7. Bazar tarazlığının qiymətləndirilməsi

7. Bazar tarazlığının qiymətləndirilməsi

7.7-ci şəkildə tələbat və təklifin bazar tarazlığı şəraitində istehlakçılar və istehsalçıların gəliri göstərilmişdir.
Bazar tarazlığı vaxtı islahatçılar və istehsalçıların gəliri
Xatırlayaq ki, istehlakçıların gəliri tarazlıq qiymətinin və tələb əyrisinin üstündə yerləşən fiqurun sahəsinə, istehsalçıların gəliri isə tarazlıq qiymətinin altında və təklif əyrisinin üstündə yerləşən fiqurun ümumi sahəsinə bərabərdir. Beləliklə, tələb və təklif əyriləri arasında olan və tarazlıq nöqtə­sinə  qədər yerləşən fiqurun ümumi sahəsi bazarın ümumi gəlirini göstərir.
Bazar tarazlığı şəraitində ehtiyatların paylaşdırılması nə dərəcədə effek­tivdir? Ümumi gəlir öz maksimal qiymətinə çatırmı? Bu suallara cavab vermək üçün xatırlayın ki, bazar tarazlıq vəziyyətində olanda bazar qiymətini bazar fəaliyyətində iştirak edən satıcı və alıcılar təyin edir. Malı bazar qiymətindən yüksək qiymətləndirən alıcılar onu əldə edirlər (tələbat əyrisində AE kəsiyi ilə təqdim olunur); onun qiymətindən az qiymət verən fərdlər (EB kəsiyi) onun əldə edilməsindən imtina edirlər. Eyni ilə xərcləri malın qiymətindən az olan təchizedənlər (CE kəsiyi) malı istehsal edir və satırlar; xərcləri bazar qiymə­tin­dən çox olan fermerlər (ED kəsiyi) onun istehsalı ilə məşğul olmaq istəmirlər.
Bu müşahidələr bizə aşağıdakı nəticələri çıxarmağa imkan verir:
1) Sərbəst bazarlar təklif olunan malları onları potensial istehlakçılarla müqa­yisədə daha yüksək qiymətləndirən (bu, onların pulvermə hazırlığı ilə təyin edilir) alıcılar arasında paylaşdırırlar.
2) Sərbəst bazarlar az xərclərlə malları istehsal edən təchizedənlərin mal­larına tələbat göstərirlər.
Beləliklə, istehsal və realizə olunmuş malların bazar tarazlığı şəraitlərində plan­laşdırıcı alıcıların istehlakı, yaxud təchizedənlərin istehsalının alloka­siya­sı­nı (paylaşdırılmasını) dəyişdirərək, iqtisadi rifahı artırmaq imkanına malik deyil.
Təklif edilən malın miqdarının artırılması, yaxud azaldılmasının köməyi ilə alicənab planlaşdırıcının ümumi rifahın artırılmasına imkanı varmı? cavab – «xeyr» (yox).
3. Sərbəst bazarlar yalnız istehlakçıların və istehsalçıların ümumi gəlirini maksimallaşdıran malların miqdarını istehsal edirlər.
Bu mövqenin düzgünlüyünü əmin olmaq üçün 7.8 şəklində müşahidə edək. Yada salın ki, tələb əyrisi alıcı üçün malın dəyərini, təklif əyrisi isə satı­cıların xərclərini əks etdirir. Istehsalın həcmi tarazlıq səviyyəsindən aşağı olan­da, alıcılar üçün malın dəyəri istehsalçıların xərclərinə üstün gəlir. Bu sa­hə­də istehsal həcminin artması ümumi gəliri o vaxtadək artırır ki, istehsal edilmiş malların miqdarı tarazlıq səviyyəsinə çatır. Istehsalın həcmi tarazlıq səviy­yə­sindən yüksək olanda, alıcılar üçün malın dəyəri satıcıların xərclərindən azdır.
Beləliklə, istehsal edilən malların miqdarı taraz miqdarından çoxdursa, ümumi gəlir azalır.
