Şəkil 6.1-də verilən (b) qrafiki isə daha maraqlı variantı göstərir.Bu halda, dövlət 1 pay dondurma üçün yuxarı hədd qiyməti 2$ təyin edir.Tarazlaşdırıcı qiymət –(3$) dövlətin təyin etdiyi qiymətdən yuxarı olduğu üçün bazarı məhdudlaşdıran qiymət adlanır. Tələb və təklif qüvvələri qiyməti tarazlığa doğru aparır, lakin bazar qiyməti ona mane olan “ən yuxarı hədd qiymət” ilə toqquşur və onun artmasının qarşısını almaq üçün maksimal qiymət təyin olunur. Bu qiymətdə dondurmaya olan tələb (125 stəkan) təklifdən (75 stəkan) artıq olur. Dondurma qıtlığı yaranır, deməli, dondurma almaq istəyən bəzi istehlakçılar mövcud qiymətlə bunu edə bilirlər.
Belə ki, qiymətin yuxarı həddinin müəyyən edilməsi qıtlığın yaranmasına səbəb olur, dondurmanın təbii rasional paylanma mexanizmi uzun növbələr yaradır. Tez gəlib növbədə gözləmək imkanına malik olan alıcılar arzuolunan payı ala biləcəklər, vaxtını itirmək arzusunda və iqtidarında olmayanlar isə heç nə əldə edə bilməyəcəklər. Satıcılar dondurmanı öz istəklərinə görə paylaşdırırlar: onu dost və qohumlara və ya eyni irqə və millətə mənsub olan alıcılara satırlar. Qeyd etmək lazımdır ki, dövlətin yuxarı hədd qiymətinitəyin etməsi alıcılara kömək etmək məqsədilə edilsə də, heç də bütün alıcılar bunun xeyrini görmürlər. Onlardan bəziləri dondurmanı növbələrdə durmaqla ucuz qiymətə alır, digərləri isə ümumiyyətlə, arzuolunan məhsulu ala bilmirlər.
Beləliklə, biz belə bir nəticəyə gəlirik ki, hökümət rəqabətli bazarda məhdudlaşdırıcı yuxarı hədd qiyməti təyin edirsə, bunun nəticəsində əmtəə qıtlığı yaranır, təchizatçılar məhdud miqdarda olan malı çoxlu sayda olan potensial alıcılar arasında rasional paylaşdırmağa məcbur olurlar. Normal şəraitdə maksimal qiymət zamanı yaranan rasionallaşdırma mexanizmi arzuolunmazdır. Uzun növbələr səmərəli deyildir, çünki alıcılar növbədə vaxt itirirlər. Satıcıların istəyinə görə malların paylanması zamanı yaranan diskriminasiya, ortaya çıxan ayrı-seçkilik qeyri-səmərəli və ədalətsizdir (ona görə ki, alıcılar çox zaman arzu etdikləri məhsulu ala bilmirlər). Əksinə, sərbəst rəqabət qabiliyyətli bazarlarda bölgü mexanizmi səmərəlidir, lakin ayrı-ayrı şəxslərin təsirinə məruz qalırlar. Dondurma bazarı tarazlaşdıqda, dondurma üçün bazar qiymətini ödəmək istəyən hər bir kəs problemsiz öz payını alır. Azad bazar malı qiymətin köməyilə paylaşdırır.
Praktikum
Benzindoldurma məntəqələrində növbələr
Əvvəlki fəsildə biz neft ixrac edən ölkələrin (OPEK) 1973-cü ildə dünya bazarında xam neftin qiymətini necə qaldırmasını təhlil etdik. Belə ki, xam neft benzin emalında əsas xammal olduğundan, yüksək qiymət sonuncuya (benzinə) olan tələbatın azalmasına gətirib çıxartdı. ABŞ-ın benzindoldurma məntəqələrində uzun növbələr yarandı, sürücülər 10 litr yanacaq əldə etmək üçün saatlarla gözləməli oldular.
