5. Təklifin elastikliyi

5. Təklifin elastikliyi

Təklifin elastikliyi
Əmtəə təklifini müəyyən edən amillərə baxarkən qeyd etdik ki, məhsulların qiyməti yüksəldikdə, ehtiyatların qiyməti aşağı düşdükdə və ya texnologiya təkmilləşdikdə təklifin həcmi artır. Təklifin keyfiyyət təhlilindən kəmiyyət təhlilinə keçdikdə, biz elastiklik konsepsiyasından istifadə edirik.

Qiymətə görə təklifin elastikliyi və onu müəyyən edən amillər
Təklif qanununa görə, əmtəənin qiymətinin artması təklifin həcminin art­masına gətirib çıxarır. Qiymətə görə təklifin elastikliyi qiymətin dəyişməsi ilə təklifin həcmindəki dəyişikliyin dərəcəsini əks etdirir. Əgər qiymətin dəyiş­məsi təklifin həcminin əhəmiyyətli dəyişməsinə səbəb olarsa, əmtəə təklifi elas­tik adlanır. Əgər qiymətin dəyişməsi əmtəə təklifinin həcminə az təsir edərsə, bu zaman təklif qeyri-elastik olacaqdır.
Təklifin qiymət elastikliyi satıcıların istehsal olunan məhsulların həcmi­nin asanlıqla dəyişdirilə bilməsi imkanlarından asılıdır. Məsələn, sahilyanı zolaqda yerləşən torpaqlar qeyri-elastik təkliflə xarakterizə olu­nurlar, çünki onları genişləndirmək praktiki olaraq mümkün deyil. Əksinə, kitab, avto­mo­bil, televizor kimi əmtəələr isə elastik təkliflə xarakterizə olunurlar, çünki firma-istehsalçılar məhsulun qiyməti artdıqda, məhsul buraxılışını əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdirlər.
Əksər bazarlarda təklifin qiymət elastikliyini müəyyən edən əsas deter­minantlara qısa dövrdə baxılır. Qısamüddətli dövrlə müqayisədə uzunmüd­dətli dövrdə təklif daha elastikdir. Şirkətlərə istehsal güclərini məhdud­laş­dırmaq və ya genişləndirmək üçün müəyyən müddət tələb olunur. Beləliklə, qısa dövrdə təklifin həcmi qiymət dəyişkənliyinə zəif reaksiya verir. Əksinə, kifayət qədər uzun vaxt kəsiyi şirkətlərə yeni isteh­salın qurulması və ya köhnə­lərin bağlanması üçün imkan verir və deməli, uzun müddət dövründə təklifin həcmi qiymətin dəyişməsinə əhəmiyyətli reaksiya verir.

Qiymətə görə təklifin elastikliyinin hesablanması
Təklifin qiymət elastikliyi haqqında bəzi təsəvvürlərimüz olduğundan, indi daha dəqiq olmağa çalışaq. Iqtisadçılar qiymətə görə təklifin elastikliyini faizlə ifadə olunan təklifin həcminin dəyişməsinin faizlə ifadə olunan qiymətin dəyişməsinə olan nisbəti kimi hesablayırlar. Başqa sözlə:

Fərz edək ki, 1 litr südün qiyməti 2,85 dollardan 3,15 dollara qalxmışdır. Istehsalın aylıq həcmi isə 9 min litrdən 11 min litrə qədər yüksəlmişdir. Orta nöqtə üsulundan istifadə edərək, faizlə ifadə olunan əmtəənin qiymətinin dəyişməsini hesablayaq:

Bu yolla təklifin faizlə dəyişməsini də hesablayaq:

Bu halda qiymətə görə təklifin elastikliyi bərabərdir:

Bizim misalda elastiklik 2,0 bərabər olur, deməli, südə olan tələbin həcmi qiymətin dəyişməsi ilə müqayisədə 2 dəfə sürətli olmuşdur.