Şəkil 7.8. Tarazlıq kəmiyyətinin səmərəliliyi
Bazar fəaliyyəti haqqında bizim nəticələrimiz sübut edir ki, tələb və tək­lifin tarazlığı istehlakçı və istehlakçıların gəlirlərinin məbləğini maksimal­laş­dı­rır. Başqa sözlə desək, ehtiyatların effektiv allokasiyası bazar tarazlığın nəti­cəsidir. Alicənab planlaşdırıcının məqsədi çox sadədir: o, sərbəst rəqabətli ba­za­rın fəaliyyətinin nəticələrini necə varsa, elə də qəbul edir. Qarışmamaq siya­səti — fransız ifadəsi «laisser faire» (onlara etməyə icazə verin) yaxşı təyin edilir.
Indi  biz Adam Smit tərəfindən qeyd edilən bazarın «görünməz əl»inin mənasını daha yaxşı qiymətləndirə bilərik. Alicənab planlaşdırıcıya bazarın işinin nəticələrini dəyişmək lazım olmur, çünki «görünməz əl» alıcılar və satıcıların səylərini iqtisadiyyat ehtiyatlarının elə bir paylaşdırmasına yönəldir ki, nəticədə müştərək gəlir maksimallaşır. Alınmış nəticə hərtərəfli izah edir ki, iqtisadçılar niyə çox vaxt sərbəst bazarı iqtisadi fəaliyyətin təşkil edilməsinin ən yaxşı üsulu hesab edirlər.
Nəticə: bazar effektivliyi və bazarın natamamlığı (CONCLUSION: MARKET EFFICIENCY AND MARKET FAILURE)
Bu fəsildə biz rifah iqtisadiyyatının əsas alətləri olan istehlakçı və istehsalçıların gəlirini müzakirə edərək onu sərbəst bazarın effektivliyinin qiymətləndirilməsi üçün istifadə etmişik. Biz göstərmişik ki, tələbat və təklif qüvvələri məhdudlaşdırılmış ehtiyatları effektiv paylaşdırır. Bazarda hər bir alıcı və satıcının məhz öz rifahı haqqında düşünməyinə bax­ma­yaraq, bazarı tarazlığa aparan «görünməz əl» onların ümumi xeyrini maksimallaşdırır.
Xəbərdarlığın vaxtı çatmışdır. Biz bazarın effektivliyini təhlil edərək,  on­ların fəaliyyəti haqqında bir neçə fərziyyə irəli sürmüşük. Əgər bu fərzetmələr öz qüvvələrini itirərsə, bazar tarazlığının effektivliyi haqqında bizim nəticəmiz şübhə altında qala bilər. Indi də iki ən vacib fərziyyələri müzakirə edək:
Birinci, biz təkmil rəqabət şəraitlərində olan bazarların fəaliyyətini təhlil etmişik.
Real dünyada isə rəqabət bəzən  idealdan çox uzaq olur. Bəzi bazar­larda bir alıcı yaxud satıcının (yaxud kiçik qrupun) bazar qiymətlərinə nəzarət etməyə imkanı var. Qiymətlərə təsirin bu imkanı bazar üzərində hakimiyyət adlanır. Onun reallaşması bazarların effektivliyini azalda bilər, çünki tələb və təklifin tarazlığından uzaq olan səviyyədə təchizedənlərə malın qiymətini və təklif həcmini saxlamağa imkan verir.
Ikinci, biz fərz edirik ki, bazar fəaliyyətinin nəticəsi yalnız alıcı və satıcılardan asılıdır. Əslində isə onların həlli bəzi hallarda müzakirəyə qoyulmuş bazara heç bir aidiyyəti olmayan subyektlərə təsir edir. Bazarın xaricində olan subyektlərə onun fəaliyyətinin nəticələrinin təsirinin klassik misalı – ətraf mühitin çirklənməsidir. Xarici, yaxud eksternaliyalar adlanan bu effektlər bazar subyektlərinin rifahının yalnız alıcılar üçün malın dəyərindən və istehsalçıların xərclərindən yox, həm də digər amillərdən asılılığına gətirib çıxarır. Bir halda ki, alıcılar və təchizedənlər istehlak və istehsal haqqında qərar qəbul edərkən xarici effektləri nəzərə almırlar, deməli, cəmiyyətin nöqteyi-nəzərindən bazarda olan tarazlıq qeyri-effektiv ola bilər.