Benzin növbələri niyə yarandı? Istehlakçıların çoxu OPEK-i günahlandırdılar. Bəli, əgər neft ixrac edənlər məhsulun qiymətini qaldırmasaydılar, benzin qıtlığı yaranmazdı. Lakin iqtisadçılar Amerika hökümətini də günahlandırırdılar, çünki o, neft şirkətlərının benzin üçün təyin etdikləri qiymətə hədd/məhdudiyyət/ qoydu.
Şəkil 6.2-yə baxaq. (a) qrafikindən görünür ki, OPEK xam neftin qiymətini qaldırmamışdan əvvəl benzinin tarazlı qiyməti P1 qiymətin yuxarı həddindən aşağı idi. Beləliklə, qiymətin tənzimlənməsı bazarın vəziyyətinə təsir etmədi. Neftin qiymətinin qalxmasından sonra vəziyyət dəyişdi. Xam neftin qiymətinin qalxması benzinin istehsal xərclərinin artmasına və ona təklifin azalmasına gətirib çıxardı. (b) qrafikindən göründüyü kimi, təklifi göstərən əyri sola S1 vəziyyətindən S2 vəziyyətinə dəyişib. Idarə olunmayan bazarda təklifin dəyişməsi taraz P1 qiymətini P2-yə artırardı, bazarda da tarazlıq olardı. Lakin təyin olunan ən yüksək qiymət benzinin qiymətinin tarazlaşmasına yol vermədi. Ən yüksək qiymətdə istehsalçılar Qs-i təklif edirdilər, ancaq istehlakçılar benzini Qd-yə əldə etmək istərdilər. Beləliklə, qiymətlərin tənzimlənməsi şəraitində təklifin əyrisinin dəyişməsi kəskin yanacaq qıtlığına səbəb oldu.
(a) Benzinin əlaqəsiz yuxarı hədd qiyməti
Nəticədə, benzinin qiymətinin tənzimlənməsi ləğv olundu. Qanunvericilər anladılar ki, amerikalıların benzindoldurma məntəqələrində saatlarla növbədə dayanmalarına görə şəxsi məsuliyyət daşıyırlar. Əgər bu gün xam neftin qiyməti dəyişərsə, tələb və təklifin tarazlaşmasına uyğun olaraq, benzinin qiyməti dəyişəcəkdir.
Praktikum Müxtəlif mövsümlərdə renta üzərində nəzarət
Qiymətin yüksək həddinin təyin olunmasında ən çox yayılmış nümunə renta üzərində nəzarətdir. Bir çox Amerika şəhərlərində yerli inzibati orqanlar ev sahiblərin kirayənişinlərdən almasına hüquq verən rentanın ən yüksək həddini təyin edirlər. Belə siyasətin məqsədi əhalinin kasıb təbəqəsinə kömək edərək, onu mənzil ilə təmin etməkdir. Iqtisadçılar renta üzərində nəzarəti tənqid edərək təsdiq edirlər ki, bu, sosial yardımın ən səmərəsiz metodlarından biridir. Tədqiqatçıların birinin söylədiyi kimi, renta üzərində nəzarət bombardmandan sonra şəhərin dağıdılmasının ən effektiv üsuludur.
Renta üzərində nəzarətin nəticəsi əhali üçün çox da aydın deyil. Belə ki, o "uzun müddəti əhatə edir". Qısamüddətli dövrdə ev sahibləri qazanc əldə etmək üçün, müəyyən sayda mənzillərini kirayəyə verirlər. Bazar şəraiti dəyişdikdə. onlar tez bir zamanda təklifi artırmaq və ya azaltmaq imkanına malik deyillər.Bundan başqa, qısa müddətli dövrün arenda haqqının dəyişməsi zamanı şəhərdə mənzilə ehtiyacı olan insanların sayı yəqin ki, sabit olacaq. Belə ki, kirayənişinlərə müqavilələrdə düzəlişlər etmək üçün vaxt lazım olacaq. Beləliklə, mənzilə olan qısamüddətli tələb və təklif nisbətən qeyri-elastikdir.