Təklif əyrisinin növləri

Təklifin qiymət elastikliyi əmtəənin qiymətinin dəyişməsi ilə onun təklifinin həcminin dəyişməsini müəyyən edir və bu öz ifadəsini müxtəlif əyrilərdə tapır (şəkil 5.6.).

təklifin elastikliyi

Şəkil 5.6. Qiymətə görə təklifin elastikliyi

Təklifin qiymət elastikliyi əyrinin mailliyini müəyyən edir. Nəzərə alın ki, faizlə ifadə olunmuş bütün dəyişikliklər orta qiymət üsulunun köməyi ilə hesablanmışdır.

Təklifin həcmi qiymətin səviyyəsindən asılı olmadıqda, o-a bərabər elas­tiklik (əmtəə qiymətə görə tamamilə qeyri-elastikdir) şaquli təklif əyrisinə uy­ğun gəlir. Elastiklik artdıqca təklif əyrisi daha da maili olur, təklifin həcmi qiy­mətə nisbətən daha böyük nisbətdə dəyişir. Əmtəə təklifinin qiymət elas­tikliyi sonsuzluğa cəhd etdikcə, təklif tamamilə elastik olur. Bu halda təklif əyrisi üfüqi olur: qiymətin cüzi dəyişməsi əmtəə təklifinin həcmində çox böyük dəyişikliyə səbəb olur.
Bəzi bazarlarda əmtəə təklifinin elastikliyi təklif əyrisi üzərində hərəkət etdiyi ölçüdə dəyişilir. Şəkil 5.7.-də məhdud istehsal güclü sahələr üçün adi hal təsvir olunmuşdur. Təklifin həcminin daha aşağı səviyyəsi üçün qiymətə görə elastiklik yüksək­dir və istehsalçılar əmtəənin qiymətinin dəyişməsinə cəld reak­siya verirlər. Bu regionda firmalar bütün gün və ya günün müəyyən hissəsində fəaliyyət göstərməyən artıq istehsal güclərinə malik olurlar. Əmtəələrin qiymə­tinin bir az qalxması avadanlığın yüklənmə dərəcəsinin və firmanın mənfəə­tinin artırılmasına imkan verir. Təklifinin həcmi artdığı ölçüdə firma istehsal güclərindən tam istifadəyə yaxınlaşır. Müəssisənin istehsal gücləri tam yüklən­dikdə, istehsalın sonrakı artımı yeni investisiyalar tələb edir. Şirkətlərin əlavə xərclərin məqsədəuyğunluğu haqqında qərar qəbul etməsi üçün əmtəənin qiyməti əhəmiyyətli dərəcədə artmalıdır, buna görə də təklif az elastik olur.Qiymətə görə təklif əyrisinin elastikliyi

Şəkil 5.7.-yə nəzər salaq. Əmtəənin qiyməti 3 dollardan 4 dollara qalxdıqda (29%, orta nöqtə üsulundan istifadənin nəticəsinə uyğun olaraq) təklifin həcmi 100 vahiddən 200 vahidə (artım 67% təşkil edir) qədər artır. Əmtəə təklifinin həc­mi onun qiymətinə nisbətən daha yüksək tənasübdə artır; qiymətə görə təklif əyrisinin elastikliyi 1-dən çox olur. Əksinə, əmtəənin qiyməti 12 dollardan 15 dollara qalxdıqda (+22%), təklifin həcmi 500-dən 525 vahidə (+5%) qədər yüksəlir. Bu halda, təklifin həcmi qiymətə nisbətən az tənasübdə artır, buna görə də elastiklik vahiddən aşağı olur.

Şirkətlər istehsal güclərini maksimum yüklənməyə cəhd etdiklərindən, təklifin həcmi cüzi olduqda onun elastikliyi çox yüksək, əksinə, təklifin həcmi çox olduqda isə onun elastikliyi az ola bilər. Bizim misalda qiymətin 3 dollardan 4 dollara yüksəlməsi təklifin həcminin 100-dən 200 vahidə artmasını göstərir. Belə ki, təklifin həcminin artımı 100% təşkil edir, qiymət isə 33% artmışdır. Bu arada təklif əyrisi elastikdir. Əksinə, qiymət 12 dollardan 15 dollara yüksəldikdə, təklifin həcmi ancaq 500-dən 525-ə qədər artır. Tək­lifin həcmi 5%, qiymət isə 25% artmışdır. Bu hissədə təklif əyrisi qeyri-elastik olacaqdır.

Top