Bazar üzərində hakimiyyət və xarici effektlər bazarın natamamlığı adla­nan ümumi fenomenin misallarıdır ki, burada bəzi tənzim edilməyən bazar­ların ehtiyatlarının effektiv allokasiyaya qabiliyyətsizliyi başa düşülür. Bazarın iflası vaxtı iqtisadi effektivliyin artması müəyyən sosial siyasətin aparılması vasitəsilə  mümkündür. Mikroiqtisadiyyat üzrə mütəxəssislər öz əsas səylərini bazarların natamamlıq səbəblərinin öyrə­nil­məsinə və onların fəaliyyətinin düzəldilməsinin optimal siyasətinin işləməsinə yönəldirlər. Iqtisadi nəzə­riy­yəni öyrənərkən, siz görəcəksiniz ki, rifah iqtisadiyyatının alətləri bunun üçün çox gözəl uyğunlaşdırılmışdır.
Bazarın iflasının mümkünlüyünə baxmayaraq, onun «görünməyən əl»inin fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu fəsildə bizim tərəfimizdən irəli sürül­müş fərziyyələr bazarların çoxunun şəraitlərinə yaxşı uyğunlaşır və bazarın effektivliyi haqqında bizim  nəticəmiz heç də şübhə yaratmır. Bundan başqa biz, cəmiyyətin rifahı və bazar effektivliyinin nəzə­riyyəsindən istifadə edərək, iqtisadiyyata hökümət siyasətinin təsirini təhlil edəcəyik. Sonrakı iki fəsildə biz ondan iqtisadi siyasətin iki vacib məsələsi olan vergilər və beynəlxalq ticarətin cəmiyyətin rifahına təsirinin müza­kirəsində istifadə edəcəyik.
Yaddaş guşəsi
Bazarın «görünməz əl»i
Əvvəldən çoxlarına elə gəlir ki, bazarın effektivliyi çox şübhəli fikirdir. Konkret olaraq isə ümumi iqtisadi rifahda bir növ heç kim maraqlı deyil. Sərbəst bazarlarda hər şeydən əvvəl öz əmin-amanlığının qayğısına qalan alıcılar çoxdur. Lakin məsələlərin demərkəzləşmə edilmiş qəbul edilərək və onları qəbul edən insanların şəxsi maraqlarına baxmayaraq, nəticədə, effektivli bazar müşahidə edirik.
Sərbəst bazarların təbiətini məşhur iqtisadçı Adam Smit çox yaxşı dərk etmişdir. 1776-cı ildə o, «Xalqların sərvətinin təbiət və səbəblərinin tədqiqi» adlı klassik kitabda yazmışdır:
Insan həmişə belə vəziyyətə düşür ki, yoldaşlarına onun köməyi lazım olur, lakin nahaq yerə gözləmək lazım deyil ki, o, yalnız əliaçıqlığından kömək edəcək. Əgər o, onların özünəvurğuluğunu öz maraqları naminə istifadə etmək üçün imkan əldə etsə, ehtiyacı olanlara daha tez kömək edər və onlara göstərər ki, onun tələblərini yerinə yetirilməsi məhz onların xeyirləri üçündür. Bu və digər əksər hallarda onun hərəkətlərini «görünməz əl» idarə edir, nəticədə onun niyyətlərinə daxil olmayan hal alınır. Cəmiyyətin hissəsi olmayan hər bir şey onun üçün neqativ ola bilər. Öz maraqlarını güdən  insan çox vaxt cəmiyyətin maraqlarını daha effektiv qoruyur.
A.Smit deyir ki, iqtisadi prosesin iştirakçıları öz maraqlarını sübut kimi göstərirlər və bazarın «görünməz əli» onların maraqlarını ümumi iqtisadi tərəqqiyə yönəldir.
A.Smitin dedikləri öz aktuallığını itirməmişdir. Bizim təhlilimiz A.Smitin fikirlərini daha dəqiq ifadə etməyə imkan verir, çünki onun təbirincə, tələb və təklifin tarazlığı islahatçıların və istehsalçıların birgə gəlirlərinin maksimal­laşmasına gətirib çıxarır.
Top