Şəkil 6.3-dəki qrafikdə mənzil bazarında renta üzərində nəzarətin qısamüddətli təsiri göstərilir. Hər hansı bir yüksək qiymət həddi təyin olunduqda, renta üzərində nəzarət defisitin yaranmasına səbəb olur. Qısamüddətli dövrdə tələb və təklif elastik olmadığına görə, ilk dövrlərdəki rentanın nəzarət olunması ilə yaranan çatışmazlıq cuzidir. Qısamüddətli dövrdə renta üzərində nəzarətin əsas nəticəsi - daşınmaz əmlak sahiblərinin gəlirinin azalmasıdır.
Lakin uzunmüddətli dövrdə vəziyyət dəyişir. Belə ki, zaman keçdikcə alıcıların və satıcıların reaksiyaları daha qabarıq şəkildə ifadə olunur. Təklifə görə sahibkarlar gəlirin azalmasına cavab olaraq, yeni mənzillərin tikintisinə qoyulan investisiyaları azaldırlar, mövcud mənzillərin də vəziyyəti müəyyən müddətdən sonra pisləşir. Tələbə görə ödənişlərin azalması insanlarda özlərinə mənzil axtarmağa həvəs yaradır (onlar valideynləri ilə yaşamaq, mənzili yoldaşları ilə bölüşdürmək istəmirlər) və köçkünlərin axınını stimullaşdırırlar. Buradan belə aydın olur ki, uzunmüddətli dövrdə mənzilə olan tələb və təklif daha elastikdir.
Uzunmüddətli dövrdə mənzil bazarında vəziyyətin qrafiki (b) şəkil 6.3-də göstərilib. Renta üzərində nəzarət onun ölçüsünü tarazlaşdırıcı qiymətdən də aşağı salır, təklif olunan mənzillərə olan təklif əhəmiyyətli dərəcədə azalır, onlara olan tələb isə hiss olunacaq dərəcədə artır. Nəticədə, kəskin mənzil çatışmazlığı yaranır.
Alınan renta üzərində nəzarəti həyata keçirən şəhərlərdə mənzil sahibləri mənzillərin paylanmasında müxtəlif mexanizmlərdən istifadə edirlər. Bəzi sahibkarlar növbədə duranların siyahısını tuturlar. Digərləri uşağı olmayan kirayənişinlərə üstünlük verirlər. Dərisinin rənginə görə də ayrı seçkiliyə yol verilir. Bəzən mənzilləri evlərin müdirləri əlavə haqq/ rüşvət verənlər arasında paylayırlar. Bu zaman verilən rüşvət mənzilin ümumi dəyərini onun real qiyməti səviyyəsinə qaldırır.
Gəlin, “Ekonomiksin 10 əsasları”ndan birini yada salaq (fəsil1): Insan stimullara reaksiya verir. Müasir bazarlarda sahibkarlar binanı səliqəli saxlayır, onların təhlükəsizliyini təmin edirlər, belə ki, daha çox ehtiyac duyulan mənzillər üçün yüksək qiymət müəyyən etmək olar. Əksinə, renta üzərində nəzarət qıtlığa və növbədədurma siyahısının meydana gəlməsinə səbəb olmur. Daşınmaz əmlak sahiblərinin kirayənişinlərin qayğısına qalmaq stimulu isə olmur.
Ev sahibi niyə pulunu öz əmlakının yaxşı qalması üçün sərf etməlidir? Onsuz da insanlar onu elə bu halda əldə etmək arzusundadırlar. Nəticədə, kirayənişinlər pula qənaət edirlər, amma mənzilin keyfiyyəti pisləşir.
Çox vaxt siyasətçilərin renta üzərində nəzarətin təyin olunmasına qarşı reaksiyası əlavə tənzimlənmənin həyata keçirməsi ilə nəticələnir. Məs., ABŞ-da əsasnaməyə görə, mənzili kirayəyə verərkən irqi ayrı seçkiliyə yol verilməməlidir və tələb olunur ki, əmlak sahibləri kirayənişinlərə yaşayış üçün minimal şərait yaratsın. Lakin bu sərəncamların yerinə yetirilməsinə nəzarət olunmur və bu həyata keçirilmir. Renta üzərində nəzarət sadələşəndə, və mənzil bazarı rəqabət qüvvələri ilə idarə olunanda isə əksinə, əlavə idarə olunmağa ehtiyac yoxa çıxır.