7. istehsalçı gəlirinin təyini üçün təklif əyrisinin istifadə edilməsi

7. istehsalçı gəlirinin təyini üçün təklif əyrisinin istifadə edilməsi

Istehlak gəliri tələb əyrisi, istehsalçı gəliri isə təklif əyrisi ilə sıx bağlıdır. Buna əmin olmaq üçün öz misalımızın müzakirəsini davam etdirək.
Ilk əvvəl biz dörd rəngsazın xərcləri haqqında  məlumatlardan is­ti­fadə edərək,  evin rənglənməsi  üçün xidmətlərin təklif cədvəlini tərtib edək. cədvəl 7.4 cədvəl 7.3-də verilən xərclər haqqında məlumatların əsasında qu­rulmuş, təklif cədvəli təqdim edilmişdir.

Cədvəl 7.4.
Cədvəl 7.3-dən dörd satıcı üçün təklif cədvəli


Qiymət, $

Satıcılar

Təklifin həcmi

900 və daha çox

Meri, Frida, Corciya, Qrendma

4

800-dən 900-dək

Frida, Corciya, Qrendma

3

600-dən 800-dək

Corciya, Qrendma

2

500-dən 600-dək

Qrendma

1

500-dən az

Heç kim

0

Qiymət 500$-dan aşağı olanda rəngsazlardan heç kim işə başlamaq istə­mir, nəticədə təklif həcmi 0-a bərabər olur. Qiymət 500$ və 600$ arasında olanda yalnız Qrendma işləmək istəyir, buna görə də təklif həcmi 1-ə bəra­bərdir. Qiymət 600$ və 800$ arasında olanda, işi yerinə yetirmək istəklərini Qrendma və Corciya ifadə edirlər, deməli, təklif həcmi 2-ə bərabərdir və s. Beləliklə, təklif haqqında məlumatlar dörd rəngsazın xərcləri əsasında tərtib edilir.
Şəkil  7.4. Təklif əyrisi

Şəkil 7.4-də təklif cədvəlinin məlumatlarına əsasən tərtib edilmiş təklif əyrisi təqdim edilmişdir. Qeyd edək ki, təklif əyrisinin hündürlüyü satıcıların xərcləri ilə bağlıdır. Hər bir miqdarda təklif əyrisində olan qiymət son həddinə çatdırılmış satıcının və qiymətin sonrakı azalması halında bazarı birinci tərk edən təchizedənin xərclərini göstərir. Evlərin miqdarı dörd olanda, məsələn, təklif əyrisinin həddi 900$-dır. Bu rəngləmə üçün öz xidmətlərini təklif edən Malinin (son həddinə çatdırılmış) xərcləridir. Evlərin miqdarı 3 olanda, təklif əyrisinin həddi 800$-dır – Fridanın (indi o, son həddə çatdırılmış satıcıdır) xərcləridir.
Təkliflər əyrisi satıcının xərclərini əks edirdiyindən, istehsalçı gəlirinin təyini üçün ondan istifadə edə bilərik. Istehsalçı gəlirini hesablamaq üçün şək.7.5.-də təqdim olunmuş təklif əyrisindən istifadə edilir.
Təklif əyrisinin köməyi ilə istehsalçılar gəlirinin təyini

Qrafikdə (a) güman edilən xidmətlərin qiyməti 600$-dır. Bu halda təklifin həcmi 1-ə bərabər olur. Qeyd edək ki, qiymətin altında və təklif əyrisinin üstündə yerləşən fiqurun sahəsi 100$-a bərabərdir və Qrendma üçün əvvəlcədən hesabladığımız istehsalçı gəlirinə eyni ilə uyğun gəlir.
Qiymət 800$ olanda istehsalçının gəlirini şək.7.5-də təqdim olunmuş qra­fik (b) göstərir. Bu halda, qiymətin altında və təklif əyrisinin üstündə yerləşən fiqurun sahəsi üçbucağın ümumi sahəsinə bərabərdir (500$), yəni Qrendma və Corciya üçün əvvəlcədən hesablanmış istehsalçı gəlirinə bərabərdir.
Bizim misaldan çıxarılan nəticələr bütün təklif əyrilərinə aiddir:  qiymətin altında və təklif əyrisi üstündə yerləşən fiqurun sahəsi bazarda istehsalçı gəlirini təyin edir. Məntiq aydındır: təklif əyrisinin həddini satıcıların xərclərini təyin edir, qiymət və istehsal xərcləri arasında olan fərq hər bir təchizedən üçün istehsalçının gəlirini təşkil edir.

