı üçün qiymət yüksəlməsi,  istehsalçı üçünsə qiymətin azalması olmaqla həm istehsalın, həm də istehlakın aşağı düşməsinə səbəb olur; deməli, bazarın həcmi onun optimal səviyyəsindən aşağı olur. Belə­liklə, vergilərin stimullara təsiri resursların allokasiyasının (bölüş­dürül­məsinin) səmərəsinin azalmasına gətirib çıxarır.

Top