6. Təklif, tələb və hökumətin siyasəti

6. Təklif, tələb və hökumətin siyasəti

SUPPLY,DEMAND AND GOVERNMENT POLICIES

Iqtisadçılar daim 2 rol oynamağa məcburdurlar: elm adamları kimi onlar bizi əhatə edən dünyanı izah edən nəzəriyyəni tərtib edir və onları isbat etməyə çalışırlar; siyasətçi kimi isə nəzəri konsepsiyalara əsaslanaraq dünyanı yaxşı­lığa doğru dəyişməyə çalışırlar. Son 2 fəsildə biz bu məsələyə tədqiqatçı nöqteyi-nəzərindən yanaşırıq. Biz gördük ki, tələb və təklif əmtəənin qiymətini və kəmiyyətini təyin edir. Tələb və təklifin necə təsir göstərdiyini, eyni zaman­da, malın qiymətinin və həcminin tarazlığına müxtəlif hadisələrin də təsirini təhlil etdik.
Bu fəsildə biz diqqətimizi siyasətə yönəldəcəyik və yalnız tələb və təklifin qanunauyğunluqlarından istifadə edərək, dövlətin iqtisadi siyasətini təhlil edə­cə­yik. Əvvəlcədən xəbərdarlıq edirik: bu analiz bizə bəzi sürprizlər təqdim edəcək. çünki, heç də həmişə dövlət əvvəlcədən öz iqtisadi siyasətinin gözlə­nilməz və arzuedilməz nəticələrini görə bilmir.
Biz birbaşa qiymətlərə nəzarətin təyin olunmasına yönələn siyasətdən baş­layırıq. Məsələn, ABŞ-da “Renta üzərində nəzarət” haqqında qanun ev sahib­lərinin kirayəşinlərdən alınan kirayə haqqının maksimal həddini təyin edir. “Minimum əmək haqqı” haqqında  qanun isə işçilərin aldıqları əmək haqqının ən aşağı həddini təyin edir. Adətən hökümət qiymətlər üzərində nəzarəti o vaxt təyin edir ki, siyasətçilərin fikrincə, əmtəənin və ya xidmətin bazar qiyməti satıcı və ya alıcı üçün ədalətsiz olur. Bundan başqa, biz görəcəyik ki, bu ədalətsizliyə səbəb də elə dövlətin siyasətidir.
Sonra biz vergilərin iqtisadi rolunu araşdıracağıq. Siyasətçilər vergilərdən ona görə istifadə edirlər ki, ictimai məqsədlərə çatmaq üçün lazım olan resursları artırsınlar və fəaliyyət göstərən bazarın nəticələrinə təsir göstərsinlər. Iqtisadiyyatda vergilərin rolu  şübhəsizdir, lakin isteh­salçılara və istehlakçılara vergiqoyulmanın təsiri daim diskussiyaların pred­metidir. Əmək haqqı vergisi­nin əsas yükü kimin üzərindədir – firmanın, yoxsa işçinin? Buna cavab vermək heç də asan deyil. Tələb və təklifin təhlil vasitələrinə müraciət etmədən, bu suala cavab vermək heç də asan deyildir.
Qiymətlər üzərində nəzarət CONTROLS ON PRICES
Gəlin, bir daha dondurma bazarına müraciət edək. IV fəsildə gördü­yümüz kimi, dövlət tərəfindən tənzimlənməyən bazarda dondurmanın qiyməti müxtəlif amillərın təsiri altında dəyişərək, tələb və təklifi tənzimləyir: alıcıların almaq istədikləri qiymətə uyğun olaraq, dondurmanın tarazlı qiyməti satıcı­ların bir pay dondurma üçün təklif etdiyi qiymətə tam uyğundur. Modeli konkretləşdirərək təsəvvür edək ki, 1 pay dondurmanın tarazlı qiyməti 3$-dır.
Azad bazarın fəaliyyətinin nəticələri heç də onun bütün iştirakçılarını fərəhləndirmir. Belə ki, Amerika Istehlakçıları Assosiasiyası belə hesab edir ki, 3$ çox yüksək qiymətdir və heç də hər bir kəsə gündə 1 dəfə  dondurma yemə­yə imkan vermir (onlar tərəfindən tövsiyə olunan norma). Eyni zamanda, Milli Dondurma Istehsalçıları  şikayətlənirlər ki, 3$ - rəqabət nəticəsində təyin olu­nan qiymət, firmaların gəlirini məhdud­laş­dırır. Bu qruplardan hər biri öz nüfu­zundan istifadə edərək, dövlətə təsir göstərməyə çalışırlar. Onların fikrincə, o, (dövlət) qiymətlərə birbaşa nəzarət etməklə, bazar fəaliyyətinin nəticələrini dəyişdirməlidir.
Əlbəttə, həmişə istənilən malı alan alıcı az pul ödəmək, satıcı isə əksinə, çox qazanmaq istəyir. 2 qrupun maraqları bir-biri ilə ziddiyyət təşkil edir. Əgər dondurma istehlakçıları siyasətçiləri istehlakçıların maraq­larına uyğun qanun qəbul etməyə məcbur etsələr, hökümət qiymətin maksimum həddini müəyyən qiymət təyin edir ki, qiymətin “yüksək həddi” ilə dondurma satılır.
Əgər dondurma istehsalçıları müvəffəqiyyət qazansalar, dövlət rəsmi minimal qiyməti təyin edir ki, bu da qiymətin ən aşağı minimal həddi adlanır. Gəlin, qəbul ediləcək hər bir qərarın nəticələrini nəzərdən keçirək. Davamı gələn saylarda.

Top