Daha yüksək qiymət və istehsalçıların gəliri HOW A HIGHER PRICE RAISES PRODUCER SURPLUS
Eşidəndə ki, satıcılar həmişə təklif edilən əmtəəyə daha yüksək qiymət almaq istəyirlər, yəqin ki, təəccüblənməzsiniz. Lakin qiymətin artması satıcıların rifahını nə dərəcədə artırır? Istehsalçılar gəlirinin konsepsiyası verilən suala dəqiq cavab təklif edir.
Şək.7.6-də təklifin adi artan əyrisi göstərilmişdir. Əvvəlki şəkildə verilən təklifin pilləli əyrisindən formaca fərqlənməsinə baxmayaraq, istehsalçı gəlirini eyni üsulla təyin edirik: istehsalçıların gəliri qiymətin altında və təklif əyrisinin üstündə yerləşən fiqurun sahəsinə bərabərdir.
istehsalçıların gəlirlərinə qiymətlərin təsiri

Qrafikdə (a) qiymət P1-dir, istehsalçıların gəliri isə ABC ücbucağının sahəsinə bərabərdir.
Qrafik (b) qiymət P1-dən P2-dək artanda nə baş verdiyini göstərir: isteh­salçıların gəliri indi ADF üçbucağının sahəsinə bərabər olur. Istehsalçıların gə­lirinin artması iki hissədən ibarətdir. Birinci, daha aşağı P1 qiymətə malın müəyyən Q miqdarını satan təchizedənlər böyük məbləğ əldə edirlər, onların rifahı artır. Mövcud olan satıcılar üçün istehsalçılar gəlirinin artması BCED düz­bucağının sahəsinə bərabərdir. Ikinci, bazarda daha yüksək qiymətə əmtəəni istehsal etmək istəyən yeni təchizedənlər gəlir, nəticədə təklifin həcmi Q1-dən Q2-dək artır. Yeni satıcılar üçün istehsalçılar gəliri CEF üçbucağının sahəsinə bərabərdir.
Təchizedənlərin rifahının təyini üçün istehsalçıların gəlir konse­psiyasının is­tifadə edilməsi alıcılar rifahının təyini üçün istehlakçıların gəlir konsep­si­ya­sı­nın istifadəsi ilə eynidir. Iqtisadi rifahın bu iki göstəricisi oxşardır, təbii ki, onları birgə istifadə etmək lazımdır. Aşağıda biz məhz bununla məşğul olacağıq.

Bazar effektivliyi
Istehlakçı və istehlakçı gəliri bazarda alıcılar və satıcılar rifahının öyrənil­məsinin əsas alətidir. Həmin alət bizə aşağıdakı suala cavab verməyə kömək edir: sərbəst rəqib bazarlar tərəfindən ehtiyatların paylaşdırılması cəmiyyətin istəklərinə cavab verirmi?

Alicənab planlaşdırıcı THE BENEVOLENT SOCIAL PLANNER
Bazar fəaliyyəti nəticələrinin qiymətləndirilməsi üçün biz öz təhlilimizdə yeni ehtimal olunan qəhrəmandan istifadə edirik, bu qəhrəmanı «alicənab plan­laşdırıcı» adlandıraq. Alicənab planlaşdırıcı hər şeyi bilən, qüdrətli, xoş­niy­yətli hökmdardır. Onun əsas istəyi cəmiyyətin hər bir üzvünün iqtisadi rifa­hının maksimallaşmasıdır. Siz necə fikirləşirsiniz, planlaşdırıcı nə etməlidir?
Satıcı və alıcıları bazar dəyişmələrinin ixtiyarına «buraxmalıdır», onlara təbii yolla bazar tarazlığı vəziyyətində hərəkət etməyə ixtiyar verməlidir? Yaxud, bazar fəaliyyəti nəticələrinə müəyyən yolla təsir edərək, iqtisadi rifahı artırmaq imkanı var?
Bu suallara cavab vermək üçün planlaşdırıcı cəmiyyətin iqtisadi rifahının səviyyəsinin hesablama yolunu həll etməlidir. Mümkün olan göstəricilərdən biri ümumi gəlir adlanan istehlakçı və istehsalçıların dəyər­lə­rinin məcmusudur. Istehlakçıların gəliri bazar fəaliyyətində alıcılardan əldə edilən xeyirdir, istehsalçıların gəliri isə malları və xidmətləri təchi­ze­dən­lər tərəfindən alınan xeyirdir. Deməli, cəmiyyətin iqtisadi rifahının gös­tə­ricisi kimi ümumi gəlirin istifadəsi təbii işdir.
Indi xatırlayaq ki, istehlakçı və istehsalçıların gəlirlərini hansı yolla təyin edirik:

Istehlakçı gəliri = alıcılar üçün malın dəyəri – istehlakçılara verilən pul məbləği

Eyni ilə biz istehsalçılar gəlirini təyin edirik:
Istehsalçıların gəliri = Satıcılardan alınmış pul məbləği – Təchizedənlərin xərcləri
Istehlakçılar və istehsalçıların gəlirlərini toplasaq bu nəticəni alırıq:
Ümumi gəlir = Alıcılar üçün malın dəyəri – istehlakçılarla verilən məbləğ + Satıcıdan alınmış məbləğ – Təchizedənlərin xərcləri
Alıcılar tərəfindən verilən məbləğ satıcılar tərəfindən alınmış məbləğə bərabərdir, buna görə onları ixtisar etmək olar. Nəticədə, ümumi gəliri aşağıdakı kimi ifadə etmək olar:
Ümumi gəlir = Alıcılar üçün malın dəyəri

 

Satıcıların xərcləri:
Bazarda olan ümumi gəlir – bu, alıcılar üçün malın ümumi dəyəridir, onların pulvermə hazırlığı kimi təyin edilmişdir, (buradan həmin malları təqdim edən təchizedənlərin xərclərin çıxması ilə).
Əgər ehtiyatların paylaşdırılması ümumi gəliri maksimallaşdırılarsa, bizcə bu paylaşdırılma effektivdir. Ticarət nəticəsində əldə edilən müəyyən xeyir itirsə, bu halda paylaşdırılma qeyri-effektivdir. Istehsalın yüksək xərcləri olan firmalardan xərcləri aşağı olan kompaniyalara keçməsi zamanı, təchize­dən­lərin ümumi xərcləri azalır, ümumi gəlir isə artır. Əgər digər istehlakçılar kimi, malı yüksək qiymətləndirməyən alıcılar onu əldə edirlərsə, eyni ilə paylaşdırı­lma yenə də qeyri-effektiv olur. Bu halda malı aşağı səviyyədə qiymətlən­dirilmək aşağı səviyyəsi olan alıcılarda olan təklifin qiymətləndirmənin səviy­yəsi yüksək olan istehlakçılara hərəkəti ümumi gəlirin artmasına səbəb olur.
Planlaşdırıcı effektivlikdən başqa, bərabərliyin də qayğısına qalmalıdır, yə­ni müxtəlif alıcılar və satıcılar arasında nemətlər ədalətli pay­laşdırılmalıdır. Əslində, bazar ticarətinin xeyirləri bir növ «piroq»dur, onu bazar subyektləri arasında bölmək lazımdır. Effektivlik məsələsi piroqun ölçülərində, bərabərlik məsələsi isə onun hissələrinin ədalətli pay­laşdırılmasındadır. Bazar fəaliyyə­tinin nəticələrinin qiymətləndirilməsi ef­fek­tivliyin qiymətləndiril­məsindən daha mürəkkəbdir. Halbuki effektivlik obyektiv məqsəddir, bərabərlik dərəcəsi iqtisadiyyat hü­dud­larından çıxan və politologiyanın səriştəsi olan normativ mülahizələr əsasında qiy­mətləndirilir.
Bu fəsildə biz effektivliyi planlaşdırıcının məqsədi kimi qiymət­lən­diririk. Yad­da saxlamaq lazımdır ki, real siyasətçiləri çox vaxt bərabərlik düşündürür. Yəni onlar həm iqtisadi piroqun ölçüsünə, həm də, hansı «hissələrə» bölün­mə­si­­nə, həm də onun cəmiyyətin üzvləri arasında necə paylanmasına fikir verirlər.

Top